Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Şirkət

Şirkət haqqında

 

  •             Yeniliklər 
  •             İstehsalat
  •             Vakansiya
  •             Əlaqə

 

 

ATRİUM İNNOVATİONS – şirkətinə xoş gəlmisiniz. Baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən xüsusi İnvestisiya Holding.

ATRİUM İNNOVATİON – İnnovasion elmi-tərəqqi bazasında yaradılan, yeni sağlam qida məhsullarının hazırlanması, istehsalı və satışı sahəsində dünya şöhrətli lider kompaniyadır.

Şirkətin missiyası – “Daha sağlam həyat-tərzinə qovuşmaq” (Empowering healthier life)

Biz əminik ki, bizim apardığımız işlər insan həyatını yaxşılaşdırmaq imkanına malikdir. ATRİUM İNNOVATİON  kompaniyasının “sağlam həyat – tərzinə qovuşmaq” naminə dünyada öz üzərinə götürdüyü öhdəçilik, təkcə bir neçə daha effektli “qidaya əlavə” təklifi ilə məhdudlaşmır. Biz, həmçinin, qeyri – adi sağlamlığa nail olmaq xatirinə insanlarla əlaqələrin qurulmasında maraqlıyıq ki, onlar öz həyat – tərzini dəyişsinlər. Təbiətin bəxş etdiyi və alimlərin ixtiralarının  ən yaxşılarını özümüzdə birləşdirərək, elmi potensial və innovasion baza əsasında qurulmuş və əla keyfiyyətli məhsullardan istifadə etməklə ATRİUM İNNOVATİON markaları “sağlam həyat – tərzinə yol” təklif etməyə qadirdir.

Sağlamlıq üçün ATRİUM İNNOVATİON kompaniyası tərəfindən istehsal olunan bütün məhsullar 100 % - təbii tərkibli olub, güclü elmi sübutlar bazasına söykənir. ATRİUM İNNOVATİON  şirkətinin çantasında özünə yer alan və Amerika bazarında geniş diapazonda tanınan “qidaya əlavə” tibbi məhsullar - Garden of Life və Pure, balıq yağı / Omeqa 3 MINAMI, eyni zamanda, dünyada lider Sistemli Enzimoterapiya – “VOBENZİM” markası  geniş istifadə olunur.

Biz özümüzün var gücümüzü qoyuruq ki, ATRİUM İNNOVATİON kompaniyası vitaminlər, minerallar və “qidaya əlavə” məhsulların istehsalı sahəsində və bazarın təchizatında yeni elmi araşdırmalar bazasında yaradılan və ekspertlər tərəfindən “əla keyfiyyətli məhsul” kimi qiymətləndirilən və eyni zamanda, etibarlı istehsalçı reputasiyasına malik olan, daha iri və sürətli inkişaf edən markalarla rəqabət apararaq dünya liderinə çevrilsin.

-          Biz dəyişmədən, bizim daxili prinsiplərimizə, qayda və qanunlarımıza uyğun olaraq, ən yüksək etik normalara riayət edirik. Doğru, etik və professional davranış, bizim şirkətin qarşısına qoyduğu ən yüksək məqsədə çatmağa əsas verir.

 

YENİLİKLƏR 

1.      VOBENZİMİN  YENİ  TABLET  FORMASI  

Hörmətli həkimlər, provizorlar və xəstələr!

Nəzərinizə çatdırırıq ki, zavodun istehsal texnologiyasının təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “VOBENZİM” tabletkası 2017-ci ilin sentyabr ayından yeni formada buraxılır. Dəyişiklik, ancaq tabletkanın örtüyündə olub: tabletkanın örtük pərdəsində köməkçi maddələrin tərkibi yenilənib. Diqqətinizə çatdırırıq ki, texnoloji dəyişikliyin nəticəsində, artıq tabletkanın yeni formasının xarici görünüşü əvvəlkindən fərqlənir:

-          Rəngi:  rəngləyicinin intensivliyinin azalması

-          Tekstura: tabletkanın xarici səthinin görünüşü daha az parlaqdır

-          Ölçü: kiçildilib

Şəkərli diabeti olan xəstələrə əhəmiyyətli məlumat !

