TƏLİMAT
Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra çeynəmədən 200 ml maye
ilə qəbul etmək lazımdır.
Böyüklər üçün:
Xəstəliyin aktivlik və ağırlıq dərəcəsindən asılı olaraq, 3-10 tabletka gündə 3 dəfə qəbul etmək məsləhət görülür. Birinci 3 gün ərzində gündə 3 tabletka 3 dəfə qəbul edilir. Xəstəliyin orta aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 5-7 tabletka 3 dəfə təyin edilir və sonra müalicə 2 həftə ərzində gündə 3-5 tabletka 3 dəfə qəbul etməklə davam etdirilir. Xəstəliyin yüksək aktivliyi zamanı 2-3 həftə ərzində gündə 7-10 tabletka 3 dəfə təyin edilir və sonra dozanı azaldaraq - gündə 5 tabletka 3 dəfə qəbul etməklə, müalicə kursunun 2-3 ay davam etdirilməsi məsləhət görülür. Xroniki, uzunmüddətli xəstəliklər zamanı Vobenzim 5 tabletdən gündə 3 dəfə qəbul etməklə 3 aydan 6 aya qədər və daha çox davamlı kurslarla qəbul edilə bilər. Antibiotiklərin effektivliyinin artırılması və disbakteriozun profilaktikası məqsədi ilə, Vobenzim preparatını antibiotiklərlə terapiyanın bütün kursu ərzində 5 tabletdən gündə 3 dəfə olmaqla qəbul etmək lazımdır. Bağırsaqların mikroflorasının (biosenozunun) bərpa edilməsi məqsədi ilə, antibiotiklə müalicə kursu bitdikdən sonra, Vobenzim preparatı 3 tabletdən gündə 3 dəfə olmaqla 2 həftə ərzində qəbulunu davam etdirmək məsləhət görülür. Vobenzim preparatını “qoruyucu” müalicə kimi kimyəvi və ya şüa müalicəsində infeksion ağırlaşmaların qarşısının alınması və bazis müalicəsinin xəstələr tərəfindən yaxşı keçirilməsi üçün və eyni zamanda, xəstələrin həyat-tərzinin yaxşılaşdırılması məqsədi ilə müalicə kursunun başa çatdırıldığı günədək, gündə 5 tabletka 3 dəfə olmaqla istifadə etmək məsləhət görülür. Profilaktik məqsədlə Vobenzim gündə 3 tabletka 3 dəfə olmaqla 1,5 ay müddətində istifadə edilir. Kurs müalicəsinin ildə 2-3 dəfə təkrar olunması məsləhət görülür.
Uşaqlar üçün:
Preparat 5 yaşdan 12 yaşa qədər olan uşaqlara, hər 6 kq çəkiyə, gündə 1 tabletka təyin edilməsi məsləhət görülür. 12 yaşdan yuxarı uşaqlara, böyüklərə təyin edilən sxemlə verilir. Doza və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkimlər tərəfindən müəyyən edilir.
Vobenzim, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Əksər hallarda, hətta yüksək dozalarla, uzunmüddətli istifadə zamanı əlavə təsirlər müşahidə olunmamışdır. Bəzi hallarda bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cüzi dəyişiklikləri, ürəkbulanma, mədə nahiyəsində ağırlıq, övrəşəkilli dəri səpkiləri qeydə alınır ki, bu əlamətlər də preparatın dozasını aşağı salmaqla və ya sutkalıq dozanın qəbulunun sayını artırmaqla aradan qaldırmaq olar. Qeydə alınmış əlavə yan təsirlərin əmələgəlmə tezliyi 0,02% təşkil edir (2009-cu ildə təhlükəsiz PSUR hesabatına əsasən) və müşahidə olunan heç bir yan təsir “ciddi təsir” kimi qiymətləndirilməmişdir. Əksər hallarda, mədə - bağırsaq sisteminin pozğunluqları (65%) və dəri səpkiləri (13%) qeyd edilmişdir.
Vobenzim preparatının qəbulu zamanı bir dəfə də olsa, “doza həddinin aşılması” hallarına rast gəlinməmişdir.
İSTİFADƏSİ HAQQINDA TƏLİMAT VƏ BURAXILIŞ FORMASI
DƏRMAN PREPARATI OLAN VOBENZİMİN İSTİFADƏSİNƏ DAİR TƏLİMAT
Qeydiyyat nömrəsi: DV № 13 - 00266
Ticarət adı: VOBENZİM®
Beynəlxalq patentləşdirilməmiş adı : Wobenzym®
Dərman forması: Bağırsaqda həll olan örtüklü tabletlər.
Tərkibi:
Bağırsaqda həll olan və xüsusi örtüklü 1 tabletkanın tərkibi:
Nüvə:
Təsiredici maddələr: Pankreatin 300 prot, şv (100 mq), tripsin 360 F.İ.P. şv (12 mq), ximotripsin 300 F.İ.P. şv (0,75 mq), papain 90 F.İ.P. şv (18 mq), bromelain 225 F.İ.P şv (45 mq), lipaza 34 F.İ.P. şv (10 mq), amilaza 50 F.İ.P. şv (10 mq), rutozid 3 H2O 50 mq.
