Ginekoloji xroniki iltihabi xəstəliklər. Nə üçün onlar təhlükəlidir və onları necə düzgün müalicə etmək?
İltihab – bəşəriyyətə qədim dövrlərdən məlum olan bir fenomendir. İltihabın 4 əlaməti ilk dəfə romalı həkim Aulus Cornelius Celsus ( təxminən b.e.ə 25 – b.e 50) tərəfindən yazılmışdır: rubor – qızartı, tumor – şiş (ödem), calor – qızdırma (temperaturun artması), dolor – ağrı; functio laesa – funksiyaların pozulması əlaməti isə Qalen (129- təxminən 200) tərəfindən əlavə olunmuşdur. Bu təsvir bu günümüzə qədər öz aktuallığını saxlamışdır. Bu əlamətlər orqanizmin istənilən bir hissəsində (orqanında) iltihabi proses üçün xarakterikdir.
Qadın genital orqanlarının iltihabi xəstəlikləri olduqca tez-tez baş verir: ginekoloqun qəbuluna yazılan qadınların yarıdan çoxu məhz iltihabi xəstəliklərdən əziyyət çəkir.
Bu necə mümkündür? Gəlin, anlamağa çalışaq. İltihab – orqanizmin patogen mikroorqanizmlərin təsirinə cavab olan qoruyucu bir reaksiyasıdır. Bu reaksiya mikrobların (xəstəliktörədicilərin) orqanizmdə tamamilə məhv olunmasına və xaric olunmasına yönəldilmişdir. Qadın genital orqanlarının toxumalarında iltihabi reaksiyanın intensivliyi mikrob-törədicilərinin xüsusiyyətləri, orqanizmin özünün mikroflorasının vəziyyəti, həmçinin, orqanlarının reaktivliyi ilə müəyyən edilir. Qadın genital orqanlarının iltihabi xəstəliklərinin səbəbi, həm şərti patogen mikroorqanizmlər, yəni normada az miqdarda cinsiyyət sisteminin aşağı hissəsində və bağırsaqlarda yaşayan; və həm də patogen – adətən normada insan orqanizmində olmayan və cinsi yolla keçən xəstəliklərin törədiciləri – qonokkok, trixomonada, xlamida ola bilər. İltihabi proses başlayan kimi onun yuxarıda sadalanan bütün kliniki əlamətləri özünü büruzə verir. Qadınlar tez-tez həkimə müraciət etməkdən çəkinirlər, müayinə olunmadan və dəqiq diaqnoz qoyulmadan adətən rəfiqələrinin məsləhəti ilə özləri -özlərini müalicə edirlər. Qadınlar özlərini yaxşı hiss edən kimi isə dərman preparatının qəbulunu dayandırırlar. Amma o sağaldımı?
Çox vaxt məlum olur ki, yox. İltihabi prosesin kəskin dövrü dayanır, onun kliniki təzahürləri isə daha az müşahidə olunur. Cinsiyyət sisteminin yarımçıq müalicə olunan iltihabi prosesinin ağırlaşmaları ortaya çıxdıqdan sonra qadın həkimə müraciət edir. Belə ağırlaşmalar, menstrual funksiyaların pozğunluqları, məsələn uzunsürən və ağrılı menstruasiyalar, sonsuzluq və s. ola bilər. Erkən mərhələdə hamiləliyin pozulması və ya sonrakı dövrdə uşaqlıq daxili infeksiya fonunda uşaqsalma kimi hamiləliklə bağlı problemlər də ola bilər. Niyə? Keçirilən qadın urogenital sisteminin iltihabi prosesi ilə orqanların spesifik funksiyalarının pozğunluqları arasında nə əlaqə var?
