Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Dərman preparatlarının effektivliyi. Uydurmalar və reallıq

Dərman preparatlarının effektivliyi. Uydurmalar və reallıq?

Hər hansı bir xəstəliyin müalicəsində istifadə olunan dərman preparatının effektivliyi kliniki tədqiqatların nəticələrinə əsasən sübut olunmalıdır. Bu, təsdiqləyici təbabətin əsas prinsipidir. Son illərdə, mətbuatda sensassiya axtarışında olan bəzi “həkim-şoumenlər” hər hansı bir dərman preparatının səmərəsizliyi haqqında məsuliyyətsiz çıxışlar edirlər.

Ən hörmətli həkimlərin və kliniki farmakoloqların bu cür bəyanatları yolverilməzdir. Dərman preparatının səmərəsizliyi haqqında iddialar sübuta yetirilmiş tədqiqatlara istinad olunmalıdır. Preparatların ictimaiət arasında gəzən “sübutsuz ah-nalələri” sosial ziyana yol açır. Xəstə, müalicə təyin edən həkimə inanmağı dayandırır, preparatı satan əczaçılara hirslənir, həmçinin, onun satışına icazə verən dövlətə də qəzəblənir. Cəmiyyətdə əlavə gərginlik yaradılır ki, bu da, bir qayda olaraq, əsassızdır.

Hər hansı bir dərman preparatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qeydə alınmazdan əvvəl, bir neçə tədqiqat mərhələsindən keçməlidir. Kilinikiönü tədqiqatlar bioloji modellər və laboratoriya heyvanları üzərində aparılır. Belə tədqiqatlar uzun illər davam edə bilər. Bundan əlavə, preparatın sorulma mexanizmini, paylanmasını, orqanizmdən xaric olma mexanizmini, qəbul qaydasını və təhlükəsiz doza həddini müəyyənləşdirilməsi üçün, dərman preparatının istifadəsinə dair sağlam könüllülər üzərində tədqiqatlar aparılır. Yalnız, bundan sonra dərman preparatının müvafiq xəstəliyə uyğun xəstəyə təyin olunması planlaşdırılır. Həkimlər hər hansı bir xəstəliyin müalicəsində effektivliyi sübut olunmuş dərman preparatının tibbi tədqiqatlarının nəticələrinə rəhbərlik edirlər. Bu, sübuta əsaslanan tibbin başlıca prinsipidir.

Həkim-tədqiqatçılar əvvəlcədən müəyyənləşdirilmiş və təsdiqlənmiş tədqiqat protokolu kriteriyalarına uyğun olaraq xəstələri seçirlər və bu xəstələrin icazəsi ilə, tədqiq edilən dərman preparatı ilə müalicədən əvvəl, müalicə vaxtı və müalicədən sonra onların vəziyyətləri (şikayətləri, laborator analizlərin nəticələri, instrumental müayinə, xəstəliyin dinamik gedişi və s.) haqqında məlumatları toplayırlar. Daha sonra, tibbi statistika sahəsindəki mütəxəssislər əldə edilən məlumatları analiz edirlər. Kliniki tədqiqatların nəticələri, xüsusi statistika metodları ilə bu patologiyaya sahib bütün xəstə əhaliyə köçürülür. Lakin başa düşmək lazımdır ki, 100% effektiv dərman preparatı yoxdur. Kliniki tədqiqatların nəticələri göstərir ki, bir qayda olaraq, belə patoloji vəziyyətdə bir çox hallarda dərman preparatı yaxşı təsir göstərir və xəstələr tərəfindən yaxşı keçirilir.

Lakin, bu nadir hallarda səmərəsizliyi və yan təsirlərin inkişafını istisna etmir, hansılar ki, dərmanın özündən deyil, daha çox xəstənin orqanizminin fərdi xüsusiyyətlərindən asılı olur.

Mütəxəssislər tərəfindən diqqətlə nəzərdən keçirildikdən sonra bütün tədqiqat nəticələri dərman preparatının faylına daxil edilir və yalnız bundan sonra ölkə ərazisində istifadəsinə rəsmi icazə verilir.

1992-ci ildə beynəlxalq qeyri-kommersiya təşkilatı – Kokran Əməkdaşlığı (Cochrane Collaboration) yaradıldı ki, bu təşkilat tibbi texnologiyaların effektivliyini və elmi tədqiqatların nəticələrini daima təkmilləşdirilən ciddi metodlarla öyrənir. Bu təşkilatın işinin əsas nəticəsi – Kokran Elektron Kitabxanası – yalnız ən yaxşı, ən etibarlı tədqiqatları əhatə edən unikal məlumatlar bazasıdır.

Nümunə kimi, Almaniyada istehsal olunan “Vobenzim” dərman preparatına nəzər salaq. Bu dərman preparatı iltihabəleyhinə və immunomodulyator təsirə malikdir. Yuxarıda sadalanan lazımi klinikiönü və kliniki tədqiqatlar həyata keçirilmiş, onların nəticələri isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dərman preparatının qeydiyyat faylının tərkibinə daxil edilmişdir. Orqanizmin iltihabi reaksiyasının universal xarakter daşımasına baxmayaraq, “Vobenzim” preparatının effektivliyi “dərman preparatının istifadəsinə dair təlimat” vərəqinə daxil edilmiş bütün xəstəliklər üzrə kliniki tədqiqatlar nəticəsində təsdiqlənmişdir. 140-dan artıq kliniki tədqiqat aparılmış, 100-dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. Müxtəlif xəstəliklər üzrə “Vobenzim” preparatının effektivliyini sübut edən 20-dən çox yerli və xarici kliniki tədqiqatların nəticələri Kokran elektron kitabxanasında yerləşdirilmişdir. Vacibdir ki, həkimlər uzun illərlə dərman preparatı olan “Vobenzim”in müvəffəqiyyətlə istifadə edilməsinə dair böyük praktiki təcrübələr toplamış, elmi tədqiqatların təsdiqlənmiş nəticələri həkimlər üçün  nəzərdə tutulmuş vəsait və tövsiyyələrdə əks olunmuşdur.

Lakin elm bir yerdə dayanmır, hətta böyük sübut bazasına baxmayaraq, dərman prepatı olan “Vobenzim”in qəbul olunması ilə kliniki tədqiqatlar davam edir.

 

Yuxarı