SİSTEMLİ ENZİMOTERAPİYA (SET) - SAĞLAMLIĞA VƏ UZUNÖMÜRLÜYƏ APARAN YOL
Orqanizmdə olan enzimlərin sayı məlum deyil. 1831-ci ildə 1 enzim məlum idi. Bir əsr keçdikdən sonra, onların sayı artıq 80-ni ötmüşdür. 1984-ildə müxtəlif sinifə, tipə və yarımtipə məxsus 2,5 min enzim aşkar edilmişdir. Təxminən 10 il sonra isə 3 min enzim haqqında ətraflı məlumat toplanmışdır. Qeyd etmək lazımdır ki, göstərilən sayda enzimlərin hamısını bizim orqanizm özü sintez edir. Axtarışların axırı isə hələ də görünmür. Beynəlxalq Biokimyəvi İttifaqın nəzdində fəaliyyət göstərən Ümumdünya Enzim Komissiyası “son”(!) 6 əsas enzim qrupu aşkar etmişdir. Axırıncı enzim qrupuna xas olan əsas xüsusiyyət - mürəkkəb birləşmələriparçalamaq qabiliyyətinə malik olmasıdır. Belə ki, biokimyəvi reaksiyalar suyun iştirakı ilə baş verdiyi üçün, bu enzimlər Hidrolaza adlanır. Hidrolaza grupu (hidrolitik enzimlər) böyük və xüsusi əhəmiyyət kəsb etdiyi üçün, onlar əsas yerlərdən birini tutur. Hidrolitik enzimlərin hesabına və onlardan istifadə etməklə, biz sağlamlığımızı qorumaq və bərpa etmək imkanı əldə edə bilərik.
Enzim balansının pozulması, mütləq hər-hansı bir xəstəliyin baş verməsinə səbəb olur ki, bu da vitamin çatmazlığı ilə izah olunur.
Çoxsaylı xarici ölkə alimləri ( Р.Е.Кирк, Д.Отмер. Энциклопедия Химической Технологии, 3е изд. Чичестер,1984) dərman preparatlarının perspektiv inkişaf nöqteyi nəzərindən hesab edirlər ki, enzimlərin çox böyük gələcəyi var.
Düzgün olaraq, Enzimlər həyatın ƏSASI sayılır. Onlar, canlı orqanızmdə baş verən və tənzimlənən bütün metabolik proseslərdəiştirak edirlər. XIX əsrdə Berselius tərəfindən kəşv edilən Enzimlərin (ferment) katabolik prinsip təsiri, bu gün də öz aktuallığını saxlamaqdadır. Kimyəvi nöqteyi-nəzərdən, Enzimlər yüksək molekullu a p o e n z i m dən və aşağımolekulyar prostetik qrup olan - k o e n z i m dən ibarət zülallardır. O da məlumdur ki, fermentlər orqanizmdə baş verən bütün biokimyəvi reaksiyaların katalizatorusayılır.
Enzimlərdə 2-növ spesifiklik aşkar edilmişdir: 1) Substrata qarşı və 2) Spesifik təsir.
Təbabətdə praktiki olaraq fermentlərin qəbuluna məhdudiyyət yoxdur. Müasir təbabətin danışdığı yeganə dil E N Z İ M O L O G İ Y A - fermentlərin xarakterini, quruluşunu və təsir mexanizmini öyrənən biokimya və molekulyar biologiya sahəsinin intensiv inkişaf vəhdətinin məhsulu sayılır.
Tibbi enzimologiyanın əsas bölmələrindən biri isə E N Z İ M O T E R A P İ Y A adlanır. Son zamanlar həkimlərin xüsusi diqqətini Enzimoterapiyanın yeni intensif inkişaf istiqaməti olan S İ S T E M L İ E N Z İ M O T E R A P İ Y A (S E T) cəlb edir. SET-urokinaza və digər enzimlərin venadaxili yeridilmə üsuludur. Enzimlərin orqanizmə daxil olmasının digər üsulu Per os(ağızdan) hesab olunur. Başqa bir metod isə enzimlərin düz bağırsağa mikroklizma şəklində yeridilməsidir. Göstərilən metodları nəzərə alıb, enzimlərin Per os yolla qəbul edilməsi daha sadə üsul hesab olunur və heç bir əlavə xəşagəlməz hallar törətmir.