Köməkçi maddələr: Laktoza monohidrat – 149 mq,öncədən jelatinləşdirilmiş nişasta – 31,3 mq, maqnezium – stearat – 6 mq, stearin turşusu – 6 mq, susuz kalloidli silisium dioksidi – 3 mq, ağ toz – 1,50 mq.
ÖRTÜK:
Örtük pərdəsi – 11,9 mq (metakril turşusunun sopolimeri – metilmetakrilat (1:1) – 11,9 mq, natrium laurilsulfat - 0,04 mq), ağ toz – 4,23 mq, makroqol 6000 – 0,67 mq, trietilsitrat – 1,20 mq, stearin turşusu – 6 mq, rəngli örtük – 12,8 mq (hipromelloza – 3,20 m1, hidroksipropilselloza - 3,83 mq, mikrokristallikli selluloza – 1,60 mq, qliserin – 0,64 mq, ağ toz – 1,92 mq, titan dioksidi – 0,38 mq, qırmızı boya 4R (E124) – 0,38 mq, sarı narıncı boya S(E 110) – 0,83 mq)
Təsviri: İkitərəfli qabarıq, dairəvi, hamar səthli, özünəməxsus qoxulu və qırmızı-narıncı rəngə boyanmış tabletlərdir. Qlafın xarici rənginin intensivliyinin qırmızı-narıncı rəngdən, qırmızı rəngə dəyişmə intervalı yolveriləndir.
Farmakoterapevtik qrupu: İltihabəleyhinə, ödeməleyhinə, fibrionolitik və immunomodulyator təsirə malik preparat.
ATC kodu: L03AX
Farmakoloji xüsusiyyətləri:
Vobenzim – yüksək aktivlikli bitki və heyvan mənşəli təbii proteolitik enzim kombinasiyasından ibarətdir. Orqanizmə daxil olan enzim nazik bağırsaqlardan intakt molekula şəklində qana sorularaq, qanın nəqliyyat zülalları (α2 – makroqlobulin və α1 – antitripsin) ilə birləşərək, “Proteaza – antiproteaza” kompleksi əmələ gətirir. Kompleksin əmələ gəlməsi nəticəsində antiproteaza (α2 – makroqlobulin) passiv formadan aktiv formaya keçərək, iltihab sitokinlərinin və boy faktorunun hüceyrəxarici tənzimləmə funksiyasını həyata keçirir. Nəticədə, onların keçiriciliyini, klirensini və eliminasiyasını təmin edir. Bu kompleksdə preparatın tərkibində olan ekzogen proteaza özünün antigen determinantlığını maskalayır və allergik reaksiyaların baş verməsinin qarşısını alır.
“Proteaza – antiproteaza” aktiv kompleksində proteolitik enzimlər qan qamarları vasitəsi ilə hərəkət edərək, patoloji ocaq zonasında toplanır və özünün immunomodulyator, iltihabəleyhinə, fibrinolitik, ödeməleyhinə, antiaqreqant və ikincili ağrıkəsici təsirini göstərir. Vobenzim iltihabi prosesin gedişinə müsbət təsir göstərməklə, autoimmun və immunokompleks proseslərin patoloji təzahürlərini məhdudlaşdırır, orqanizmin immunoloji reaktivliyinin göstəricilərinə müsbət təsir göstərir. Qanda təbii killer hüceyrələrinin, monosit-makrofaqların funksional aktivlik səviyyəsini, şişəleyhinə immuniteti, sitotoksik T-limfositləri, hüceyrələrin faqositar aktivliyini stimulyasiya edir və tənzimləyir. Vobenzimin təsirindən dövr edən immun cisimciklərin miqdarı azalır və toxumalardan immun komplekslərin, membran depozitlərin çıxarılması baş verir. Vobenzim plazmatik hüceyrələrin infiltrasiyasını azaldır, iltihab zonasından zülal detritlərinin və fibrin depozitlərinin eliminasiyasını sürətləndirir, maddələr mübadiləsinin və nekrozlaşmış toxumaların toksiki məhsullarının lizisini sürətləndirir. Hematoma və ödem əlamətlərinin sorulmasını yaxşılaşdırır, damar divarlarının keçiriciliyini normallaşdırır. Vobenzim, qanda tromboksanin konsentrasiyasını və trombositlərin aqreqasiyasını azaldır. Qan hüceyrələrinin adgeziyasını tənzimləyir, eritrositlərin öz formasını dəyişmək qabiliyyətini artırır, onların plastikliyini tənzimləyir, normal diskositlərin sayını normallaşdırır və trombositlərin aktiv formalarının ümumi sayını azaldır, qanın özüllüyünü normallaşdırır, mikroaqreqatların ümumi miqdarını azaldır və beləliklə, qanın reoloji xüsusiyyətlərini və mikrosirkulyasiyanı yaxşılaşdırır, eyni zamanda, toxumaların qida maddələri və oksigenlə təchizatını təmin edir. Vobenzim - hormonal preparatların qəbulu ilə əlaqədar baş verən əlavə yan təsirlərin dərəcəsini azaldır (hiperkoaqulyasiya və s.). Vobenzim - lipid mübadiləsini normallaşdırır, endogen xolesterinin sintezini və aterogen lipidlərin miqdarını azaldır, yüksək sıxlıqlı lipoproteinlərin miqdarını isə artırır. Vobenzim – qanın pıazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırır və beləliklə, onların terapevtik effektivliyini yüksəldir. Eyni zamanda, enzimlər bağırsaqların ekologiyasını yaxşılaşdırmaqla, antibiotikoterapiyanın xoşagəlməz yan təsirlərinin (disbakterioz) qarşısını alır. Vobenzim qeyrispesifik müdafiə mexanizmini (interferon sintezi) tənzimləməklə, virusəleyhinə və mikrobəleyhinə təsir edir.
İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklərin kompleks müalicəsində tətbiq edilir:
Angiologiya: tromboflebitlər, posttromboflebit xəstəliyi, səthi venaların kəskin tromboflebitləri, endarterit, aşağı ətraf arteriyaların obliterasiyaedici aterosklerozu, residiv gedişli flebitlərin profilaktikası, limfatik ödem.
Urologiya: sistit, sistopielit, prostatit, cinsi yolla keçən infeksiyalar.
Ginekologiya: urogenital yolların xroniki infeksiyaları, adneksit, hestozlar, mastopatiyalar, hormonal müalicə zamanı orqanizmdə baş verən xoşagəlməz əlamətləri azaltmaq və aradan qaldırmaq məqsədi ilə.
Kardiologiya: gərginlik stenokardiyası, miokard infarktının yarımkəskin dövrü (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün).
Pulmanologiya: sinusit, bronxit, pnevmoniya.
Qastroenterologiya: pankreatit, hepatit.
Nefrologiya: pielonefrit, qlomerulonefrit.
Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.
Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəlikləri(Qırmızı Qurd Eşənəyi, Sistemli Sklerodermiya,Dermatomiozit),müxtəlif növ vaskulitlər, revmatoidli artrit, reaktiv artrit, ankilozedici spondiloartrit(Bexterev xəstəliyi),osteoxondroz,bursit,tendinit,artroz, osteoartrit və s..
Dermatologiya: atopik dermatit, sızanaqlı səpmə.
Cərrahiyyə: əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi (iltihabların, trombozların, ödemlərin), posttravmatik və limfatik ödemlərin müalicəsi, plastik və rekonstruktiv əməliyyatlardan sonra bitişmə xəstəliyi.
Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar, əzilmələr, xroniki posttravmatik proseslər, yumşaq toxumaların iltihabı, bağ aparatının zədələnməsi, idman zamanı rast gələn travmalar.
Nevrologiya: dağınıq skleroz, osteoxondroz.
Pediatriya: atopik dermatit, tənəffüs yollarının müxtəlif infeksion və iltihabı xəstəlikləri (yuxarı və aşağı tənəffüs yollarının iltihabı, pnevmoniya), yuvenil revmatoid artrit, cərrahi müdaxilədən sonrakı ağırlaşmaların müalicəsi və profilaktikası (sağalmayan və irinli yaralar, bitişmələr, yerli ödem).
Oftalmologiya: uveit, iridosiklit, hemoftalm, diabetik retinopatiya, gözdə müxtəlif cərrahi əməliyyatlar.
Profilaktika: mikrosirkulyasiya pozğunluqları, poststressor pozğunluqlar, adaptasion mexanizmlərin pozğunluqları. Hormonal müalicənin və hormonal kontrasepsiyanın orqanizmdə törətdiyi xoşagəlməz əlamət-lərin qarşısını almaq məqsədilə. Cərrahi müdaxilələr zamanı infeksion ağırlaşmaların və bitişmə xəstəliyinin profilaktikası.
Vobenzimin qəbulu, onkoloji xəstələrə kimyəvi və ya şüa üsulu ilə aparılan müalicə zamanı, xəstənin həyat-tərzini yaxşılaşdırmaq və infeksion ağırlaşmaların profilaktikası üçün məsləhət görülür. Virus mənşəli infeksiyaların və onların ağırlaşmalarının profilaktikası.
Xüsusi göstərişlər: Vobenzim preparatının tərkibində dopinq birləşmələri aşkar olunmayıb.
Vobenzim infeksion proseslər zamanı antibiotikləri əvəz etmir, lakin qanın plazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaqla onların effektivliyini artırır.
Ehtiyat tədbirləri: Preparatın qəbulunun ilk günləri xəstəliyin simptomları kəskinləşərsə, preparatın dozasını müvəqqəti olaraq azaltmaq və həkimə müraciət etmək məsləhət görülür.
Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Vobenzim-in digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyuşmazlıq hallarına rast gəlinməmişdir. Eyni vaxtda istifadə edildikdə qanın plazmasında və iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaqla onların effektivliyini artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamiləlik və laktasiya dövründə preparatdan istifadə əks göstəriş hesab edilmir, lakin hamilə qadınlar Vobenzimi həkim nəzarəti altında qəbul etməlidirlər.
