OFTALMOLOGIYA
Enzimlər orqanizmin həyat – fəaliyyətinin əsasını təşkil edərək, bütün bioloji proseslərin gedişində iştirak edir. Enzimlərin aktivliyinin zəifləməsi, kəskin və xroniki xəstəliklərin başlamasına səbəb olur.
Sistemli Enzimoterapiya (SET) üsulu, məqsədyönlü şəkildə hazırlanmış bitki (bromelain və papain) və heyvan mənşəli (tripsin, ximotripsin, amiaza, lipaza) yüksək ativlikli, təbii hidrolitik enzimlərin rutinlə birlikdə kombinasiyasından ibarət olub, fizioloji və patofizioloji proseslərə təsir göstərən müasir müalicə üsuludur. Orqanizmə daxil olmuş enzimlər, intakt molekula şəklində nazik bağırsaqdan qana sorularaq, qanın nəqliyyat zülalları ilə birləşərək, qan dövranı vasitəsi ilə miqrasiya edir və patoloji prosesin olduğu zonaya toplanır. SET–preparatları (Vobenzim, Flogenzim, Vobe-Mugos E) iltihabı prosesin gedişinə müsbət təsir edərək, fibrinolitik və trombolitik təsir göstərir, autoimmun və immunokompleks reaksiyaların patoloji əlamətlərini məhdudlaşdırır, reparativ prosesləri optimizə edir, orqanizmin immunoloji reaktivliyinin göstəricilərinə pozitiv təsir göstərir. Vobenzim, monosit –makrofaq, və təbii killer hüceyrələrinin funksional aktivliyinin səviyyəsinin stimulyasiyasını və tənzimlənməsini həyata keçirir, şişəleyhinə immuniteti, sitotoksik T-limfositləri və hüceyrələrin faqositar aktivliyini stimulyasiya edir.
Vobenzimin qəbulunun dünya təcrübəsi 50 ildir. Çoxsaylı kliniki tədqiqatlar nəticəsində, onun effektli, təhlükəsiz və digər dərman preparatları ilə uzlaşmasını təsdiq etmişdir. *
Gözün patologiyası – iltihabı və degenerativ xəstəliklər, travma və onların ağırlaşmaları, mütləq, gözün ferment sisteminin iştirakı ilə müşahidə olunur. Bu konteksdə zülalları parçalayan enzimlər (proteinazalar) xüsusi əhəmiyyət kəsb edir. Gözün strukturasına fibrin yığıntısı, qansızma, fibrozlaşma prosesi, eyni zamanda, damar patologiyası, orqanizmin özünün ferment sistemini aktivləşdirmək hesabına asanlıqla bərpa olunur. Ağır iltihabı proseslər zamanı və travmalarda, orqanizmin özünün ferment sisteminin aktivliyinin gücü kifayət qədər olmadığına görə, enzim preparatlarının qəbul olunmasına ehtiyac duyulur. SET-nın iltihabəleyhinə, fibrinolitik, immunomodulyator təsir mexanizminə malik olduğunu nəzərə alsaq, bu müalicə üsulunun oftalmoloji xəstəliklərin patogenetik müalicəsində istifadəsini əsaslanmış hesab etmək olar.
Qansızma
Qansızma – gözün zədələnməsinin və müxtəlif xəstəliklərin ağır ağırlaşmaları qrupuna aiddir. Bu patologiyada Vobenzimin qəbulu, effektli müalicə üsulu sayılır. Vobenzim orqanizmə ümumi təsir göstərməklə yanaşı, geniş spektrli yerli təsirə də malikdir: Vobenzim damarların artmış keçiriciliyini və qanın özüllüyünü normallaşdırır, mikrosirkulyasiyanı yaxşılaşdırır, orqanizmin özünün ferment sistemini aktivləşdirir, toxumaların oksigenlə və qida maddələri ilə təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, parçalanma məhsullarının xaric olmasını asanlaşdırmaqla, fibrin yığıntısının, nekrotik toxumaların, hematomaların və ödemin sorulmasını sürətləndirir.