“Vobenzim” tabletkasının yeni örtüyünə keçid, şəkərin miqdarını aşağı salmağa imkan verdi.

Aparılan cüzi dəyişiklik texniki xarakter daşıyır və preparatın effektivliyinə və təhlükəsizliyinə heç bir xələl gətirmir.

Əgər, Sizə “Vobenzim”  preparatının qəbulu prosesində müşahidə etdiyiniz hər hansı bir arzuolunmaz  əlamətlər məlumdursa və ya sizdə preparatın keyfiyyətinə dair iradınız varsa, xahiş edirik, bu barədə www.wobenzym.az saytına yaza bilərsiniz.

 

İSTEHSALAT

Bu gün, Almaniyanın Berlin şəhərində yerləşən MUCOS Emulsions GmbH farmasevtik zavodunda, innovasion texnologiya və gigiyenik normaya “yaxşı istehsalat praktikası” (GMP) uyğun, ildə 850 milyon Vobenzim, Flogenzim, Vobe – Mugos E enzim tabletkaları istehsal olunur. Yüksək səviyyədə təmizlənmiş heyvan mənşəli enzimlər (tripsin, ximotripsin, pankreatin) Mucos firmasının  Argentinada yerləşən törəmə kompaniyasında istehsal olunur.

Hal- hazırda, tripsin istehsalı üzrə dünyada əsas istehsalçılardan biri Mucos Pharma firması sayılır.

Bitki mənşəli enzimlər (bromelain, papain) farmasevtik məhsulların buraxılışına dair dünya standartlarına uyğun təlabatı gözləyən Qərbi Avropanın ən məşhur ixtisaslaşmış istehsalçıları tərəfindən çatdırılır.

Mucos firmasının polienzim preparatlarının istehsalında istifadə olunan bütün enzimlərin kimyəvi və mikrobioloji təmizliyi və eyni zamanda,  bioloji aktivliyi Avropa Birliyinin dərman preparatları haqqında qanunvericilik aktının  tələbatına uyğun ciddi nəzarətdə saxlanılır. Hazır məhsulun keyfiyyətinə də  firmanın laboratoriyasında ən yeni analitik və biokimyəvi  üsullardan istifadə etməklə nəzarət olunur. Mucos, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi “farmasevtik məhsulun keyfiyyət sertifikatı”na layiq görülüb. (Link sirket son)

 

VAKANSİYA

ATRİUM  İNNOVATİONS  kompaniyasının Azərbaycan nümayəndəliyi durmadan inkişaf edir, peşəkar və həvəsli işçilərin işə cəlb edilməsində maraqlıdır. Kompaniya, Azərbaycan da daxil olmaqla, etik qaydalara ciddi şəkildə riayət edərək, bizneslə məşğuldur. Şirkətimiz sizlərə yaradıcı bir iş mühiti təklif edir, biz açıq ideya və fikir mübadiləsini, həmçinin, bir – birimizə və müştərilərimizə qarşı hörmət və inamı yüksək qiymətləndiririk.

Əgər Siz, sağlam həyat – tərzi ideyalarına bağlı olmaq istəyirsinizsə, hər zaman keyfiyyəti və innovasion yanaşmanı qiymətləndirirsinizsə - Sizi, ATRİUM  İNNOVATİONS  kompaniyasının işçiləri sırasında görməyə şad olarıq.

Bizim şirkətin bütün aktual vakansiyaları və məlumatları haqqında www.wobenzym.az  saytında tanış ola bilərsiniz.

 

ƏLAQƏ  

Firmanın Azərbaycanda rəsmi destribüteri AZERİ MED firmasıdır.

Məsləhət və əlavə məlumat üçün:

AZ 1033  Bakı şəhəri, Asif Məmmədov küç 30

Tel./faks:      +994 12  566-70-70

e-mail:  office@azerimed.com 

www.wobenzym.az

Yuxarı