İstifadə qaydası və dozası:
Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra çeynəmədən 200 ml maye ilə qəbul etmək lazımdır.
Böyüklər üçün: Xəstəliyin aktivlik və ağırlıq dərəcəsindən asılı olaraq, 3-10 tabletka gündə 3 dəfə qəbul etmək məsləhət görülür. Birinci 3 gün ərzində gündə 3 tabletka 3 dəfə qəbul edilir. Xəstəliyin orta aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 5-7 tabletka 3 dəfə təyin edilir və sonra müalicə 2 həftə ərzində gündə 3-5 tabletka 3 dəfə qəbul etməklə davam etdirilir. Xəstəliyin yüksək aktivliyi zamanı 2-3 həftə ərzində gündə 7-10 tabletka 3 dəfə təyin edilir və sonra dozanı azaldaraq - gündə 5 tabletka 3 dəfə qəbul etməklə, müalicə kursunun 2-3 ay davam etdirilməsi məsləhət görülür. Xroniki, uzunmüddətli xəstəliklər zamanı Vobenzim 5 tabletdən gündə 3 dəfə qəbul etməklə 3 aydan 6 aya qədər və daha çox davamlı kurslarla qəbul edilə bilər. Antibiotiklərin effektivliyinin artırılması və disbakteriozun profilaktikası məqsədi ilə, Vobenzim preparatını antibiotiklərlə terapiyanın bütün kursu ərzində 5 tabletdən gündə 3 dəfə olmaqla qəbul etmək lazımdır. Bağırsaqların mikroflorasının (biosenozunun) bərpa edilməsi məqsədi ilə, antibiotiklə müalicə kursu bitdikdən sonra, Vobenzim preparatı 3 tabletdən gündə 3 dəfə olmaqla 2 həftə ərzində qəbulunu davam etdirmək məsləhət görülür. Vobenzim preparatını “qoruyucu” müalicə kimi kimyəvi və ya şüa müalicəsində infeksion ağırlaşmaların qarşısının alınması və bazis müalicəsinin xəstələr tərəfindən yaxşı keçirilməsi üçün və eyni zamanda, xəstələrin həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müalicə kursunun başa çatdırıldığı günədək, gündə 5 tabletka 3 dəfə olmaqla istifadə etmək məsləhət görülür. Profilaktik məqsədlə Vobenzim gündə 3 tabletka 3 dəfə olmaqla 1,5 ay müddətində istifadə edilir. Kurs müalicəsinin ildə 2-3 dəfə təkrar olunması məsləhət görülür.
Uşaqlar üçün: Preparat 5 yaşdan 12 yaşa qədər olan uşaqlara, hər 6 kq çəkiyə, gündə 1 tabletka təyin edilməsi məsləhət görülür. 12 yaşdan yuxarı uşaqlara, böyüklərə təyin edilən sxemlə verilir. Doza və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkimlər tərəfindən müəyyən edilir.
Əlavə təsirləri: Vobenzim, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Əksər hallarda, hətta yüksək dozalarla, uzunmüddətli istifadə zamanı əlavə təsirlər müşahidə olunmamışdır. Bəzi hallarda bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cüzi dəyişiklikləri, ürəkbulanma, mədə nahiyəsində ağırlıq, övrəşəkilli dəri səpkiləri qeydə alınır ki, bu əlamətlər də preparatın dozasını aşağı salmaqla və ya sutkalıq dozanın qəbulunun sayını artırmaqla aradan qaldırmaq olar. Qeydə alınmış əlavə yan təsirlərin əmələgəlmə tezliyi 0,02% təşkil edir (2009-cu ildə təhlükəsiz PSUR hesabatına əsasən) və müşahidə olunan heç bir yan təsir “ciddi təsir” kimi qiymətləndirilməmişdir. Əksər hallarda, mədə - bağırsaq sisteminin pozğunluqları (65%) və dəri səpkiləri (13%) qeyd edilmişdir.
Vobenzim preparatının qəbulu zamanı bir dəfə də olsa, “doza həddinin aşması” hallarına rast gəlinməmişdir. İçlik vərəqədə göstərilməyən digər əlamətlər meydana çıxdıqda preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək məsləhət görülür.
Doza həddinin aşılması: Preparatın doza həddinin aşılması hallarına rast gəlinməyib.
Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Yüksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofiliya, trombositopeniya və s.) xəstəliklər, hemodializ zamanı və 5 yaşına qədər olan uşaqlar.
Buraxılış forması: 20 tablet blisterlərdə. 2, 5 və 10 blister (40, 100 və 200 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 800 ədəd tablet içlik vərəqə ilə birlikdə yüksək sıxlıqlı polietilen flakonlarda buraxılır.
Saxlanma şəraiti: Otaq temperaturunda (150-250C), quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin verildiyi hüquqi şəxsin adı:
Mucos Pharma GmbH&Co.KG Telefon: +49(0)89 \ 638372-0
Miraustraβe17 Tel.fax: +49(0)89 \ 638372-161
D-13509 Berlin, Deutschland E-mail: info@mucos.de
İstehsalçı: MUCOS Emulsionsgesellschaft GmbH.
