Almaniya istehsalı
20 il Azərbaycanda

Dİaqnostİka 

Ginekoloji xəstəliklər üçün müalicə təyin etməzdən əvvəl, dəqiq diaqnozun qoyulması çox vacibdir. Qadınlar uşaqlıq artımlarının iltihabi prosesi ilə menstural dövrün pozğunluğu arasındakı əlaqəni həmişə anlaya bilmirlər və vaxtında uşaqlıq artımlarının iltihabi prosesi diaqnozu düzgün qoyulmur və nəticədə yumurtalıq funksiyalarının çatışmazlığına gətirib çıxarır.  Ona görə də, ginekoloji xəstəliklərin ilkin patoloji simptomları meydana çıxdıqda və düzgün diaqnozun  qoyulması üçün, xəstə mütləq həkimə müraciət etməlidir. Ginekoloji xəstəliklərin diaqnostikası üçün "qızıl standartına" vaginal floranın təmizlik dərəcəsi və infeksiyanın yoxlanılması, uşaqlıq və uşaqlıq artımlarının ultrasəs müayinəsi və hormonal vəziyyəti ("hormonal profili") müəyyənləşdirmək üçün aprılan analizlər daxildir.

 

Vaginal floranın təmizlik dərəcəsi və infeksiyaların yoxlanılması ilə bağlı analizlər

Təmizlik dərəcəsi ilə bağlı analizlər ən “qədim”, sadə və kifayət qədər məlumatverici analizlərdən biridir. Analiz üçün, həkim uşaqlığın arxa nahiyəsindən, sidik kanalından və servikal kanaldan yaxma götürür. Analizi mümkün qədər doğru aparmaq üçün, testə 2-3 gün qalmış cinsi əlaqədə olmamalı və yaxma götürülməzdən 2 saat əvvəl tualetə gedilməməlidir.

Yaxma analizlərindən daha informativ və daha müasir variantlarından biri PZR- polimeraz zəncirvari reaksiyası analizidir. Analizin bu variantı, cinsi yolla keçən xüsusi dəqiq infeksiyaları müəyyən etməyə kömək edir.  PZR analizi xlamidioz və qardnerellez, trixomoniaz, sitomeqalovirus və digər cinsi yolla keçən yayılmış infeksiyaları aşkar etməyə imkan verir və  adekvat müalicə başlamağa şərait yaradır.

 

Uşaqlıq və uşaqlıq artımlarının ultrasəs müayinəsi

Uşaqlıq və uşaqlıq artımlarının ultrasəs müayinəsi (yumurtalıq və fallop boruları) bu daxili orqanların vəziyyətini qiymətləndirməyə kömək edir, iltihabi proseslərin əlamətlərini müəyyən edir, uşaqlıq  və uşaqlıq artımlarının ölçülərinin və onların strukturunun dəyişməsinə diqqət yetirir. Bu gün - bu üsul qadın urogenital orqanlarının müayinəsi baxımından ən informativ üsullardan biridir.

Ultrasəs müayinəsi iki yolla - qarın ultrasəs və transvaginal ultrasəs olmaqla həyata keçirilə bilər. Transvaginal ultrasəs müayinəsi zamanı, aparatın sensoru vaginaya daxil edilir. Bu proseduraya hazırlıq sadədir – sadəcə olaraq, müayinəyə başlamazdan əvvəl sidik kisəsini boşaltmaq lazımdır. Bağırsaq problemləri ilə əlaqədar olaraq, qaz əmələgəlməsinin qarşısını alan preparatlardan istifadə etmək olar. Abdominal ultrasəs müayinəsi isə qarın divarının ön səthi vasitəsilə həyata keçirilir. Bu müayinə zamanı, əksinə, proseduradan 1,5-2 saat əvvəl çoxlu maye qəbul etmək və tualetə getməmək vacibdir.

Hormanal vəziyyətin təyin olunması

Qadınların hormonal vəziyyəti dedikdə, müxtəlif hormonların nisbəti nəzərdə tutulur. Normada qadın cinsi hormonları - estrogen, hestagen və qadın orqanizmində azlıq təşkil edən kişi cinsi hormonu – androgen balansda olmalıdır. Bu mürəkkəb kompleks mexanizmin "balansının pozulması" müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb olur.

Qadınların hormonal vəziyyətini müəyyən etmək üçün follikulstimullaşdırıcı hormon (FSH), luteiniz hormonu (LH), estradiol, progesteron, prolaktin və testosteron kimi hormonlar böyük əhəmiyyət kəsb edir.

Hormonal vəziyyəti müəyyənləşdirmək üçün qan verərkən, menstrual dövrünün gününü bilmək çox vacibdir. Belə ki, LH, FSH, estradiol və testosteron menstural dövrün birinci mərhələsində, progesteron isə ikinci mərhələdə verilir. Prolaktin analizi isə istənilən vaxt verilə bilər.

...Analiz cavabları hazır olmadıqda belə, həkiminiz sizə “VOBENZİM” preparatını qəbul etməyi məsləhət görə bilər. Bu, orqanizmə kompleks təsir edən, iltihabi prosesin təbii yolla gedişini optimizə edən və orqanizmin immun sistemini aktivləşdirən 100% - təbii mənşəli fermentlərdən ibarət olan sistemli enzimoterapiya preparatıdır. Belə fizioloji təsir, ginekologiyada iltihabi xəstəliklərin ciddi ağırlaşmalarının inkişaf etməsinin qarşısını alır. Antimikrob müalicə təyin edildikdə, “VOBENZİM”, iltihabi reaksiyanın adekvat gedişini təmin edir və orqanizmin immun cavabını optimizə edir, antibiotik terapiyasının effektlərini artırmağa və onların xoşagəlməz yan təsirlərini azaltmağa kömək edir, vaginal və bağırsaq mikroorqanizmlərinin normal tərkibinin pozulmasının -  vaginal və bağırsaq disbiozunun inkişafının qarşısını alır. İltihabi ginekoloji xəstəliklərin xroniki formasının müalicəsində VOBENZİM, iltihabəleyhinə və immunomodulyator xüsusiyyətlərinə görə, orqanizmə infeksiya ilə mübarizə aparmağa kömək edir ki, bu da xroniki xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır və ya tamamilə aradan qaldırır.

Fibros – Kistoz Mastopatiya ( FKM)

FKM – Qadınlarda süd vəzisinin xəstəliyi olub, ÜST – ın statistik məlumatlarına əsasən, reproduktiv yaş dövründə hər iki qadından birində aşkarlanır. Xəstəliyin əsas səbəbi, hormanal balansın pozğunluqlarıdır.

Müalicəsi, əsasən, Fitolon, Mastodinon, Mastofit və s.preparatlardan istifadə etməklə aparılmasına baxmayaraq, həkim – ginekoloq əksər hallarda, istənilən tam müalicəvi effekti ala bilmir.

Sizdə mastopatiya əlamətləri var?

Sizin köməyinizə həkim – ginekoloqun yazdığı Sistemli Enzimoterapiya  gələ bilər.(Ətraflı ginekoloji iltihabi xəstəliklər, link)

Yuxarı