Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Vobenzim Vobenzim necə təsir göstərir

VOBENZİM NECƏ TƏSİR GÖSTƏRİR 

 

Tərkibində enzimlərin unikal kombinasiyası olan dərman preparatı VOBENZİM  ginekoloji xroniki iltihabi xəstəliklərin və onların ağırlaşmış formalarının müalicəsində geniş istifadə olunur və müalicənin bərpa kompanenti kimi əhəmiyyətli rol oynayır.

İltihabi reaksiyanın və orqanizmin immun cavabının bərpası və adekvat gedişi – ginekoloji xroniki iltihabi xəstəliklərin səmərəli müalicəsi üçün əvəzedilməz faktor sayılır.

Xəstəliyin xroniki formaya keçməsinin əsas səbəbi – iltihabi reaksiya və orqanizmin immun cavabının qeyri-optimal gedişinin toxuma zədələnməsinə cavabıdır.

İltihab – bu, xəstəliktörədən qıcıqlara qarşı orqanizmin təbii reaksiyasıdır. Zədələnmiş orqanın bərpası, məhz iltihabi prosesin gedişində baş verir. İltihabi prosesin hər hansı bir nöqtəsində baş verən pozuntular ciddi ağırlaşmalara gətirib çıxarır: infeksion xəstəliklərin artma riski, orqanizmin müqaviməti azalır və nəhayət, zədələnmiş orqanın funksiyası pozulur. Nəticədə, xroniki iltihabi proses formalaşır.

İnsan orqanizminin iltihabəleyhinə cavabının əsas təbii tənzimləyicisi, məhz enzimlər sayılır.

 Hər bir iltihabi proses zamanı orqanizmin enzimlərə olan təlabatı həddən artıq artır. Orqanizmin özünün enzim çatışmazlığının səbəbi nədir – burada oxuyun. İstinad üçün – Enzim/ İltihabi prosesdə enzimlərin rolu bölməsi.

Elmi yolla sübut olunmuşdur ki, VOBENZİM – bu xüsusi enzimlərin mənbəyi olub, xroniki və ağır formalı ginekoloji xəstəliklər zamanı orqanizmin maksimal bərpasının təminatçısı sayılır.

Ağır formalı ginekoloji xəstəliklərin əmələgəlmə səbəbinin effektiv şəkildə aradan qaldırılması üçün aparılan kompleks müalicəyə 100% təbii mənşəli enzimlərin əlavə edilməsi məsləhət görülür:

-          İltihabi prosesi tənzimləyir – xəstəliklə mübarizədə orqanizmin əsas reaksiyası-  iltihabi prosesin optimal gedişini və təhlükəsiz davam etməsini təmin edir.

-          İmmun sistemi gücləndirir ki, bu da xəstəliyin residivləşmə riskini kfayət qədər azaldır.

-          Antibiotik və antimikotik terapiyanın effektivliyini yüksəldir.

Beləliklə, VOBENZİM orqanizmin maksimal bərpasını təmin edir.     

“VOBENZİM”in unikal preparat sayılması – onun bərpaedici və fizioloji təsiri ilə bağlıdır.

Eyni zamanda, VOBENZİM  ödeməleyhinə, fibrinolitik və ikincili analgetik təsir xüsusiyyətlərinə malikdir.

Enzimlər, qana nazik bağırsaqdan sorulur və qan dövranı vasitəsi ilə iltihab ocağına çatdırılır.

Yuxarı