Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Ginekoloji xroniki xəstəliklər Ginekologiyada iltihabi xəstəlikıər

GİNEKOLOGİYADA İLTİHABİ XƏSTƏLİKLƏR 

İltihabi ginekoloji xəstəliklər ən çox yayılmış və hər qadının  ömründə ən azı bir dəfə də olsa qarşılaşdığı xəstəliklərdən hesab olunur.

Ginekologiyada iltihablı xəstəliklərin səbəbləri həmişə  staflokokk  və ya streptokokk, enterokokk və ya “göbələk” kimi infeksiyalar, həmçinin, cinsi yolla keçən infeksiyalar olmuşdur. Vaginal disbioz (vaginal mikrofloranın normal balansının pozulması) iltihabi xəstəliklərin inkişafı ehtimalını artırır və patogen mikroorqanizmlərin daxil olmasını asanlaşdırır.

Kəskin iltihabi ginekoloji xəstəliklər müalicə edilməzsə, düzgün müalicə edilməzsə və ya axıra qədər müalicə olunmazsa, eyni zamanda, xoşagəlməz fəsadların inkişafı baxımından da, onlar qısa bir vaxtda xroniki formaya keçdiyi üçün, xəstənin həyatı üçün təhlükə yaradar. Belə fəsadlara hamiləliklə bağlı müxtəlif problemlər və adi hamiləlik zamanı baş verən düşüklər aiddir.

Ginekoloji praktikada ən çox adneksit, salpingit, servisit və endometritə rast gəlinir.

Adneksit və ya salpinqooforit – yumurtalıqların və uşaqlıq borularının (uşaqlıq artımlarının) iltihabi xəstəliyi olub, birtərəfli və ya ikitərəfli ola bilər. Bu xəstəlik uzun illərdir ki,  qadının genital orqanlarının bütün xəstəlikləri arasında “xurma ağacı”nı xatırladır. Adneksitin kəskin forması zamanı qarının aşağı nahiyəsində olan ağrılar sakruma, aralıq nahiyəsinə  və aşağı ətraflara, eləcə də, bel nahiyəsinə irradiasiya edə bilər. Ağrılar selikli və ya irinli ifrazatların görünməsi,  titrəmələr, bədən temperaturunun qalxması və ümumi “zəifliklə” müşaiət olunur.

Salpingit – uşaqlıq borularının (fallop boruları) iltihabi xəstəliyidir. Bu xəstəlik adneksitə nisbətən daha az təsadüf etsə də, qadınların həyatını heç də az zəhərləmir. Salpingit sidik ifrazı, defekasiya aktı, cinsi əlaqə və aybaşı dövründəki pozğunluqlar zamanı baş verən ağrı ilə ortaya çıxır. Salpingitin kəskin formasında  adneksitdə olduğu kimi, temperaturun qalxması, baş ağrıları, titrəmələr və ürək bulanmaları da ola bilər. Salpingit  uşaqlıqdanxaric hamiləliyin inkişafı ehtimalını böyük miqyasda artırır.

Servisit -  uşaqlıq boynunun selikli qişalarının iltihabi prosesidir. Bu xəstəliyin kliniki təzahürləri uzun müddət özünü aydın büruzə vermir, o yalnız qarının aşağı hissəsində ağırlıq hissi ilə və ifrazatın olması ilə ortaya çıxa bilər. Eyni zamanda, iltihabi proses proqressivləşərək uşaqlıq boynunun daha böyük hissəsini zədələyir.

Endometrit - uşaqlığın və ya endometriyanın selikli qişasının daxili qatında baş verən bir iltihabi prosesdir. Xəstəliyin əsas simptomlarına- aybaşını xatırladan ağrılar, ifrazatın olması, temperaturun 38-39 °C dərəcəyə yüksəlməsi, titrəmələr, zəiflik və depresiyon hal daxildir.

Harada ki, infeksiya var orada həmişə antibiotiklər də vardır. Bütün iltihabi ginekoloji xəstəliklərin əsas müalicə üsulu antibiotiklərlə olmuş və bu gün də antibiotiklərlə müalicə üsulu qalmaqdadır. Lakin biz bilirik ki, antibiotiklərin təsirindən patogen bakteriyalarla yanaşı, faydalı mikroflora da ölür ki, bu da vaginanın disbiozuna, bağırsaq disbakteriozuna, immun sisteminin zəifləməsinə və yeni iltihabi proseslərin başlanmasına səbəb olur. Bu sonsuz və möhkəm dairəni pozmaq üçün, sizə ginekoloji praktikada özünü sübuta yetirmiş polienzim preparatı olan "VOBENZİM" kömək edəcəkdir. "VOBENZİM" bir çox ginekoloji xəstəliklərin, o cümlədən də, iltihabi xəstəliklərin kompleks müalicəsi üçün nəzərdə tutulmuş ilk dərman preparatı hesab olunur. Enzim terapiyası antibiotiklərin effektivliyini artırır, onlara patoloji ocaqda cəmləşməyə kömək edir,  antibiotiklərin qadın orqanizminə ümumi mənfi təsirini azaldır, vaginanın və bağırsaq disbiozunun inkişafına mane olur. “VOBENZİM” iltihabi prosesin lazım olan səmtə yönəldilməsinə kömək edir, bu da öz növbəsində, xroniki iltihabi ginekoloji xəstəliklərin inkişaf riskini azaldır və sağalmaya səbəb olur. "VOBENZİM"  preparatının yüksək təhlükəsizlik xüsusiyyətlərini nəzərə alıb, hamilə qadınlarda  iltihabi ginekoloji xəstəliklərin müalicəsində istifadəsi məsləhət görülür.

“VOBENZİM”: xroniki qadın xəstəliyinə “YOX!” deyin!

Yuxarı