Chemisch – pharmazeutische Betriebe. Miraustraβe 17.
D – 13509 Berlin, Deutschland.
Telefax: +49(0)89 \ 638372-161
E-mail: info@mucos.de
Firmanın Azərbaycanda rəsmi destribüteru AZERİ MED firmasıdır.
Məsləhət və əlavə məlumat üçün:
AZ 1033 Bakı şəhəri, Asif Məmmədov küç 30
Tel./faks: +994 12 566-70-70
e-mail: office@azerimed.com
www.wobenzym.az
www.mucos.az
DƏRMAN PREPARATI OLAN FLOGENZİMİN İSTİFADƏSİNƏ DAİR TƏLİMAT
Qeydiyyat nömrəsi – DV № 13 - 00267
Ticarət adı: FLOGENZIM®
Beynəlxalq patentləşdirilməmiş adı : Phlogenzym®
Dərman forması: bağırsaqda həll olan örtüklü tabletlər
Tərkibi:
Nüvə:
Təsiredici maddələr: Bromelain – 450 F.İ.P. – Şv, Tripsin – 1440 F.İ.P. – Şv (24 μkat), rutin (rutozid) 100 mg.
Köməkçi maddələr: Nüvə: laktoza monohidrad - 148,58 mg, qarğıdalı nişastası – 24 mg., magnezium – stearatı – 12,72 mg., stearin turşusu – 11,28 mg., təmizlənmiş su – 6,60 mg. Kalloidli silisium dioksid – 6,36 mg., ag toz – 2,46 mg.
ÖRTÜK:
Metakril turşusu və metilmetakrilat sopolimeri (1:1) – 11,89 mg. Makroqol 6000 – 0,67 mg., ag toz – 4,08 mg., trietilsitrat – 1,20 mg., vanilin – 0,15 mg.
Təsfiri:
Ikitərəfli qabarıq, dairəvi, hamar səthli, özünəməxsus qoxulu və yaşilabənzər – sarımtıl rəngli tabletdir. Örtüyün xarıcı rənginin cüzi dəyişməsi yolveriləndir (mərmərəbənzər, nöqtəvari yığım). Köndələn kəsikdə nüvə və örtük aciq sarımtıl rəngə boyanmışdır.
Farmakoterapevtik qrupu: İltihabəleyhinə, ödeməleyhinə və immunomodulyator təsirə malik preparat.
ATC kodu: L03AX
Farmakoloji xüsusiyyətləri:
Flogenzim – dərman preparatının yeni generasiyası olub, yüksək aktivlikli bitki və heyvan mənşəli proteolitik enzimlərin (fermentlərin)– bromelain və tripsinin rutinlə birlikdə kombinasiyasından ibarətdir. Belə bir unikal enzim kombinasiyası patofizioloji və biokimyəvi proseslərə çoxşaxəli (pleytrop) farmakoloji təsir göstərmək qabiliyyətinə malikdir. Enzim preparatları, iltihabəleyhinə, immunomodulyator, antiaqreqant, fibrinolitik, trombolitik, ödeməleyhinə və ikincili analgetik təsir göstərməklə özünün müalicəvi effektini birüzə verir. Preparatın tableti, bağırsaqda həll oluna bilən pərdə ilə örtülmüş vəziyyətdə nazik bağırsaqda zədələnməmiş (intakt) molekula (endositoz, pinositoz) şəklində qana sorulur. Preparatın tərkib hissəsi olan proteaza qanın nəqliyyat zülalları (α2 - makroqlobulin və α1 - antitripsin) ilə birləşərək, “proteaza – antiproteaza” kompleksi əmələ gətirir. Bu kompleksdə preparatın tərkibində olan ekzogen proteaza özünün antigen determinantlığını maskalayır və allergik reaksiyaların baş verməsinin qarşısını alır. Kompleksin əmələ gəlməsi nəticəsində antiproteaza (α2 - makroqlobulin) passiv formadan aktiv formaya keçərək, iltihab sitokinlərinin və boy faktorunun hüceyrəxarici tənzimləmə funksiyasını həyata keçirir. Nəticədə onların keçiriciliyini, klirensini və eliminasiyasını təmin edir.