Və burada, biz məqalənin əvvəlində adını çəkdiyimiz iltihab əlamətlərinə qayıdırq. Xatırlayırsınız? Functio laesa – funksiyaların pozulması. Əgər iltihabi proses tam müalicə olunmamışdırsa, yalnız, sadəcə xəstəliyin kliniki təzahürlərinin dərəcəsi azalmışdırsa və bu zaman xroniki formaya keçid ehtimalı varsa, o zaman, cinsi sistemin bütün funksiyaları pozulur. İltihabi proses (və hər hansı bir orqan) üçün xarakterik olan daha bir xoşagəlməz xüsusiyyəti nəzərə almaq lazımdır: iltihabi prosesin nəticəsi fərqli ola bilər. Tam sağalma baş verə bilər – yəni, düzgün seçilmiş terapiya ilə iltihablanmış toxumaların tamamilə bərpası başa çatar. Ola bilər də ki, normal toxumanın bir hissəsinin çapıq toxuma ilə əvəzlənməsi baş versin, o zaman da həmin orqan normal fəaliyyət göstərə bilməz. Ən bariz nümunə - keçirilmiş iltihabi prosesdən sonra uşaqlıq borularının keçməzliyidir. Başqa bir problem də var. Bəzən nəzarətsiz və düzgün olmayan kurslarla antibiotiklərin qəbulu mikroorqanizmlərin genetik dəyişikliyinə gətirib çıxarır. Antibiotiklərin təsirinə davamlı mikroblar da əmələ gəlir ki, onlar da xəstənin belə bir infeksiya ilə müalicəsini çətinləşdirir.
Qadın genital orqanlarının müalicəsinə düzgün yanaşma necə olmalıdır? İlk növbədə, iltihabi əlamətlər meydana çıxdığı zaman həkim məsləhəti almaq lazımdır, kliniki diaqnoz qoyulmalı və dərman preparatının kifayət miqdarda dozası ilə adekvat müalicə təyin olunmalıdır. Antibakterial dərman preparatları ilə yanaşı onların təsirini gücləndirən, çapıq toxumanın yaranma riskini və xəstəliyin residivləşməsini azaldan əlavə müalicə metodları da təyin oluna bilər. Bu baxımdan, antibakterial preparatların iltihabi toxumalara daxil olmasını yaxşılaşdıran, mikroorqanizmlərin antibiotiklərdən qorunmaq üçün yaratdığı biopərdələri dağıdan və immun sistemin funksiyalarını yaxşılaşdıran Sistemli Enzimoterapiya metodu (“Vobenzim” preparatı) böyük əhəmiyyət kəsb edir. Bəli, bəli. Təəccüblənməyin! Yaşamaq uğrunda mübarizədə müxtəlif növ mikroorqanizmlər inkişaf etməyi öyrənirlər – hər hansı bir xarici faktorun, o cümlədən də, antibiotiklərin təsirindən mikrobları qoruyan biopərdələr “tikirlər”, bu, eyni zamanda, qohumluq əlaqəsi olmayan mikroorqanizmlər arasında unikal imkan yaradır ki, onlar genetik məlumatların mübadiləsini apara bilsin və yeni xüsusiyyətlər qazansın! Çoxsaylı elmi tədqiqatların nəticələrinə əsasən demək olar ki, “Vobenzim” preparatı çapıq toxumanın formalaşma prosesini dayandırmaq və onun fonunda iltihabi prosesi əlverişli nəticələrlə sonra çatdırmağa qadirdir. Müalicə kursundan sonra da yenidən həkimə müraciət etmək, tövsiyə olunan analizlərdən keçmək və müalicənin nəticəsinə - sağalmaya tam əmin olmaq lazımdır. Genital orqanların iltihabi xəstəliklərinin profilaktikasında öz vaginal mikrofloranızın rolunu da unutmayın. Antibiotik terapiya kursundan sonra floranın bərpası – təkrarlanan xəstəliyin profilaktikasında mühim bir mərhələdir, dərman preparatlarının seçilməsi ilə bağlı həkiminizdən məsləhət alın. Orqanizmin özünün mikroflorasının – laktobakteriyaların həyat – fəaliyyətinin saxlanılması üçün, sadəcə, xaricdən müxtəlif preparatlar şəklində laktobakteriyaların qəbul olunması yox, sadəcə süd turşularının qəbul olunması çox perspektivli bir yoldur.