VOBENZİM ANTİBİOTİKLƏRLƏRLƏ BİRLİKDƏ - EFFEKTLİ MÜALİCƏ ÜSULUDUR
Antibiotik, ginekoloji xəstəliklərin iltihabəleyhinə müalicəsinin ayrılmaz bir hissəsidir. Belə xəstəliklərin xroniki və ya ağırlaşmış gedişində antibiotikoterapiya kursu, həkimlər tərəfindən kifayət qədər tez-tez və bəzi hallarda isə ildə bir neçə dəfə yazılır.
Əvvəllər, xəstəliklərlə mübarizə apara bilən antibiotiklər son zamanlar gözlənilən effekti vermir, çünki xəstəliktörədən bakteriyalar antibiotiklərə və antibakterial preparatlara qarşı davamlı olur.
Orqanizmin hər dəfə təkrarlanan antibiotik terapiya kursuna qarşı hissiyatı zəifləyir. Müalicə az effektli olur və infeksion faktorun zədələyici təsiri orqanizmə daha güclü olur.
Xəstəliktörədən bakteriyalar özünü antibiotiklərin təsirindən qoruyaraq, necə deyərlər, həmişə “suyu bulandırır”: mikrobun xarici səthində “mikrob pərdəsi” əmələ gəlir ki, bu da antibiotiklərin mikroba təsirinin qarşısını alır, möhkəmlənir və “yatmış” formaya keçir. Nəticədə, antibiotikləri dağıdan xüsusi ferment sintez edir.
Vobenzimin bakteriyalara təsir mexanizmini öyrənən RF Sankt-Peterburq Dövlət Tibb Akademiyasının mikrobiologiya, virusologiya və immunologiya kafedrasının elmi əməkdaşlarının KƏŞF-ini ” İnqılab” adlandırmaq olar.
Vobenzim preparatının enzimləri, antibiotiklərin mikrob kaloniyalarına daxil olmasını yaxşılaşdırır və onların iltihab ocağında konsentrasiyasını artırır. Eyni zamanda, enzimlər bakteriyaların rezistentliyinin artmasına maneçilik yaradır – deməli, antibiotik kursunun effektivliyini saxlayır.
Antibiotiklərin Vobenzimlə birlikdə qəbul edilməsi müalicənin effektivliyini artırır, orqanizmə göstərdiyi xoşagəlməz yan təsiri və toksiki təsiri isə azaldır.
ANTİBİOTİK QƏBUL ETDİKDƏ YADDA SAXLA: BAKTERİYALARIN YAXŞI YADDAŞI VAR!
Hər bir adam nə vaxtsa antibiotik qəbul edir. Kimisi təsadüfi hallarda, kimisi tez-tez. Ona görə belə hallarda yaddan çıxarmayın ki, bakteriyaların yaxşı yaddaşı var. Bununla əlaqədar olaraq, iki “qızıl qayda” var:
1) Antibiotik terapiya kursunu axıra qədər davam etdirmək.
2) Enzimlərin köməyi ilə iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaq və bakteriyaların antibiotiklərə qarşı rezistentli formasının əmələ gəlməsinin qarşısını almaq.
Xəstələrin əksəriyyəti, antibiotiklərlə müalicə kursunu əksər hallarda axıra qədər aparmırlar. Xəstəliyin görünən əlamətləri çəkilən kimi antibiotik müalicəsini özbaşına dayandırırlar. Bu ciddi, səhv addımdır: xəstəliktörədən bakteriyaların bir qismi orqanizmdə qalır, yaşayır və antibiotiklərin təsirinə davamlı olur, ən əsası və qorxulusu isə odur ki, onu “irsi yolla” ötürür.
Eyni antibiotiklərlə aparılan təkrar kurs müalicəsi zamanı, onun effektivliyi hər dəfə azalır. Xəstəliktörədən bakteriyalar özünü antibiotikin təsirindən qorumağı öyrənərək, necə deyərlər, “suyu bulandırır”. Onlar ətraf mühitin, eləcə də, antibitiklərin təsirindən qorunmaq üçün, özünün xarici səthində mikrob pərdəsi əmələ gətirir. Nəticədə, xəstəliktörədən bakteriyaların orqanizmə təsiri artır və aparılan müalicənin effekti az olur.
Rezistentli bakteriyaların əmələgəlmə probleminin effektli və qorxusuz həllinin yeganə yolu – VOBENZİM preparatının tərkibinə daxil olan təbii mənşəli və yüksək aktivlikli enzim kompleksidir. Vobenzim preparatının bu xüsusiyyətlərinin hesabına, tərkibindəki enzimlər nazik bağırsaqdan qana sorulur və orqanizmdə iltihab ocağının lokalizasiyasından asılı olmayaraq istənilən orqan və toxumasında öz təsirini göstərmək imkanı əldə edir. Orqanizmə rezistentli bakteriyaların əmələ gəlməsindən qorunmaq imkanı, çoxsaylı müxtəlif ferment preparatlarından fərqli olaraq, yalnız Vobenzimin unikal xüsusiyyətlərinin hesabına baş verir.
Alimlər sübut etmişlər ki, “VOBENZİM” antibiotiklərin mikrob koloniyalarına daxil olmasını yaxşılaşdırır, antibiotik haqqında infeksiyanın törədiciləri arasında olan “məlumat mübadiləsinin” keyfiyyət göstəricisini azaldır, antibiotiklərin iltihab ocağında konsentrasiyasını artırır, antibakterial müalicə kursu zamanı orqanizmin mikrobəleyhinə immunitetini aktivləşdirir və iltihabəleyhinə güclü ümumi təsir göstərir.
Beləliklə, bir sözlə yadda saxlamaq lazımdır: həkimin yazdığı antibiotik kursu tam aparılmalı və müalicə sxeminə dərman preparatı olan “VOBENZİM” əlavə olunmalıdır.