Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Ginekoloji xroniki xəstəliklər Qadın orqanizminə zərər vuran nədir?

Qadınlarda urogenital sistemin - adneksit, salpingit, endometrit, uretrit və sistit kimi iltihabi xəstəlikləri  xroniki formaya keçərkən onların həyat tərzinə xüsusilə güclü təsir göstərir, o cümlədən, vaginal mikrofloranın pozulmasına (disbioza) səbəb olur. Bu xəstəliklər tez-tez rast gəlinən kəskinləşmə hallarına və proqressiv gedişə, tədricən isə daha da ağırlaşmaya və fəsadların artmasına meyilli olur. Məsələn, bu xəstəliklərə kiçik çanaq orqanlarında çapıq toxuma prosesi, uşaqlıq və ya vagina divarlarının patoloji birləşmələri, eləcə də, irinli-iltihabi proseslər, pelvioperitonit (kiçik çanaq orqanlarının iltihabı) və peritoniti (qarın boşluğu orqanlarının iltihabı) misal göstərmək olar. Xroniki ginekoloji xəstəliklər və onların ağırlaşması qadınların ümumi vəziyyətinə mənfi təsir göstərir.  Belə ki, xroniki xəstəliklərin şiddətlənməsi immuniteti zəiflədir, çapıq toxuma çanaq orqanların funksialarının pisləşməsinə gətirib çıxarır, irinli-iltihabi proseslər isə hətta qadınların həyatı üçün təhlükə yarada bilir.

Urogenital sistemin xroniki xəstəliklərinin gedişində fəsadların artmasının əsas səbəblərinə nəzarətsiz antibiotik müalicəsi, tez-tez iltihabəleyhinə preparatlarla və zəif vitaminlərlə aparılan müalicə kursu, cinsi ortaqların tez-tez dəyişilməsi, mövsümi soyuqdəymələr, kəskin iqlim dəyişikliyi, tez-tez stess halları və çox yağlı qidalar aid ola bilər. Əlbəttə ki, əlverişsiz ekoloji şəraitin təsirini də unutmaq olmaz.

Antibiotiklər sadəcə müalicə etmir.

Ağırlaşmış ginekoloji xəstəliklərin inkişafında çoxsaylı antibiotik və iltihabəleyhinə terapiya kursları  xüsusi rol oynayır. Antibiotiklər mədə-bağırsaq traktının mikroflorasının tərkibini pozmaqla və immuniteti zəiflətməklə infeksiyalarla mübarizə aparır. Təkrarlanan iltihabəleyhinə terapiya kursları ona gətirib çıxarır ki, orqanizm sağalma prosesinin başlanması üçün iltihabi prosesin adekvat yolla getməsini artıq “unudur”. 

Düzgün gedişli iltihabi proses sağalmaya gətirib çıxarır.

Təhlükəli və iltihabəleyhinə terapiya. Qadın orqanizminin bərpası üçün aparılan iltihabəleyhinə çoxsaylı terapiya kursları, iltihabi reaksiyanın adekvat yolla davam etməsini “unutdurmağa” səbəb olur. İltihabın “yanlış” istiqamətdə gedişi isə, hər hansı bir iltihabi prosesin xronikiləşməsinə və urogenital xəstəliyin daha da ağırlaşmasına təkan verir.

İmmunitetin zəifləməsi – fəsadların inkişaf yoludur

Bundan əlavə, adi mövsümi soyuqdəymələr də qadın immunitetini zəiflədir ki, bu da istənilən xroniki xəstəliklərin, o cümlədən də, ginekoloji xəstəliklərin asanlıqla kəskinləşməsinə səbəb olur.

Seksual-aktiv cinsi əlaqə sağlamlığa ziyandır

Cinsi tərəfdaşların tez-tez dəyişilməsi, cinsi yolla keçən infeksiyalara yoluxma baxımından çox təhlükəlidir. Bunlar özlərini illərlə biruzə verməyən və qadınların sağlamlığını tədricən pozan xlamidioz, sitomeqalovirus, papilloma virusu (ziyil), herpes simpleks virusu, ureaplazmoz, trixomoniaz kimi infeksiyalarla yanaşı, həmçinin, qonoreya və sifilis kimi, bir qayda olaraq, aydın simptomlarını dərhal göstərən infeksiyalar da ola bilər.

Aklimatizasiya – orqanizmə ciddi bir yükdür

Kəskin iqlim dəyişikliyi – istənilən insan üçün ciddi bir sınaqdır, nəticədə, orqanizmin yeni şəraitə uyğunlaşması ilə bağlı xüsusi bir termin olan “aklimatizasiya” boş yerə icad olunmayıb. Aklimatizasiya zamanı orqanizmin üzərinə düşən yük dəfələrlə artır – hava dəyişir, qida dəyişir. Yer kürəsinin qütb zonalarında saat qurşağının dəyişməsi ilə əlaqədar, insanın yaşadığı bioloji ritmlər pozulur və bunlar hamısı birlikdə orqanizmin təbii müdafiəsinin və immun sisteminin fəaliyyətinin zəifləməsinə səbəb olur.

Düzgün qidalanmamaq zəiflədir

İş yerlərində “fast-food” və kompleks nahar, ev şəraitində yarımfabrikatlar, bayram süfrəsində yüksək kalorili yeməklər kimi yetərsiz qidalanma,  müasir qadınların əksəriyyəti üçün problemdir. Bütün bunlar, orqanizmi lazımi miqdarda yağ və xolesterol ilə təmin etsə də, onların tərkibində lazımi vitaminlər çox azdır. Qadının çəkisi artıq olduqda bir çox xroniki, o cümlədən də, ginekoloji xəstəliklər daha ağır keçir.

Stress vəziyyəti hormanal fonu pozur

Qadın orqanizmində stresslə əlaqədar olaraq,  hormonal bir artım meydana gəlir - kortikosteroid hormonlarının miqdarı və ya "stress hormonları" kəskin şəkildə artır. Tez-tez baş verən stresslər təkcə sinir sistemini zəiflətmir, həm də hormonal fonun pozulmasına gətirib çıxarır ki, bu da xroniki ginekoloji xəstəliklərin kəskinləşməsinə səbəb ola bilir.

Sağlamlıq yalnız daxildə deyil

Əlverişsiz ekoloji mühit qadın orqanizminə ciddi ziyan vurur – Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, insan sağlamlığının təxminən 20%-i ətraf mühitin vəziyyətindən asılıdır. Kimyəvi maddələr, havada sanki "üzənlər" tədricən orqanizmdə yığılır, onu zəiflədir və eyni zamanda, çoxsaylı elektron alət və məişət texnikalarının elektromaqnit sahələri də, orqanizmin sağlamlığına mənfi təsir göstərir.

Çıxış yolu var 

Polienzim dərman preparatı olan "VOBENZİM" qəbulu, xroniki ginekoloji xəstəliklərdə fəsadların artma ehtimalını azaltmağa, remissiya müddətlərini uzatmağa və ağırlaşmış vəziyyəti yüngülləşdirməyə kömək edir. VOBENZİM preparatı iltihabi prosesin gedişatına müsbət təsir göstərir, orqanizmin immun cavabını gücləndirir və  xəstəliyin öhdəsindən gəlməyə kömək etməklə yanaşı, antibiotiklər və hormonal preparatların qəbulu zamanı orqanizmə dəymiş ziyanın səviyyəsini də azaldır.

Təbii mənşəli "VOBENZİM" preparatının qəbulu xəstələrdə asılılıq yaratmır, yüksək təhlükəsizlik profilinə malikdir və uzun müddətli istifadə üçün yararlıdır.

Yuxarı