Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Qadınlara kömək: Orqanizmdə iltihabi reaksiyanın yolu

ORQANİZMDƏ İLTİHABİ REAKSİYANIN ROLU 

İltihab - bu sağlam orqanizmin xəstəliyə, zədələnməyə, infeksiyaya, məsələn, patogen mikroorqanizmlərin yaratdığı uşaqlıq və onun artımlarının iltihabına, vagina və uşaqlıq boynunun iltihabına qarşı olan normal müdafiə reaksiyasıdır.

Sağalma prosesində, orqanizm özünü xarici mikroorqanizmlərdən qorumaq və zədələnmiş orqanın strukturunu və funksiyalarını bərpa etmək qabiliyyətini inkişaf etdirir ki, bu da iltihab adlanır. Zədələnmiş orqanda iltihabla əlaqədar olaraq temperatur yüksəlir, xəstə orqanın qanla təchizatı yüksəlir. Qəribədir ki, iltihab - sağlamlığın rəmzi, travmatik faktoru aradan qaldırmaq üçün sağalma prosesinin başlanması üçün orqanizmin qoruyucu reaksiyasıdır.

Əvvəlcə iltihabi reaksiya başlayır. Onun yayılmasının qarşısını almaq və vaxtında dayandırmaq üçün, iltihab qaynağını müvəffəqiyyətlə aradan qaldırmaq lazımdır.

            “İnsan orqanizmində iltihabla əlaqəli olan bütün proseslər, orqanizmin sintez etdiyi xüsusi zülal maddələri - fermentlərin və ya enzimlərin iştirakı ilə baş verir”.  

Normal orqanizmdə iltihabi proses tez bir zamanda sağalma ilə başa çatır. Aydındır ki, iltihabi prosesin bu mərhələlərinin keyfiyyət dinamikası, “patoloji ocaqda” immun sisteminin bütün qolları ilə yüksək enzim konsentrasiyaları arasında  tarazlıq əldə edildikdə mümkündür.  Müasir həyat şəraiti (stresslər, mənfi ekoloji mühüt, qidalanma, dərmanların səmərəsiz istifadəsi) orqanizmin öz enzimlərinin həddən artıq zəifləməsinə təkan verir. İmmun hüceyrələrin və/və ya fermentlərin funksiyalarının qeyri-kafi olması, iltihabi prosesin davamlı gedişinə və xroniki mərhələyə keçməsinə gətirib çıxara bilər. İmmun hüceyrələrinin həddindən artıq aktivliyi ilə əlaqədar olaraq,  autoimmun komponentlərinin iştirakı ilə də xroniki iltihabi reaksiya inkişaf edə bilər. “İltihabi prosesin qeyri-adekvat gedişinin” bir çox səbəbləri vardır ki, bunlara - anadangəlmə immun çatışmazlığı, stresslər, düzgün qidalanmamaq, mənfi ekoloji mühüt və immunitetin zəifləməsinə səbəb olan antibiotiklərin tez-tez və əsassız olaraq qəbul olunması aiddir. Nəticədə, adekvat immun cavabı baş vermir və iltihabi proses xroniki formaya keçir. Əgər, iltihabi proses təbii yolla başa çatmırsa, zədələnmiş toxumaların parçalanması başa çatmırsa, infeksiya ocağı təmizlənmirsə, o zaman, zədələnmiş orqanın funksional və struktur fəaliyyəti tam bərpa olunmur. Çanaq orqanlarının xroniki iltihabi xəstəlikləri zamanı hər beş xəstədən birində qadının daxili urogenital orqanları arasında birləşdirici toxumanın patoloji inkişafı başlaya bilər. Bu proses, onların arasında anatomik əlaqələrin dəyişilməsinə səbəb olur, uşaqlıq borularının yığılma aktivliyi pozulur, bu da uşaqlıqda döllənməni və normal hamiləliyi təmin edə bilmir. Nəticədə, uşaqlıqdanxaric hamiləliyin və xroniki çanaq ağrılarının meydana gəlməsinə səbəb olur. Bundan əlavə, iltihabi prosesin qeyri-adekvat gedişi ilə əlaqədar olaraq, xəstəlik yenidən təkrarlana bilər, çünki zədələnmiş orqandakı toxumalarda “yatmış” infeksiya ocağı qalmaqda davam edir. Beləliklə, iltihabi prosesin yanlış yolla gedişi, ginekoloji xəstəliklərin kəskin formalarının tez-tez xronikiləşməsinə gətirib çıxarır. Xroniki iltihabi proseslərin olması orqanizmin daha da zəifləməsinə səbəb olur.

İltihabi prosesin “düzgün” yolla gedişi üçün, enzimlərin orqanizmə kömək edə biləcəyini xatırladın.

           "Enzimlər, orqanizmdə iltihab prosesinin adekvat gedişinin təmin olunması üçün istifadə edilən nadir, təbii və fizioloji tənzimləyicilərdir. Yalnız enzimlərin fəaliyyəti sayəsində, iltihabi proseslər effektiv və təhlükəsiz gedir - buna görə də iltihabi proses zamanı orqanizmin enzimlərə olan ehtiyacı kəskin şəkildə artır."

Ginekoloji iltihabi xəstəlikər zamanı, antibakterial müalicə ilə birlikdə enzim kompleksi şəklində - “VOBENZİM” preparatı qəbul edilərsə, iltihabi proses və immun cavabı düzgün şəkildə davam edər və kəskin formalı xəstəliklər xroniki formaya keçməz. Beləliklə, tam sağalma prosesi sürətli və effektiv şəkildə başa çatar. İltihabi ginekoloji xəstəliklərin müalicəsində, toxumalarda ödemi aradan qaldırmaq və ağrıları azaltmaq məqsədilə istifadə edilən enzimlərin əlavə üstünlükləri əsas rol oynayır.

Yuxarı