“Proteaza – antiproteaza” aktiv kompleksində proteolitik enzimlər qan–damarları vasitəsi ilə təhlükəsiz hərəkət edərək, orqanizmdə lokalizasiyasından asılı olmayaraq iltihab ocağına və ya travmatik zonaya toplanır. Kompleks proteolitik enzim preparatlarının orqanizmdən çıxarılmasını ləngidməklə, onların qan damarlarında sirkulyasiya müddətini uzadır ki, bu da onların terapevtik təsiri ilə izah olunur. Proteolitik enzimlər iltihab ocağına və yara nahiyyəsinə toplanmaqla, orada zədələnmiş toxuma zülallarını parçalayır (hidroliz) və hüceyrə qırıntılarını (detrit) eliminasiya etməklə, yaraların təmizlənməsinə və tez sağalmasına şərait yaradır. Preparat iltihabı prosesin gedişinə müsbət təsir etməklə, orqanizmin müdafiə reaksiyasını modulyasiya edir ki, bu da öz növbəsində iltihabı prosesin müxtəlif mərhələlərinin fizioloji gedişinə şərait yaradır. Proteolitik enzimlər iltihab mediatorlarının parçalanmasını sürətləndirir, immun kompleksləri və membran depozitləri parçalayır, faqositlərin və təbii killer hüceyrələrinin aktivliyini artırır, interferonogenezi stimulyasiya edir. Proteaza iltihabəleyhinə sitokinlərin (IL-1β, IL-6, IL-8, ŞNF-α) miqdarını azaldır və iltihabəleyhinə digər sitokinlərin (IL-4, IL-10) məhsullarının artmasına şərait yaradır. Eyni zamanda, immunoqlobulinlərin və qanın antitellərinin miqdarını tənzimləyir. Preparatın enzimləri, autoimmun və immunokompleks proseslərin patoloji təzahürlərini məhdudlaşdırmaqla, orqanizmin immunoloji reaktivliyini bərpa edir. Preparatın tərkibində olan proteaza çapıq toxumanın əmələ gəlməsinə səbəb olan TGF- β miqdarını azaldır. Proteaza, bazal membranın (lamina) əmələgəlmə prosesinin sinxronizasiyasına tənzimləyici təsir göstərir, yara prosesini modulyasiya edir və angiogenez faktorlarının (vasculoendotelial boy faktoru, fibroblast boy faktoru və digər faktorlar) ekspressiyasını təmin edir. Beləliklə, preparatın enzimləri reparativ proseslərin yaxşılaşmasına, hipertrofik və kelloid–çapıq toxumaların, eləcə də, operativ əməliyyatlardan sonra “bitişmə xəstəliyinin” əmələ gəlməsinin qarşısının alınmasına şərait yaradır.
Preparatın enzimlərinin patoloji zonada damar divarının keçiriciliyini normallaşdırması, plazmatik zülallar vasitəsi ilə interstitsinin infiltirasiyasını azaltması, zülal detritinin və fibrin depozitlərinin eliminasiyasını artırması və mikrosirkulyasiyanı yaxşılaşdırması hesabına zədələnmiş toxumaları parçalayır və orqanizmdən xaric edir, ödem və hematomaların sorulmasını sürətləndirir. Preparatın proteolitik enzimlərinin, toxumaların ödemini və onkotik təzyiqini azaltmaq, sinir uclarında təzyiqi azaltmaq, işemiyanı aradan götürmək, mikrosirkulyasiyanı normallaşdırmaq, iltihab mediatorlarını birbaşa proteoliz etmək qabiliyyəti proteazanın ikincili analgetik təsir xüsusiyyətinə malik olmasını göstərir. Eyni zamanda, proteolitik enzimlər reparativ və sağalma proseslərini stimulyasiya edir, uzunmuüddətli immobilizasiya zamanı trombembolik ağırlaşma riskini azaldır, trofik pozqunluqların və irinli ağırlaşmaların əmələ gəlməsinin qarşısını alır. Preparatın enzimlərin mikrosirkulyasiyanın yaxşılaşmasına, yara nahiyyəsinə oksigenin və gida maddələrinin təchizatının artırılmasına, pataloji proses nahiyyəsində iltihab əlamətlərinin zəifləməsinə, orqan və toxumaların funksiyasının bərpasının sürətlənməsinə və nəhayət, fizioloji proseslərin regenerasiyasının təmin olunmasına müsbət təsir edir. Preparat, qan hüceyrələri və damar divarının funksional vəziyyətinə, erotrisitlərin plastikliyinə (deformabelliyinə), endotelin keçiriciliyinin stabilləşməsinə, qan zərdabının fibrinolitik aktivliyinin yüksəlməsinə, adgeziv molekulaların möhkəmliyinin və trombositlərin aqreqasiyasının (yapışması) zəiflədilməsinə göstərdiyi kompleks təsir nəticəsində qanın reoloji xüsusiyyətlərini (özüllüyünü, axını) yaxşılaşdır. Proteolitik enzimlər trombositlərin aktiv formalarını (sferoexinositlər), mikro- və makroaqreqatların miqdarını azaldır və nəticədə damarlarda trombun əmələ gəlmə riskini zəiflədir və eyni zamanda, əmələ gəlmiş trombun əridilməsində (lizis) iştirak edir. Preparatın enzimləri yüksək sıxlıqlı lipoproteinlərin miqdarının artırılmasına, damar pozqunluqlarına və aterosklerozun əmələ gəlmə riskinin azaldılmasına təsir etməklə, aterogen lipidlərin miqdarını azaldır. Preparat tənəffüs sisteminin xroniki xəstəliklərində (o cümlədən, siqaret çəkməklə əlaqədar) bronxların və ağciyər toxumalarının qanla təchizatını yaxşılaşdırır, bronxial sekretin özüllük xüsusiyyətlərini yaxşılaşdırır, bəlğəmi yumşaldır və xaric olmasını asanlaşdırır, öskürəyi azaldır, bronxların drenaj funksiyasını bərpa edir və tənəffüsü yaxşılaşdırır. Preparatın proteolitik enzimləri antibiotiklərin effektini artırır, eyni zamanda, antibiotikoterapiyanın xoşagəlməz yan təsirlərini (disbioz, bağırsaqların qıcıqlanma sindromu) azaldır. Proteaza substratların parçalanmasını yaxşılaşdırmaq və mikrobiot balansını optimizə etməklə bağırsaqların endoekologiyasının bərpa olunmasına şərait yaradır.
İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklərin kompleks müalicə və profilaktikasında istifadə olunur:
Cərrahiyyə: xəstələrin əməliyyatdan sonra bərpa və reabilitasiyası (reparativ proseslərin yaxşılaşdırılması və regenerasiyanın sürətləndirilməsi), irinli–iltihabi əməliyyatdan sonra ağırlaşmalarda, “bitişmə” xəstəliyinin və kelloid–çapıq toxumaların əmələ gəlməsinin qarşısını almaq məqsədilə, uzunmüddətli immobilizasiyalar zamanı trombembolik ağırlaşmaların əmələ gəlmə riskinin azaldılmasında.
Travmatologiya: sümük sınıqları, əzələ–baq zədələnmələri, yumşaq toxumaların əzilməsi və hematoması, idman travmaları, yanıqlar, endoprotez və osteosintez əməliyyatlarında inteqrasiyanı yaxşılaşdırmaq və s.
Angiologiya: dərin venaların kəskin trombozu, səthi vena damarlarının tromboflebiti, posttromboflebit xəstəliyi, aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu və digər xroniki angiopatiyalar, mikrosirkulyasiya pozqunluqları, limfatik ödem (limfedema).
Urologiya: sidik–cinsiyyət yollarının kəskin və xroniki iltihabi xəstəlikləri - sistit, uretrit, sistopielit, prostatit.
Ginekologiya: kiçik çanaq orqanlarının kəskin və xroniki iltihabi xəstəlikləri (adneksit, salpinqooforit) klimakterik dövrün damar ağırlaşmaları, əvəzedici hormonal müalicənin orqanizmdə törətdiyi ağırlaşmaları yüngülləşdirmək məqsədi ilə.
Kardiologiya: ürəyin işemik xəstəliyi, stenokardiya tutmalarının profilaktikası, damar zədələnmələri və təkrar miokard infarktı riskinin azaldılması.
Qastroenterologiya: hepatitlər.
Revmatologiya: revmatoidli artrit, ankilozedici spondiloartrit, reaktiv artritlər, yumaşaq toxumaların revmatik zədələnmələri.
Nevrologiya: işemik insult,dağınıq skleroz.
Pulmonologiya: pnevmoniya, ağ ciyərlərin xroniki abstruktiv xəstəlikləri.
Stomatologiya: dişlərin ekstraksiyası əməliyyatından sonrakı dövrdə ağırlaşmaların qarşısının alınmasında, çənə-üz nahiyyəsinin irinli-iltihabi xəstəliklərində, çənə-üz nahiyyəsində aparılan əməliyyatdan sonra reabilitasiya və bərpa məqsədilə osteosintez və implant inteqrasiyasını yaxşılaşdırmaq və s.
Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Anadangəlmə və qazanılmış yüksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofiliya xəstəliyi), uşaqlar.
Hemodializ zamanı ehtiyatlı olmaq (həkim məsləhətindən sonra) məsləhətdir.
Preparat Hamiləlik və laktasiya dövründə yalnız həkim məsləhətindən sonra qabul edilə bilər.
Digər dərman vasitələrilə qaşılıqlı təsiri: Preparatın digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyuşmazlıq hallarına rast gəlinməmışdir. Preparatın antibiotiklərlə birgə qəbulu zamanı antibiotikoterapiyanın effektini yüksəldir, hormonal preparatlarla birgə qəbulu zamanı isə trombun əmələ gəlmə riskini azaldır.
Xüsusi göstərişlər: İnfeksion xəstəliklər zamanı, Flogenzim antibiotikləri əvəz etmir.
Preparatınn qəbulu zamanı, əsas xəstəliyin əlamətləri kəskinləşərsə, həkimin məsləhətindən sonra preparatın dozasını azaltmaq və ya qəbulunu müvəqqəti dayandırmaq olar.
Preparatın tərkibində dopinq birləşmələri aşkar olunmayıb, avtomobilləri idarə etməyə və eyni zamanda yüksək sürətli psixi və fiziki reaksiyalar tələb edən işlərin görülməsinə neqativ təsir göstərmir.
Preparatın şəkərli diabetli xəstələrə təyin zamanı, preparatın hər bir tabletində 0,015 çörək vahidi olduğunu mütləq nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası: Tabletlər yeməkdən 30-40 dəqiqə əvvəl, ceynəmədən 200 ml maye ilə qəbul edilməsi tövsiyyə olunur. Preparatın carrahi əməliyyatdan 2-3 gün sonra qəbul edilməsi məsləhət görülür.
