Onkologiya
Bir sıra fundamental müayinələrin nəticələri göstərir ki, enzimlər kanserogenezin bəzi mühüm mərhələlərini dayandırmaq qabiliyyətinə malikdir. Məsələn, sübut olunmuşdur ki, enzimlər in vitro şiş prosesində iştirak edən bir çox əsas sitokinlərin TNF – α, TNF – β (tumor necrosis factor – şiş əleyhinə faktor), interleykin – 1b və 6 və s. sintezini artırır. Müalicə prosesində TNF – α qarşı antitellər əmələ gəlir ki, bunlar da TNF – α müsbət təsirini dayandıran immun kompleksləri formalaşdırır.
Şiş prosesinin geniş disseminasiyası zamanı və müəyyən vəziyyətdə, TNF – α – miqdarının çoxalması, xoşagəlməz əlamətlər törədə bilər: kaxeksiya, şok. TNF – α – toksiki effekt də törədə bilər. *
Sistemli Enzimoterapiya (SET), yuxarıda göstərilən pozğunluqlara müsbət təsir göstərir. Güman olunur ki, enzimlər TNF – α – toksiki polimerlərini parçalayır; hüceyrə və azad reseptorların qarşılıqlı əlaqəsinə və müvafiq antitellərə təsir göstərir. Şiş prosesinin böyüməsinin inkişafında əsas rolu transformasiyaedici boy faktoru, xüsusilə, TGF – α və TGF – β oynayır. Belə ki, “azad” TGF – α şiş hüceyrələrinin proliferasiya prosesini aktivləşdirir və şişin böyüməsini sürətləndirir. Əksinə, TGF – β şiş hüceyrələrinin proliferasiyasını dayandırır. Məhz bu faktor, trombositlərdə, monositlərdə, həmçinin, T – limfositlərdə və makrofaqlarda onların aktivləşməsindən sonra olur. Məlumdur ki, TGF – β “heç bir funksiyası olmayan” icraçı rolunda hüceyrələr tərəfindən sintez olunur, fəqət iltihabı və immunopatoloji proseslərdə aktivlərşir (olabilər proteazalarla).
Uzun illərdir ki, kliniki onkologiyada müxtəlif formalı şişlər olan xəstələrdə (mədə-bağırsaq şişləri, qaraciyər, ağciyər, yumurtalıq şişi) və eyni zamanda antikoaqulyasion və fibrinolitik preparatların mümkün ola biləcək pozitiv effekti ilə əlaqədar, fibrinolitik aktivliyin zəifləməsi məsələsi geniş müzakirə olunur.
Şişin disseminasiyası və metastazların əmələ gəlməsi prosesinin özü, müəyyən dərəcədə bu mexanizmlə əlaqələndirilir. Düzdür, əsas rolu, şiş hüceyrələrinin metastazının kodunun genləri oynayır. Ancaq son vaxtlar, eksperimental yolla aydınlaşdırılmışdır ki, enzimlər şiş hüceyrələrində və damar endotelində olan adqeziv molekulların ekspressiyasını məhdudlaşdırmaq qabiliyyətinə malikdir. Sistemli Enzimoterapiyanı bəd xassəli şişlərdə aparılan müalicənin alternativi saymaq olmaz. Ancaq, bu üsulun palliativ, simtomatik və davamlı müalicə kimi geniş tətbiqi məsləhət görülür. Xəstəliyin terminal mərhələsində enzimoterapiyanın aparılmasını hüquqi əsasları yoxdur. Ancaq, SET-nın onkoloji xəstələrin həyat – tərzini yaxşılaşdırmaq xüsusiyyətləri çoxdan məlumdur. Adyuvant və qeyri-adyuvant kimyəvi müalicə, şüa müalicəsi və kombinə müalicənin erkən dövrlərində SET-ın aparılmasına geniş göstəriş var.
Onkoloji praktikada çox geniş şəkildə istifadə olunan sitostatiklər və onların müxtəlif təsir mexanizmi bir sıra ümumi toksiki ağırlaşmalar törədir ki, bu da onların yüksək terapevtik dozada istifadəsini məhdudlaşdırır: qanyaradıcı sümükliyinə mənfi təsiri; təbii immunitetin inqibisiyası; həyat-fəaliyyətini təmin edən əsas sistemlərin (mədə-bağırsaq, sidikifrazatı, infeksion proseslərin kəskinləşməsi və s.) funksiyasının pozğunluğu və s. Göstərilən ağırlaşmalar müxtəlif dərəcədə onkoloji xəstələrin əksəriyyətində müşahidə olunur.
Son zamanlar, süd vəzin dishormonal hiperplaziyasının müxtəlif formalarının müalicəsində SET – geniş istifadə olunur.
“Vobenzim” preparatının vitamin A və E ilə kombinasiya şəklində kistoz-fibroadenamatoz mastopatiyalı xəstələrdə 59,3% - effektli olduğu göstərilmişdir.
İkincili analgetik təsiri isə 70,3% - xəstələrdə aşkar edilmişdir. Vobenzimin 10 həb x 3 dəfə dozada Vitamin E ilə birlikdə təyini 85% - xəstələrdə effektli olmuşdur.
Mastoektomiyadan sonra, yuxarı ətrafların limfatik ödeminin reqressiyası 84,7% - xəstələrdə aşkar edilmişdir.