QLAUKOMA
Qlaukomaların - müalicəsində, ən çox yayılmış müalicə metodu Wise üsulu ilə aparılan arqonlu trabekuloplastika sayılır. Ancaq, lazerlə cərrahi müalicənin də öz çatmamazlıqları var. Əksər hallarda, bir sıra ağırlaşmalarla müşahidə olunur: damar sistemində iltihabı reaksiyalar, hipertenzion sindrom və keratopatiya başlayır. Çox saylı Elmi-Tədqiqat işlərinin nəticələri göstər ki, qlaukomaların etiologiyası və patogenezində, eləcə də, cərrahi müdaxilədən sonra əmələ gələn ağırlaşmalarda orqanizmin immundefisit vəziyyəti çox böyük rol oynayır. Vobenzimin, immun sistemi korreksiya etməsi hesabına müalicə kompleksinə əlavə edilməsi, lazer trabekuloplastikanın effektini artırır. Vobenzimin iltihabəleyhinə, fibrinolitik və immunomodulyator təsiri, cərrahi müdaxilədən sonrakı dövrün gedişinə müsbət təsir göstərir. Vobenzimin lazer travbekuloplastika əməliyyatının kifayət qədər effektli olmadığı immundefisitli xəstələrə təyinatına xüsusi göstərişin olması vurğulanır.
Müalicə sxemi. Trabekuloplastika əməliyyatından 10 gün əvvəl: Vobenzim 3 həb x 3 dəfə - 2 həftə; Flogenzim 2 həb x 3dəfə-2 həftə müddətində təyin edilir. Göstəriş olduqda, müalicə müddəti 1,5-2 ay uzadıla bilər.
Beləliklə, yuxarıda göstərilənlər, Sistemli Enzimoterapiyanın oftalmoloji praktikada iltihabı xəstəliklərin, damar patologiyasının və travmaların müalicəsində istifadəsinin vacibliyini və aktuallığını təsdiq edir.
HEMOFTALM
Müxtəlif şəkilli müalicə üsullarının və dərman preparatlarının tətbiqinə baxmayaraq, hemoftalmların müalicəsi qənaətbəxş hesab olunmur. Şüşəyəbənzər cismin cərrahi müalicəsi yeganə üsuldur.
Intravitral qansızmanın erkən dövründə aparılan konservativ müalicə özünün doğrultmuşdur. Hemoftalm xəstəliyində aparılan enzimoterapiya, orqanizmin özünün ferment sisteminin aktivləşdirmə üstünlüyünə malik olmasına əsaslanır. Vobenzim hemoftalmın sorulma müddətini qısaldaraq, görmə funksiyasını bərpa edir.
TORLU QIŞAYA QANSIZMA
Müxtəlif mənşəli (o cümlədən travmatik) torlu qışaya qansızmanın xüsusilə makulyar nahiyəyə, Vobenzimlə müalicəsi daha effektli sayılır. Belə ki, birinci həftənin sonunda qansızmanın hissəvi sorulması özünü aydın, şəkildə büruzə verir, tam sorulması isə 2-3 həftədən sonra özünü göstərir.
Müalicə sxemi:
Vobenzimin 8-10 həb x 3 dəfə - 2 həftə; sonra 7 həb x 3 dəfə - 2 həftə; sonra 4 həb x 3 dəfə – 2 həftə; sonra isə stabil dozada 3 həb x 3 dəfə - 4-6 həftə müddətində qəbul edilməsi məsləhət görülür. Hissəvi hemoftalmın tam sorulması üçün 4-6 həftə vaxt tələb olunur və preparatın uzun müddət qəbulu məsləhət görülür. Total hemoftalmda - Vobenzimin 10-12, həftə xəstəliyin ağır formalarında isə 10-16 həftə müddətində qəbulu məsləhət görülür.
Torlu qışanın mərkəzi venasının və onun şaxələrinin trombozu
Torlu qışanın mərkəzi venasının və onun şaxələrinin trombozunda, Vobenzim ya monoterapiya və ya da kompleks şəkildə (heparin və ya plazminogenin parabulbar yeridilməsi) təyin edilir. Vobenzimlə müalicə torlu qışanın ödeminin əhəmiyyətli dərəcədə sorulmasına, venoz qan dövranının bərpa olunmasına, kiçik həcmli və qatı transsudatlı qansızmanın sorulmasına səbəb olur ki, nətəcədə, görmə funksiyasının yaxşılaşmasının müddəti əhəmiyyətli dərəcədə qısalır. Vobenzimlə müalicə zamanı praktiki olaraq retromboz müşahidə edilmir.
