Ginekoloji xəstəliklərin xroniki formaya keçməsinin səbəbləri.
Qadınların yarısından çoxu, ginekoloqa iltihabi xəstəliklərlə əlaqədar müraciət edirlər. İltihabi proses nə dərəcədə təhlükəlidir? İltihab – hər hansı bir zədələnməyə və infeksiyaya qarşı yönələn cavab nəticəsində orqanizmin müdafiə reaksiyasıdır. Bu reaksiya normada xəstəliktörədici mikroorqanizmlərin tamamilə məhv edilməsinə və orqanizmdən çıxarılmasına, eləcə də, zədələnmiş toxumaların bərpa edilməsinə yönələn bir prosesdir. Toxumalarda iltihabi reaksiyanın dərəcəsi, xəstəliktörədicilərin özünəməxsus xüsusiyyətləri, orqanizmin özünün mikroflorasının vəziyyəti, eləcə də, orqanizmin immunoloji reaktivliyi ilə ölçülür.
İltihabi proses 4 mərhələdən ibarətdir (V.Q.Ovsiyannikov, 1987):
I mərhələ - hüceyrələrin zədələnməsi və iltihab mediatorları adlanan xüsusi, spesifik maddənin ifraz olunması;
II mərhələ - iltihab ocağına mayenin (ekssudat) toplanması, bakterial toksinlərin konsentrasiyasının aşağı düşməsi;
III mərhələ - immun hüceyrələrin toxumalara toplanması, bakteriyaların udulması və həll olması;
IV mərhələ (son mərhələ) - zədələnmiş toxumanın bərpa olunması –sağalma.
Əgər iltihabi proses düzgün gedişli olarsa, o zaman, onun yuxarıda sadalanan bütün mərhələləri bir -birini tədricən əvəz edərək, orqan və toxumaların minimal zədələnməsi və onların funksiyalarının minimal pozğunluğu ilə asanlıqla sona çatır.
Əksinə, iltihabi prosesin 1-ci mərhələdə həddindən artıq aktiv gedişli olması, nekrozun əmələ gəlməsinə, ağır dərəcəli ekssudativ ödemin yaranmasına və nəticədə, toxumanın işemik zədələnməsinə gətirib çıxara bilər və çapıq toxumanın əmələ gəlməsinə şərait yarada bilər. Əgər, orqanizmin reaktivliyinin aşağı olması ilə əlaqədar, iltihabi proses zəif gedişli olarsa, o zaman xəstəliktörədici mikroorqanizm orqanizmdə qalır və iltihabi proses yavaş-yavaş davam edərək xroniki formaya keçir və orqanın funksiyası pozulur. Məsələn, uşaqlığın selikli qişasının xroniki iltihabi prosesi (endometrioz) zamanı, menstrual funksiyanın xarakterik pozğunluğu və sonsuzluq meydana çıxır. EKO (ekstrakorporal döllənmə) – prosesinə səmərəsiz cəhd olur (A.Z.Xaşukoeva və digərləri, 2012)
İltihabi prosesin sonunun normal və optimal başa çatması üçün, yəni infeksiya törədicisini orqanizmdən çıxarmaq və mütləq bu müdafiə reaksiyasının ardıcıllıqla (nə həddən artıq , nə də həddən zəif) getməsini təmin etmək lazımdır. Təbii ki,əgər infeksiya törədicisi orqanizmə daxil olubsa, iltihabi proses başlayıbsa, o zaman bu prosesi söndürmək yox, idarə etmək lazımdır.
Eyni zamanda, antibiotiklərin iltihabi prosesi törədən mikroorqanizmlərə effektli təsirini təmin etmək lazımdır. İltihabi xəstəliklər zamanı antibakterial preparatların işlədilməsi mütləq vacibdir, ancaq onların effektivliyi bir çox amillərdən, o cümlədən, onların iltihab ocağına nə qədər yaxşı və asanlıqla daxil olmasından, mikroorqanizmlərin dərman preparatına qarşı davamlı olmasından və digər faktorlardan çox asılıdır. Nəticə, immun reaksiyasının (interferon sintezi, faqositoz, sitokinlərin tənzimlənməsi və s.) aktivliyindən asılı olacaq.
İltihabəleyhinə qeyri-steroidli preparatların son nəsli – iltihabi xəstəliklərin simptomlarını söndürmək qabiliyyətinə malik xeyirli xüsusiyyətləri ilə yanaşı, onların xoşagəlməz yan təsirləri (bronxial astmalı xəstələrdə “tutmaların” baş vermə ehtimalı, yuxululuq, qulaqlarda küy, başgicəllənmə, ödem, qan təzyiqinin qeyri-stabilliyi, əsəbi gərginlik və s.) də özünü büruzə verir. Ancaq onlar antibiotiklərlə qarşılıqlı təsir və onların effektivliyinə təsir etmir, eyni zamanda, onlar iltihabönü və iltihabəleyhinə sitokinlərə tənzimləyici təsir göstərmir. Böyük rus alimlərinin (professor V.V.Tetz və başqaları, 2006) apardığı elmi tədqiqat işlərinin nəticəsi sübut edir ki, ferment kombinasiyaları (Vobenzim) qohum olmayan müxtəlif qrup mikroorqanizmlərə antibiotiklərin təsir effektini birbaşa artırır.
Hələ 20 il öncə Rusiyalı akademik Q.T.Suxixin apardığı elmi işlərin nəticəsi Vobenzim preparatının xlamidiozlu xəstələrdə leykositlərin interferon sintez etmək qabiliyyətinə müsbət təsirini sübut etmişdir. Vobenzim – iltihabi prosesin fizioloji gedişini təmin etməklə, onun xroniki residiv gedişli olmasının qarşısını alır (İ.B.Mixaylov, Y.İ. Sternin,2012).
Vobenzim qəbul edilməsi immun sisteminin hüceyrə və hormonal şaxələrinin normal aktivliyinin bərpa olunmasına şərait yaradır (E.O.Urban, 2004), iltihabi prosesin xüsusi tənzimləyiciləri olan iltihabönü və iltihabəleyhinə sitokinlərin qarşılıqlı münasibətlərini isə optimizə edir (S.V.Minaev, 2004). Vobenzim qəbulu iltihabi prosesin gedişini zəiflətməməklə onu optimizə edir və heç bir ağırlaşma olmadan sona çatmasına şərait yaradır. Bundan əlavə, Vobenzim antibiotiklərin effektivliyini artırır. Bu isə, çapıq toxumanın və bitişmə xəstəliyinin əmələ gəlməsindən qaçmaqla, orqanizmdən infeksion amilin çıxarılmasına imkan verir.