Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Nəyə görə antibiotiklər kömək etmir?

Nəyə görə antibiotiklər kömək etmir?

Bakteriyaların yaratdığı iltihabi prosesin müalicəsi, praktiki olaraq, tibbin bütün sahələrində istifadə olunan antibakterial preparatlarsız mümkün deyil.

Antibiotik erası keçən əsrin ortalarından başlamış və qısa bir müddətdə belə bir fikir formalaşmışdır ki, bütün infeksiyalar bundan sonra məhv olacaq. Ancaq, on illiklər keçməsinə baxmayaraq, pnevmoniya, bronxit, pielonefrit, sistit, prostatit, adneksit, bakterial meningit, tonzillit, mastit kimi xəstəliklərin müalicəsi, hələ də ciddi çətinliklərlə rastlaşır.

Bundan əlavə, antibakterial preparatların qəbul edilməsi ilə əlaqədar, əlavə problemlər də ortaya çıxır:

- Bakteriyalar dərman preparatlarından qorunmağı öyrəndilər. Onlar antibiotikləri məhv edən xüsusi enzimlər ifraz  edir, “yatmış forma rejiminə” keçir, preparatların təsirindən və orqanizmin immun hüceyrələrindən qorunmaq üçün mikrob koloniyaları (biopərdələr) yaradırlar. Belə bir mikrob koloniyasındakı müxtəlif növlərdən olan bakteriyalar, sadəcə uğurlu bir şəkildə yaşayıb çoxalmaqla bərabər, eyni zamanda, onlara qarşı istifadə olunan antibiotiklərə “davamlı” olmağı və antibiotikin müqavimətinə dair genetik məlumatları mübadilə etməyi öyrənirlər. Bu fakt “antibiotikə müqavimətli” vəziyyət adlanır. Müasir farmasevtik bazarda, bakteriyaların vərdiş etmədiyi antibiotiklərə ildən ilə daha az rast gəlinir.

- Antibiotiklərin iltihab ocağına daxil olması çətinləşə bilər. Bildiyimiz kimi, xroniki iltihabi proses (məsələn, adneksit və ya prostatit) həm ödem, həm də orqan toxumalarında fibroz əlamətləri ilə müşayiət olunur ki, bu da dərman preparatlarının daxil olmasını çətinləşdirir. Nəticədə, xəstəlik törədicilərini insan orqanizmindən effektli şəkildə çıxarmaq mükün olmur. Bu da, xəstəliyin residivləşməsinin səbəblərindən biri sayılır.

Antibiotiklər, demək olar ki, həmişə immun sisteminin vəziyyətinə mənfi təsir göstərir və xəstəlik, bir qayda olaraq, orqanizmin müdafiə xüsusiyyətlərinin zəifləməsi fonunda yaranır. Buna görə də, immunomodulyator təsirə malik əlavə preparatlar tələb olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətin həddindən artıq ağır olduğunu qəbul edib və bütün ölkələrin elm xadimləri üçün milli prioritet sayılan – mövcud antibiotiklərin təsirlərini artıran dərman preparatlarının axtarışı haqqında düşünməyə çağırıb.

Təbii mənşəli yüksək aktivlikli enzimlərin kombinasiyasından ibarət dərman preparatı Vobenzim (Mucos Pharma, Almaniya) bakteriyaların müqavimətinə qarşı mübarizə aparmaqla yanaşı, antibiotiklərin effekktivliyini artırır və onların yan təsirlərini azaldır.

Vobenzim preparatının enzimləri,  dəyişikliyə uğramadan bağırsaqdan qana sorulur, qanın nəqliyyat zülalları ilə iltihab ocağına çatdırılır və orqanizmdə baş verən bütün biokimyəvi reaksiyalar üçün katalizator rolunu oynayır.

Kliniki tədqiqatların nəticəsinə əsasən sübut olunmuşdur ki, dərman preparatı olan “Vobenzim”:

- iltihab ocağında antibiotiklərin konsentrasiyasını artırır;

- antibiotiklərin mikrob koloniyalarına daxil olmasını yaxşılaşdırır;

- infeksion  törədicilər arasında antibiotiklərə qarşı rezistentlik faktorlarının ötürülmə tezliyini azaldır;

- immunomodulyator təsirə malikdir (mikrobəleyhinə immuniteti aktivləşdirir, interferonların sintezini normallaşdırır);

- antibiotiklə müalicə kursu dövründə disbiozun inkişaf etmə riskini azaldaraq bağırsaq mikroflorasını yaxşılaşdırır;

- İltihabəleyhinə güclü təsirə malikdir;

- İltihab zonasında mikrosirkulyasiyanı, limfatik drenajı və toxumanın trofikasını yaxşılaşdırmaqla, orada həddindən artıq fibrozlaşmanın qarşısını alır.

         Beləliklə, Vobenzim antibakterial terapiyanın effektivliyini və təhlükəsizliyini artırır, xroniki iltihabi prosesin residivləşmə və ağırlaşmaların inkişaf tezliyini  azaldır, eləcə də, poliproqmaziyanın (eyni vaxtda çoxlu sayda dərmanların təyin edilməsi) qarşısını alır.

Yuxarı