VOBENZİM ENZİMLƏRİN UNİKAL TOPLUSUDUR
Dərman preparatı olan Vobenzim SİSTEMLİ ENZİMOTERAPİYANIN preparatı sayılır. SİSTEMLİ ENZİMOTERAPİYA – bitki və heyvan mənşəli, yüksək aktivlikli hidrolitik enzimlərin kombinasiyasına əsaslanan və iltihabi – immun cavabı optimizə etmək yolu ilə, fizioloji və patofizioloji proseslərə kooperativ təsir göstərən, geniş spektrlı xəstəliklərin müasir müalicə üsuludur.
Digər ferment preparatlarından (yalnız həzm prosesini yaxşılaşdıran) fərqli olaraq, ancaq “VOBENZİM” nazik bağırsaqdan qana sorulmaq qabiliyyətinə malik olub, qanın nəqliyyat zülalları - α2 – Makroqlobulin (α2M) və α1 – antitripsin (α1- AT) ilə birləşərək “α2M - proteoza” kompleksi şəklində müxtəlif orqan və toxumalara yayılaraq, iltihab ocağında toplanır və özünün əsas təsir mexanizmini (iltihabi ödemi azaltmaq, iltihabı və immun cavabı optimizə etmək, mikrosirkulyasiyanı yaxşılaşdırmaq) göstərir.