1937-ci ildə ilk dəfə Almaniyalı biokimyaçı Haşler, xərcəng xəstəliyinin bəzi formalarında enzimləri həm iynə, həm də Per os yolla istifadə etmişdir. Bu günkü müasir SET isə, innovasion farmakoterapevtik texnologiya olub, zülalları parçalayan təbii hidrolitik poliferment dərman preparatlarının tablet şəklində istifadəsinə əsaslanaraq, insanların sağlamlığının bərpasına və qorunmasına yönələn əsas müalicə üsullarından biridir.
SET-in yarıməsrlik inkişaf tarixinə dönüb baxanda və hal-hazırkı vıziyyətini analiz edəndə və gələcəyini təsəvvür edəndə, fikirləşmədən demək olar ki, XXI əsr təbabətdə S İ S T E M L İ E N Z İ M O T E R A P İ Y A əsri olacaq.
Doğrudan da, müxtəlif patogen faktorların və xəstəliklərin təsiri nəticəsində orqanızmin toxuma və hüceyrələrində enzim balansının pozulmasını, yalnız SET köməyi ilə ferment “ansamblının” işini balanslaşdırmaq, metabolik prosesləri normallaşdırmaq və sağalma prosesini sürətləndirmək olar.
Tanınmış həkimlərin əksəriyyəti hesab edir ki, müasir S E T- sağlamlığa və metabolizmin hormoniyasına müvəffəq olmaq üçün əsas açardır.
SET haqqında ilk fikir, XX əsrin 30-cu illərində formalaşmışdır. Alman əsilli Amerikalı alim, professor Maks Volf məqsədyönlü şəkildə hazırlanmış bitki və heyvan mənşəli hidrolitik enzim qarışığının köməyi ilə müxtəlif xəstəliklərin müalicəsinin elmi əsaslarının bünövrəsini qoymuşdur. O, sübut etmişdir ki, enzimlərin iri zülal molekulaları dəyişikliyə üğramadan nazik bağırsaqdan qana sorulur və qanın nəqliyyat zülalı olan α2-M birləşərək, yeni funksiyalar qazanır.
Yüksək spesifik və dəqiq nişanlanmış izotopla alınan nəticələr, radioxromatoqrafik və biokimyəvi tədqiqatların köməyi ilə təsdiq etmişdir ki, müalicəvi poliferment preparatların tərkibinə daxil olan hidrolazanın hidrolitik və spesifik aktivliyi, molekulyar çəkisini saxlamaqla kifayət qədər yüksək keçiricilik qabiliyyətini uzun müddət saxlamaq imkanına malikdir.
SET-in inkişafının əsasının qoyulmasına baxmayaraq, dünyada hələ dəməlum olmayan və qarşıda görüləsi daha çox işlər qalırdı:
1. “Enzim qarışığı” -nı tablet formasında istehsal etmək;
2. İnsan orqanizmi üçün optimal qəbul qaydasını tapmaq;
3. Peroral qəbulu zamanı təhlükəsizliyini təmin etmək
Bu məqsədlə eksperimental heyvanları yüksək dozada enzimlərlə bəslədilər. Professor Volf tam əmin olmaq istəyirdi ki, heyvanlara verilən yüksək dozada enzimlər həmin orqanızmə yan təsir etmir və uzun müddət qəbulu zamanı “öyrəşmə” hallarına rast gəlinmir.
XX əsrin 50-ci illərində 30 yaşlı cavan həkim Karl Ransberqer professor Maks Volf ilə yaxından tanış olur və onun tədqiqatlarına qoşularaq davam etdirmişdir. Az sonra isə onlar Münxen şəhərində bu günə qədər geniş fəaliyyət göstərən “Enzimləri“ oyrənməklə məşğul olan həkimlərin assosiasiyasını yaratmışlar. Doktor Ransberqer bu yeni və perspektiv elmi işlə ciddi məşğul olur və özünün sonrakı həyatını Maks Volfun Elmi-Tədqiqat Biologiya İnstitutunda enzimlərin və vitamin emulsiyalarının tədqiqatına həsr edir.
SET-in geniş diapazonda kliniki praktikaya tətbiqi M.Volfun həmkarı və layiqli davamçısı, məhz professor Karl Ransbergerin xidmətlərinin məhsuludur. Belə ki, K.Ransbergerin rəhbərliyi ilə dünyada ilk dəfə SET üçün poliferment preparatlarının sənayedə istehsalına başlanmışdır. Nəticədə, stabil enzim qarışığının “tablekta” şəklində istehsalı, yeni sənaye biotexnologiya sahəsi olan - mühəndislik enzimologiyası inkişafa başlayır.
