Sİmptomlar
Əgər, ginekoloji xəstəliklərin kəskin formaları (adneksit, salpingit, endometrit və s.) bədən temperaturunun artması və ümumi intoksikasiya əlamətləri ilə şiddətli şəkildə baş verirsə, əksinə, xroniki formaları “görünməyən” kliniki əlamətlərlə xarakterizə olunur. Bununla birlikdə, qadın genital orqanlarının xroniki xəstəlikləri uşaqlıqdan xaric hamiləliyin olmasına, hamiləlik zamanı düşüklərin baş verməsinə və dölsüzlüyə səbəb olan mümkün fəsadların inkişafı baxımından çox təhlükəlidir.
Ginekoloji xəstəlikləri - iltihabi, hormonal, distrofik, şiş və kistaların meydana gəlməsi ilə bağlı olan xəstəliklər qrupuna bölmək olar. Hər bir xəstəliyin özünəməxsus əlamətləri olsa da, qarının aşağı nahiyyəsində olan ağrılar, genital orqandan patoloji ifrazatlar və menzis dövründəki pozğunluqlar kimi bir çox qadın xəstəliklərinin gedişini müşayiət edən xarakterik ümumi əlamətlər də özünü büruzə verir.
Qadınlarda xroniki urogenital xəstəliklərin bezdirici kəskin ağrıları həm periodik, həm də, demək olar ki, davamlı olaraq baş verə bilər. Qarının aşağı nahiyəsindəki ağrılar beldən aşağıya, sakruma və ya aralıq zonasına irradiasiya edə bilər. Ağrı sindromu cinsi əlaqə, fiziki fəaliyyət və ağırlıq qaldırma nəticəsində də arta bilər.
Urogenital orqanlardan patoloji ifrazat serozlu, serozlu-irinli, serozlu-qanlı və s. ola bilər. Bir qayda olaraq, ifrazat iltihabi-infeksiyon prosesin xroniki gedişində spesifik bir qoxu ilə fərqlənir.
Menustrasiya dövründəki pozğunluqlar menstrual qanaxmalar arasında qeyri-bərabər intervallarla özünü göstərir. Əgər, normada bu interval 28-32 günü əhatə edirsə, menzis dövrü pozulduqda ya 45 gün və ya daha artıq, ya da 24 gün və ya daha az olur. Bir sıra xroniki ginekoloji xəstəliklər amenoreyanın inkişafı ilə müşayiət edilə bilər ki, buraya 6 aydan çox menstrual qanaxmanın olmaması və ya menzis dövrü ilə əlaqəli olmayan qanaxmalar aiddir.
Bir qayda olaraq, xroniki ginekoloji xəstəliklərin kəskinləşməsi yaz və payız aylarında, eləcə də, iqlim dəyişikliyi, soyuqdəymə və ya hipertermiya kimi təkanverici amillərin təsiri nəticəsində baş verir. Kəskinləşmə ehtimalını artıran faktorlara orqanizmin antibiotiklərə olan “asılılığı” və floranın antibiotiklərə qarşı müqavimətinin yaranmasına səbəb olan immun sisteminin ümumi effektivliyinin zəifləməsi aiddir. Bəzi hallarda, xroniki ginekoloji xəstəliklərin kəskinləşməsinə kəskin respirator virus infeksiyaları da tez-tez təkan verir.
Əsas çalışmaq lazımdır ki, xroniki ginekoloji xəstəliklərin (salpinqooforit, adneksit, endometrit və s) kəskinləşməsinə ya yol verilməsin, ya da nadir hallarda baş versin, çünki onlardan hər hansı biri çox ciddi ağırlaşmaların (kiçik çanaq orqanları arasında çapıq toxumanın, ikincili dölsüzlük və ya adəti hamiləlik “düşüklük” halları) səbəbi ola bilər.
Burada xroniki iltihabi ginekologiji xəstəliklərin müalicəsi haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.