Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Sonsuz davam edən xroniki iltihabi dairəni necə dağıtmaq ?

Sonsuz davam edən xroniki iltihabi dairəni necə dağıtmaq ?

İltihabi proses - orqanizmin hər hansı bir zədələnməsinə (travma, cərrahi və ya infeksiyaya qarşı) təkamül prosesində meydana gəlmiş bir reaksiyasıdır. İltihabi prosesin məqsədi -  zədə faktorunun səbəbinin aradan qaldırılması və zədələnmiş toxumanın bərpa olunmasıdır. Belə bir vəziyyətdə, zədələnmiş orqanın funksiyası maksimum dərəcədə saxlanmalıdır. Bəs nə üçün bəzən iltihabi proses sağalma ilə sona çatır və artıq baş vermir, lakin bəzi hallarda isə xroniki formaya keçir və yenidən təkrarlanır (residivləşir) ?

İltihabi proses və immunitet problemləri  bir - biri ilə çox sıx bağlıdır. İmmun reaksiyaları – iltihabi prosesin inkişafında əhəmiyyətli rol oynayır və bu, əsasən orqanizmin fərdi xüsusiyyətlərində gedişini və nəticəsini müəyyənləşdirir.

 İltihabi prosesin düzgün bir şəkildə getməsi üçün xüsusi protein maddələrinin – iltihabönü və iltihabəleyhinə sitokinlərin balansına diqqət yetirilməlidir. Onlar iltihabi prosesdə iştirak edən müxtəlif immun hüceyrələri tərəfindən sintez olunur. Lakin, iltihabi prosesi tənzimləyən sitokinlərin balansı pozulduqda, iltihabi proses yanlış, uzun sürən və ya xroniki bir formaya keçir. Nəticədə, orqanizm iltihabi prosesin öhdəsindən effektiv bir şəkildə gələ bilmir və ya iltihab törədicilərini tamamilə məhv edə bilmir. 

Xroniki prosesin inkişafı törədicilərin öz xüsusiyyətlərindən irəli gəlir. Bir çox bakteriyalar xarici təsirlərdən qorunub saxlanır, koloniyalar (biopərdələr) yaradır, hüceyrədaxili formalar şəklində yatırlar. Bu proses, insan orqanizmində patogen bakteriyaların sağqalma və yaşama ehtimalını artırır. İnfeksion- iltihabi xəstəliklərin müalicəsi  müasir dövrdə antibiotiklərdən istifadə etmədən mümkün deyil. Ancaq bakteriyalar antibiotiklərə qarşı davamlılıq faktorlarını (antibiotikə qarşı müqavimət) sintez edirlər. Tamamlanmamış antibiotik terapiya kursları və həkim təyinatı olmadan, qəbul edilən antibakterial dərman preparatları vəziyyəti daha da ağırlaşdırır.

Nə vaxt ki, zədələnmiş orqan və toxumaların, hələ sona çatmamış regenirasiya prosesinin üstünə iltihabi prosesin yeni epizodu düşür, o zaman, xroniki iltihabi proses yenidən residivləşə bilər. İmmun sisteminin zəif reaktivliyi zamanı, xroniki iltihabi proses gizli, zəif və ciddi ağırlaşmalar olmadan baş verə bilər. Lakin istənilən halda, iltihab ocağında eyni bir vaxtda iltihabönü və iltihabəleyhinə sitokinləri fəal şəkildə sintez edən və həddindən artıq toplanan xüsusi immun hüceyrələri meydana gəlir ki, bu da, daimi təkrarlanan kəskin xroniki iltihabi proses dairəsini təşkil edir.

İltihabi reaksiyanın bu cür inkişafı, patoloji bölgədə davamlı iltihabi ödem və fibroz  toxumaların inkişafına səbəb olur. Bu isə antibiotiklərin törədicilərə daxil olmasını və təsir etməsini çətinləşdirir, nəticədə, xroniki iltihabi prosesin daha da residivləşməsinə şərait yaradır.

Hər bir yeni residivləşmə təhlükəsi, zədələnmiş orqanın getdikcə artan yeni toxumalarının ölümü və funksiyalarının azalması ilə müşayiət olunur.  Məsələn, qadınlarda uşaqlıq və uşaqlıq artımlarında, kişilərdə isə prostat vəzində xroniki iltihabi prosesin hər bir  yeni kəskinləşmə epizodu, sadəcə xoşagəlməz narahatlıq yaratmır, həm də sonsuzluğun inkişaf etmə ehtimalını artırır. Buna görə də, xroniki iltihabi prosesin müalicəsində əsas məqsəd, növbəti kəskinləşmə simptomlarının şiddətini azaltmaq deyil, remissiya müddətini uzatmaq və residivləşmə tezliyini minimuma endirməkdir.

Bu vəziyyətdə, iltihabi prosesi və immun cavabı yatırmaq və ya stimullaşdırmaq yox, onu optimallaşdırmaq lazımdır.  Eyni zamanda, antibiotiklərin təsir effektivliyini də artırmaq lazımdır.  Bu, çox çətin bir işdir.

Lakin bütün bu proseslərə eyni bir vaxtda təsir etmək mümkündür. Məhz bu məqsədlə də iltihabəleyhinə dərman preparatı olan “Vobenzim” istehsal olunub. O həkimlər tərəfindən tibbin bir çox sahələrində geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, kəskin və xroniki iltihabi prosesin inkişaf mexanizmi universaldır və orqanizmdə baş verən lokalizasiyadan asılı deyil.

 

“Vobenzim” sitokinləri sintez edən immun hüceyrələrinin fəaliyyətini normallaşdırır, həmçinin, xroniki iltihabi prosesin möhkəm zəncir dairəsini dağıdaraq, onun optimal gedişini bərpa edir və iltihabönü və iltihabəleyhinə sitokinlərin nisbətini optimallaşdırır. “Vobenzim” dərman preparatı, eyni zamanda, iltihabi ödəmin ağırlaşma ehtimalını azaltmaq və yeni fibroz ocaqlarının inkişafının qarşısını almaq bacarığına qadirdir. Bu da, antibiotiklərin iltihab ocağına daxil olmasını yaxşılaşdırır. Son zamanlar aparılan elmi tədqiqatlar nəticəsində, Vobenzim preparatının biopərdələrdə bakteriyaların yaşamasını pisləşdirmək, antibiotiklərə qarşı rezistentli bakteriaların inkişaf tezliyini azaltmaq kimi mühüm təsirləri də ortaya çıxmışdır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vobenzim preparatı yüksək təhlükəsizlik profilinə malik olduğu üçün o, həmçinin, uşaqların, hamilə və laktasiya dövründəki qadınların müalicəsində də geniş istifadə olunur.  Bu dərman preparatı GMP beynəlxalq standartlarına uyğun Almaniyada istehsal olunur.

Beləliklə, xroniki iltihabi xəstəliklərin residivləşməsinin profilaktikası və onların ağırlaşmalarının qarşısının alınması problemi antibiotik və “Vobenzim” dərman preparatı istifadə etməklə kompleks şəkildə həll olunur.           

Yuxarı