Müalicə məqsədi ilə: Preparat 2 həftə müddətində 3 tablet gündə 3 dəfə qəbul edilir. Sağalma prosesini sürətləndirmək üçün, göstəriş olarsa, müalicə kursunu 2 tablet gündə 3 dəfə qəbul etməklə 4-həftə müddətində uzatmaq olar.
Ağırlaşmaların qarşısını almaq məqsədi ilə: Əməliyyatdan sonra bəzi ağırlaşmaların (trombembolik ağırlaşma, “bitişmə” xəstəliyi, uzun müddətli yataq rejimi və immobilizasiya zamanı trofik yaralarda) qarşısını almaq məqsədi ilə, preparatının 2 tablet 3 dəfə olmaqla davamlı kursla (4 həftə və daha uzun müddət) və ya bütün immobilizasiya müddətində qəbul edilməsi tövsiyyə olunur.
Antibiotiklə birgə qəbulu: Antibiotiklərlə birgə təyini zamanı, preparat antibiotikoterapiyanın effektini artırır və antibiotiklərin törətdiyi əlavə yan təsirləri azaldır. Preparatın 2 tabletdən gündə 3 dəfə olmaqla antibiotikoterapiyanın bütün müalicə kursu dövründə qəbul edilməsi məsləhət görülür.
Hormonal preparatlarla birgə qəbulu: Hormonal preparatların uzunmüddətli mualicə kursu dövründə, yarana biləcək trombotik ağırlaşma riskini azaltmaq məqsədilə, Flogenzim 2 tabletdən gündə 3 dəfə olmaqla hormonal terapiyanın bütün kursu dövründə təyin edilməsi məsləhət görülür. Əvəzləyici hormonal terapiyanın təyini zamanı aşağı ətraf venalarında əmələ gələ biləcək tromboz riskini aradan qaldırmaq məqsədilə, preparatın 2 tabletdən gündə 3 dəfə olmaqla, 2 həftəlik təkrar kurslarla (3 həftə fasilələrlə) ildə 3-4 dəfə qəbul edilməsi məsləhət görülür.
Profilaktika: Aşağı ətraf venaların trombozunun qarşısını almaq və damar zədələnmələri (infarkt) riskini azaltmaq məqsədilə preparat 2 tabletdən gündə 3 dəfə olmaqla 3-4 həftədən az olmayan müddətə təyin edilir. Təkrar müalicə kursu ildə 3-4 dəfə aparılır. Preparatın dozasının və müalicə kursunun dəyişdirilməsi həkimin məsləhətindən sonra həyata keçirilə bilər.
Əlavə təsirləri: Preparat xəstələr tərəfindən yaxşı qəbul edilir. Bəzi hallarda defekasiya aktının sürətlənməsi, bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cuzi dəyişiklikləri qeyd edilir ki, bu əlamətlər də, preparatın dozasını azaltmaqla aradan qaldırıla bilər. Bəzi hallarda, allergik reaksiyalar (dəri səpgiləri, qaşınma) ola bilər ki, bu da preparatın qəbulunu dayandırmaqla, aradan qalxır. Preparatın qəbul qaydalarının pozulması zamanı ürəkbulanma, meteorizm, qarın boşluğunda ağrılar, baş ağrısı, başgicəllənmə, ekzantema, ümumi zəiflik və s. baş verə bilər. Eyni zamanda, qarın boşluğunda muvəqqəti “şişkinlik” hissiyatı törədə bilər ki, bu hissiyatı da gündəlik dozanı azaltmaq və ya preparatın qəbulunu müvəqqəti dayandırmaqla aradan qaldırmaq mümkündür.
Doza həddinin aşması: Preparatın doza həddinin aşması hallarına rast gəlinməyib.
Buraxılış forması: 20 tablet blisterlərdə. 2, 5 və 10 blister (40, 100 və 200 tablet) təlimat vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 800 ədəd tablet yüksək sıxlıqlı polietilelen flakonlarda buraxılır. Təlimat vərəqi qapağının altında yerləşdirilir.
Saxlanma şəraiti: Otaq temperaturunda (15°-25°C), quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti – 3 il.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin verildiyi hüquqi şəxsin adı:
Mucos Pharma GmbH&Co.KG Telefon: +49(0)89 \ 638372-0
Miraustraβe17 Tel.fax: +49(0)89 \ 638372-161
D-13509 Berlin, Deutschland E-mail: info@mucos.de
İstehsalçı: MUCOS Emulsionsgesellschaft GmbH.
Chemisch – pharmazeutische Betriebe. Miraustraβe 17.
D – 13509 Berlin, Deutschland.
Telefax: +49(0)89 \ 638372-161
E-mail: info@mucos.de
Firmanın Azərbaycanda rəsmi destribüteru AZERİ MED firmasıdır.
Məsləhət və əlavə məlumat üçün:
AZ 1033 Bakı şəhəri, Asif Məmmədov küç 30
Tel./faks: +994 12 566-70-70
e-mail: office@azerimed.com
www.wobenzym.az
www.mucos.az