Almaniya istehsalı
20 il Azərbaycanda

MÜALİCƏ 

Aksioma: Bir neçə vacib problemi həll etmək üçün xroniki ginekoloji iltihabi xəstəliklərin müalicəsi kompleks şəkildə aparılmalıdır. “Bu problemlərə  infeksion amillərə qarşı mübarizə, iltihabi prosesin optimal gedişinin təmin olunması, orqanizmin müdafiə qüvvəsinin bərpası, xəstəliyin təkrarlanmasının və onunla əlaqədar ağırlaşmaların qarşısını almaq üçün profilaktik tədbirlərin aparılması aiddir.”

Keçən əsrin 90-cl illərində, uşaqlıq artımlarının iltihabi xəstəlikləri (ginekoloji praktikada ən çox yayılmış iltihabi xəstəliklərdən biri) standart terapiya şəklində - antibiotiklərlə və simptomatik vasitələrlə müalicə olunurdusa, bu gün hər şey köklü surətdə dəyişmişdir.

Etiotrop müalicədə (iltihabi prosesi törədən infeksiyaya qarşı yönəldilən müalicə) xəstəliyin məlum olan törədicisindən asılı olaraq bu və ya digər antibiotiklərdən və antimikotik preparatlardan istifadə olunur.

Bağırsaq və vaginal disbiozun, eləcə də, iltihabi ödemin dərəcəsini azaltmaq, sağalma prosesinin sürətini artırmaq üçün,  antibiotiklərlə birlikdə  müxtəlif preparatlardan da istifadə etmək məsləhət görülür.

Ginekoloji xroniki iltihabi prosesin kompleks müalicəsinin əvəzedilməz bir komponenti – polienzim tərkibli “VOBENZİM” preparatıdır. Ginekoloji iltihabi xəstəliklərin müalicəvi  effektivliyini artırmaq üçün “VOBENZİM” təyin olunur. “VOBENZİM” preparatı, standart terapiyanın üzləşdiyi mürəkkəb və təkrarlanan bütün xəstəliklərin əsas problemlərini həll etməyə kömək edir.

İltihab ocağında antibiotiklərin konsentrasiyasını artırmaq, antibiotiklərin mikrob koloniyalarına daxil olmasını yaxşılaşdırılmaq, bakteriaların antibiotiklərə qarşı müqavimətini azaltmaq və beləliklə, antibakterial terapiyanın effektivliyini artırmaq, eyni zamanda, bağırsaq və vagina mikroflorasının pozğunluqlarının profilaktikası üçün,  “VOBENZİM” preparatının  antibiotiklərlə eyni vaxtda təyin olunması məsləhət görülür.

“VOBENZİM” iltihabi prosesin gedişini optimizə edir, iltihabi ödemləri azaldır, zədələnmiş orqanda mikrosirkulyasıyanı yaxşılaşdırır, nəticədə, kəskin iltihabi prosesin xroniki formaya keçməsinə mane olur və sağalma prosesini sürətləndirir.

“VOBENZİM” immuniteti gücləndirməklə, xəstəlikdən sonra orqanizmin sürətlə sağalmasına kömək edir və fəsadların inkişaf etmə ehtimalını azaldır.

Xroniki iltihabi xəstəliklərin müalicəsində “VOBENZİM” preparatının göstərilən xüsusiyyətləri, eyni zamanda, iltihabi prosesin kəskinləşməsinin qarşısının alınmasına və xəstəliyin remissiya dövrünün uzadılmasına kömək edir ki, bu da xəstələrin həyat - tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Patoloji proseslər söndükdən sonra, belə fəsadların (kiçik çanaq orqanlarında patoloji proseslər - çapıq toxuma, uşaqlıq  borularının keçiriciliyinin pozulması, sonsuzluq və s. kimi ağırlaşmaların) inkişaf etməsinin qarşısını almaq məqsədilə təyin olunan fizioterapevtik müalicə - palçıq terapiyası, parafin terapiyası, müxtəlif növ cərəyanlarla müalicə, resorbantlarla elektroforez, yod - bromlu vannalar, qalxan  duş və s. xroniki ginekoloji iltihabi xəstəliklərin müalicəsinə yaxşı təsir göstərir.

Yuxarı