ANTİBİOTİKLƏRƏ QARŞI MÜQAVİMƏTİN FORMALAŞMASI PROSESİ
Antibiotiklər, keçən əsrin 40-cı illərinin sonlarında dünyanı və tibbi baxışı əsaslı şəkildə dəyişdirən dərman vasitələridir. Antibiotiklərin ixtirasından sonra, bəşəriyyət infeksiyalarla effektli şəkildə mübarizə etməyi öyrəndi və infeksion xəstəliklərdən ölüm halları bir neçə dəfə azaldı.
Antibiotiklərin daha geniş yayılması və daha çox istifadə olunması ilə əlaqədar, bu dərman preparatlarının təsirinə davamlı (reaksiya verməyən) bakteriyalar da çoxalır. Bu o deməkdir ki, "adi" xəstəliklər - məsələn, artımların iltihabı - daha ağır gedişli olur və antibiotik müalicəsindən sonra da tam sağalma baş vermir. Xəstəlik törədən patogen mikroorqanizmlərin toxunulmazlığının inkişafı dünyəvi problem olaraq qalmaqdadır. Belə ki, gələcəkdə bəşəriyyət bu infeksiyalara qarşı mübarizədə təsirli preparatların olmayacağı həqiqəti ilə üzləşə bilərlər.
Antibiotiklərin qəbulu zamanı onların terapevtik təsirinin azalması üçün bir neçə əsas səbəb vardır:
1-ci səbəb
Antibiotiklərdən tez-tez istifadə olunması. Tez-tez qəbul edilən antibiotik terapiya kursları patogen bakteriyaların mutasiyasına və onlarda xüsusi bir antibakterial maddənin təsirinə qarşı “immunitetin” yaranmasına gətirib çıxarır. Əhali arasında dözümlü bakteriyaların sayı artmaqda, antibiotiklərin effektivliyi isə azalmaqdadır. Ən əsası isə, başa düşmək lazımdır ki, insan orqanizmi antibiotiklərə “vərdiş” etməməlidir, çünki patogen bakteriyalar ona qarşı tab gətirməyi öyrənirlər.
2-ci səbəb
Antibiotiklərdən düzgün istifadə edilməməsi. Çox vaxt insanlarda soyuqdəymə əlamətləri - temperatur, öskürək, boğaz ağrısı, baş ağrısı olan zaman antibiotikləri özləri - özlərinə "təyin edirlər”. Bununla yanaşı, soyuqdəymə əksər hallarda bakteriyalarla deyil, antibiotiklərin təsir etmədiyi viruslarla əlaqədar olur. Buna görə də, dərman preparatları ilə aparılan müalicə kursu nəinki müalicə etmir, əksinə bağırsaq mikroflorasının pozulmasına və ümumi immunitetin zəifləməsinə səbəb olur ki, bununla da, orqanizmin istənilən infeksiyalara, o cümlədən də, bakteriyalara qarşı müqavimət təsiri azalır.
3-cü səbəb
Antibiotiklə müalicə kursunun tamamlanmaması. Bəzən, xəstəliyin təzahürləri itdikdən sonra insanlar antibiotik müalicə kursunu sona qədər davam etdirmirlər. Bu, böyük səhvdir. Belə hallarda xəstəliyin törədicilərinin bir qismi orqanizmdə qalır. Yaşamını davam etdirən bu cür bakteriyalar, hər hansı bir xüsusi antibiotikin təsirinə qarşı rezistentli formaya keçir.
Bir və ya bir neçə mikroorqanizmlərin mutasiyalarının çoxalması, vəziyyəti daha da çətinləşdirir ki, bu da, bir sıra antibiotiklərə qarşı davamlı bakteriyaların yaranmasına gətirib çıxarır.
Antibiotiklərə qarşı davamlı bakteriyaların yaratdığı xəstəliklərə, o cümlədən də, iltihabi ginekoloji xəstəliklərə qarşı mübarizə aparmaq həddindən artıq çox çətindir.
Buna görə də antibiotiklərdən düzgün istifadə qaydalarını yadda saxlamaq vacibdir:
- Antibiotiklər həkim tərəfindən təyin edilməlidir
- Antibiotiklər həkim tərəfindən təyin edilmiş müddətdə qəbul edilməlidir
- Polienzim dərman preparatı olan "VOBENZİM" antibiotik müalicənin effektivliyini artırmaq və onların arzuolunmaz yan təsirlərini azaltmaq xüsusiyyətinə malikdir.
“VOBENZİM” iltihabi ginekoloji xəstəliklərin kompleks müalicəsində, antibiotiklərin iltihab ocağına və bakterial koloniyaya daxil olmasını yaxşılaşdırmaq, antibiotiklərə qarşı davamlı bakteriaların inkişafını zəiflətmək, həmçinin, antibakterial preparatların arzuolunmaz yan təsirlərinin (bağırsaq və vagina mikroflorasının pozğunluqlarının artması) qarşısını almaq üçün antibitiklərlə birlikdə geniş şəkildə istifadə olunur.