XX əsrin 90-cı illərində unikal texnologiyanın köməyi ilə artıq bir sıra yeni orijinal enzim preparatlarının istehsalına başlandı.Enzim dərman preparatlarının ilk istehsalçısı Almaniyanın “Mucos Pharma” kompaniyası oldu. Bu gün Almaniyanın Berlin şəhərində yerləşən “Mucos Pharma” şirkətinin farmosevtik zavodunda ildə milyarlarla Sistemli Enzimoterapiya preparatlarının - Wobenzym, Phlogenzym, Wobe-Mucos E tabletkaları istehsal olunur. Şirkət Ümumdünya Səhiyyə Təşkilatının farmasevtik məhsulunun “keyfiyyət sertifikatına” layiq görülüb.
Hal-hazırda SET preparatları dərman vasitəsi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində dövlət qeydiyyatına alınıb və müvafiq qeydiyyat seriyalı sertifikat alıb.
SET-in MDB məkanında ilk dəfə - 1994-cü ildə revmatoloji xəstəliklərdə tətbiqinin öyrənilməsinin elmi əsasları, dünya şöhrətli alim-revmatoloq Rusiya Tibb Elmələri Akademiyasının V.A.Nasonova adına Elmi Tədqiqat Revmatologiya İnstitutunun direktoru akademik V.A. Nasonovanın adı ilə bağlıdır.
SET preparatları unikal farmakoloji xüsusiyyətlərə - enzimlərin yüksək aktivliyinə, bir neçə il müddətində stabil təsirə, minimal yan təsirə və təhlükəsizliyə malikdir.
SET preparatlarının çoxşaxəli müalicəvi təsiri – iltihab əleyhinə, ödem əleyhinə, fibrinolitik, immunomodulyator, antiaqreqant və ikincili analgetik və s. – həkimlərə müxtəlif xəstəliklərin müalicəsində geniş miqyaslı istifadəsinə imkan verir. Əgər, obrazlı desək, onları damar şəbəkəsinin, bronx-alveolar ağacının, oynaqların və s. “təmizləyicisi” kimi təsəvvür etmək olar, necə ki, diş fırçası dişləri təmizləyir, eləcə də hidrolaza orqanizmin bütün drenaj və damar sistemini təmizləyərək səliqə səhman yaradır.
SET sürətlə inkişaf edərək tibbin müxtəlif sahələrində özü üçün layiqli yer tutur. Sosial əhəmiyyətli əsas xəstəlikərin daha effektli müalicəsində və üzünömürlülüyün bioloji əsaslarının öyrəniləməsində yeni unikal yanaşma imkanları yaradır. SET-in ənənəvi müalicə üsulları ilə birlikdə tətbiqi müasir farmakoterapiyanın effektivliyini kifayət qədər artırır. Sübut olunmuşdur ki, SET preparatları əsas antibakterial qrup preparatlarının (penisillin, aminoqlikozidlər makrolidlər, tetrasiklin, ftorxinolon və s.) müalicəvi effektivliyini artırmaqla, onların toksiki və yan təsirini azaldır. Proteolitik enzimlər antibiotiklərin toxumalara, xüsusən də cətinliklə nüfuz edən iltihab ocağına daxil olmasını asanlaşdırır.
Enzim preparatlarının ürək-damar xəstəliklərində istifadəsi, tromboz, infarkt və insultun əmələ gəlmə riskini azaldır və xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır.
Bu gün SET-in arsenalında geniş spektrli müxtəlif xəstəliklərin müalicəsində 40 illik müsbət təcrübəyə malik etibarlı preparatları var. SET preparatları xəstəliyin erkən dövründə onun xroniki formaya keçməsinin qarşısını almağa kömək edir. Ənənəvi müalicə üsulu ilə müalicəyə tabe olmayan xəstəlikləri, məhz SET preparatlarının köməyi ilə aradan qaldırmaq olar. Sağlamlığın bərpası və reabilitasiyası və eyni zamanda, orqanızmin dərmanla yüklənməsini azaltmaq məqsədi ilə SET preparatlarının istifadəsi əvəzolunmazdır. SET-in bu günkü inkişafının nailiyyətlərinə baxmayaraq, gələcək istifadə perspektivləri kifayət qədər genişdir. Artıq, SET metodu BUSTER TERAPİYA (sürətləndirici terapiya) və SERVİS TERAPİYA (köməkçi terapiya) kimi istifadə olunaraq, kliniki praktikada daha geniş yayılır. Məsələn, urogenital infeksiyaların, vərəmin və s. infeksiyaların müalicəsində .
Mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin qarşısını almaq məqsədi ilə, SET preparatlarının mikrob biopərdəsinin daxilində rezistentlik faktorunu zəiflətmək və ya dayandırmaq xüsusiyyətlərinin daha dərindən öyrənməsinə ehtiyac duyulur. Həkimlərin əsas arzusu belə bir yanaşmanın praktikada istifadəsini görməkdir.
SET-in revitalizasiya proseslərinə təsiri, yəni kök hüceyrələrin funksional aktivliyini artırmaq, hüceyrə induksiyasını və hüceyrədaxili yeniləşməni, ümumilikdə isə regenerativ təbabətin perspektivli vasitəsi haqqında artıq fikir mübadiləsi aparılır.
SET köməyi ilə ömrün aktiv illərini və bioloji ömrü uzatmaq və təbii qocalma prosesini optimizə etmək mümkündür.
SET-in lipidlərin peroksidləşmə və digər biomolekullara təsiri ilə əlaqədar çoxsaylı metabolik effektinin incəliklərinin gələcəkdə daha da aydınlaşdırılması, virus hepatitlərinin, hiperlipidemiyanın, piylənmənin, aterosklerozun müalicəsində yeni imkanlar açacaq.
SET-in irinli cərrahiyyədə, ağır irinli-septik ağırlaşmalarda detoksikasiya terapiyası kimi istifadəsi həkimlərdə böyük maraq doğurur.
Poliferment preparatların ilk dəfə onkoloji xəstəliklərin müalicəsində tətbiqinin özünəməxsus spesifik effektini nəzərə alıb, onların təsir mexanizminin daha dərindən öyrənilməsi xüsusi yer tutur.
SET preparatlarının müalicəvi-sağlamlıq effektinin idman, reabilitasiya, hərbi aviasiya və kosmik təbabətdə istifadəsinin öyrənilməsi perspektivli sahə hesab olunur.
SET preparatlarının dağ-mədən, neft sənayesi işçilərinin, kimyəvi və fiziki faktorlarla təmasda olan insanların optimal həyat tərzini, işgüzarlığını təmin etmək məqsədi ilə, onlarda orqanızmin qeyri spesifik müdafiə mexanizminin və adaptasiya potensialının öyrənilməsinin davam etdirilməsi çox böyük sosial və tibbi əhəmiyyət kəsb edir.
Hal hazırda SET –in müalicəvi effektivliyi, təbabətin 15 sahəsində (daxili və cərrahi xəstəliklər, revmatologiya, ginekologiya, oftalmologiya, stomatologiya, angiologiya, nevrologiya, dəri-zöhrəvi, infeksion və uşaq xəstəlikləri və s.) aparılan kliniki tədqiqatların nəticəsinə əsasən sübut olunmuşdur.
Axırıncı 20 ildə MDB məkanında 3000-dən artıq elmi məqalə dərc olunmuş, 100-dən artıq namizədlik, 60- doktorluq, dissertasiyası müdafiə olunmuş, 50-dən artıq patent alınmış, çoxsaylı monoqrafiyalar, həkimlər üçün vəsait və metodik tövsiyyələr işlənib hazırlanmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alıb belə bir qənaətə gəlmək olur ki, hər bir həkim işlədiyi tibbi sahədən asılı olmayaraq, SET-in əsaslarını və imkanlarını daha dərindən öyrənməyə müvəffəq olmalıdır.
Beynəlxalq ekspertlərin hesablamalarına görə, SET preparatlarını qəbul edən xəstələrin sayı hər il durmadan 20% artır.
Gələcək insan sağlamlığının qorunma sistemi, molekulyar təbabətin tərkib hissəsi olan SET ilə sıx əlaqədə olub, onun elmi açıqlamaları ilə ölçülür.
Xoşagəlməz ekoloji proseslərin təsirindən qorunmaq üçün, əhalinin profilaktik məqsədlə SET preparatlarından istifadəsi real dəlillərə söykənir.