Müalicə sxemi:
Vobenzim 8-10 həb x 3 dəfə - 2 həftə; sonra 7 həb x 3 dəfə - 2 həftə; sonra 4 həb x 3 dəfə - 2 həftə; sonra isə stabilləşdirici doza – 3 həb x 3 dəfə - 6-8 həftə müddətində qəbul edilir.
Uveit, iridosklit, irit, xoriodit:
Xroniki, qeyri-infeksion uveit və iridosiklitlərin iltihabəleyinə müalicəsi, problemin residiv verməsinin və ağır nəticələrinin qarşısını almır. Torlu qışanın damarlarının xroniki iltihabı xəstəlikləri ilə əlaqədar olaraq, 8,8-39% hallarda gözlə bağlı əlillik və korluq müşahidə olunur.
Xroniki iltihabı prosesin əmələ gəlməsində, immun sistemin pozğunluğu böyük əhəmiyyət kəsb edir: T – limfositlərin populyasion tərkibinin, dəyişməsi eləcə də, mütləq və nisbi sayının azalması; gözün toxuma antigeninə qarşı leykositlərin sensibilizasiyası və s. Vobenzim iltihabəleyhinə sistemli təsir göstərməklə yanaşı, eyni zamanda, fibrin və presipitatların sorulmasına kömək edir, gözdaxili təzyiqin və görmə funksiyasının normallaşmasını sürətləndirir və nəticədə müalicə kursu müddətini qısaldır. Vobenzimin immun statusa və antioksidant müdafiə sisteminə normallaşdırıcı təsiri çox böyük əhəmiyyət kəsb edir.
Müalicə sxemi:
Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, Vobenzim 8-10 həb x 3 dəfə - 2 həftə; sonra 7 həb x 3 dəfə - 2-3 həftə; sonra 4 həb x 3 dəfə - 2-4 həftə; stabilləşdirici doza isə 3 həb x 3 dəfə - sonrakı 6-8 həftə müddətində təyin edilir.
Xroniki, residiv gedişli iridosiklitlərin remissiya dövründə, Vobenzimin residiv əleyhinə profilaktik kurs müalicəsinin aparılması məsləhət görülür.
Diabetik Retinopatiya
Diabetik retinopatiyalarda, Vobenzimin kurs müalicəsinə əlavə olunması kliniki yaxşılaşmaya səbəb olur. Massiv şəkilli qansızmaların proliferativ mərhələsində Vobenzim 7 həb x 3 dəfə - 2-3 həftə; sonra isə 3 həb x 3 dəfə - 3 aya qədər təyin olunur. Xəstəliyin yüngül formasında başlanğıc doza - 4 həb. X 3 dəfə - 3 ay müddətində qəbul edilir. Müalicədən 3-4 həftə sonra, göz pərdəsinin ödem əlamətləri və kiçik həcmli qansızmalar azalır. Eyni zamanda, Vobenzimin şüşəyəbənzərçisimdə birləşdirici toxumanın əmələgəlməsinin profilaktikasında 4 həb. X 3 dəfə - 2 həftə, sonra isə 3 həb x 3 dəfə - 7 ay müddətində çox geniş istifadə olunması məsləhət görülür.
XORİORETİNOPATİYA
Retinopatiyaların yerli müalicəsi ilə yanaşı, müalicə sxeminə, Vobenzimin 4 həb x 3 dəfə - 3-4 həftə, sonra isə 3 həb x 3 dəfə dozada – 3 ay müddətində əlavə olunması, ödemin sorulmasına, görmə funksiyasının bərpa olunmasına və eyni zamanda, kliniki yaxşılaşmaya səbəb olur.
YAŞLA ƏLAQƏDAR MAKULODEGENERASİYA (YƏM)
YƏM - müalicəsində Vobenzim 5-7 həb x 3 dəfəolmaqla 2-3 ay müddətində qəbu edilməsi iltihab əlamətlərinin və transsudatın reqressiyasına səbəb olur.
YAXINDAN GÖRMƏ (YG)
YG- müalicəsində Vobenzim 5 həb x 3 dəfə - 1-3 ay meddətində qəbulu, görmə funksiyasını yaxşılaşdırır
Göz aparatının hər hansı bir orqanında aparılan cərrahi əməliyyat zamanı - əməliyyatdan 1 həftə öncə Sistemli Enzimoterapiya preparatı Flogenzim 2-3 həb x 3 dəfə və 2 həftə müddətində təyin edilir.