İdman təbabəti
İdmanla məşğul olmaq, böyük fiziki yükləmə ilə bağlıdır. Dayaq –hərəkət aparatının əzələsinin yüklənməyə qarşı individual qabiliyyəti ilə idman yarışları zamanı faktiki yüklənmə arasında yaranan qeyri-uyğunluq, müxtəlif travmatik zədələnmələrin əmələ gəlməsi üçün optimal şərait yaradır.
Sistemli Enzimoterapiya (SET) preparatlarının qəbul edilməsi, yüksək intensivlik və dərəcədə olan məşq yükünə dözməyə imkan verir. Belə bir təqdirdə Vobenzimin qəbulu, adaptasion mexanizmlərin, immun sistemin və stressin pozulmasının qarşısını almağa imkan verir.
“Vobenzim” 10 həb x 3 dəfə dozada güclü immunostimulyator təsir göstərir və nəzarət testlərinin nəticələrinə əsasən idmançının məşq etmə qabiliyyətinin səviyyəsi kifayət dərəcədə artır.
Biokimyəvi və psixofunksional testlərin köməyi ilə təsdiq olunmuşdur ki, Vobenzimin idmançılara təyini, adaptasion ehtiyatı və stress yüklənmənin son həddinin mənimsəməsini artırır və eyni zamanda, qısa bir müddətdə bərpa olunmağa şərait yaradır. SET-nın 1 aylıq müalicə, kursundan sonra, effekt 10-14 gün müddətində saxlanılır. Məlumdur ki, idmançının məşq etmə qabiliyyətinin sərhədi, təkcə ürək-damar və tənəffüs sisteminin vəziyyəti ilə yox, eyni zamanda, dayaq-hərəkət aparatı toxumasının yüklənməyə davam gətirmək qabiliyyəti ilə qiymətləndirilir. İdman Təbabətində ən çox təsadüf edilən travma - əzələlərin zədələnməsidir. İdmançılar və onların trenerlərinin, əksər hallarda, fikir vermədikləri mikrotravmalar xüsusi problem təşkil edir. Bu problem, tədricən məşq etmə qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarır. Bu günə qədər, əzələ zədələnmələrinin müalicəsi üçün müəyyən bir fikir formalaşmayıb. Ümumi qəbul olunmuş tədbir – sakitlik, buz qoymaq və zədələnmiş ətrafların asılmasından ibarətdir. Əksər hallarda, analgetiklərdən və iltihabəleyhinə preparatlardan istifadə olunur ki, onların da çoxsaylı xoşagəlməz əlavə yan təsirləri mövcuddur. Əzələlərdə baş vermiş patomorfoloji dəyişiklikləri nəzərə alsaq, idmançılarda əzələlərin travmatik zədələnmələrinin müalicə və profilaktikasında SET-nın istifadəsini məqsədəuyğun hesab etmək olar. Vobenzim 10 həb x 3 dəfə dozada 10-15 gündən 1-1,5 aya qədər təyin olunur.
Çoxsaylı tədqiqatların nəticələri göstərir ki, ənənəvi müalicə üsulundan fərqli olaraq, idmançıların 30 həb dozada Vobenzim qəbul etmələri, onların idman məşqinə başlamalarını orta hesabla 2-2,5 dəfə tezləşdirir.
Qeyd: Sistemli Enzimoterapiya preparatları olan Vobenzim və Flogenzim tərkibində dopinq birləşmələri aşkar olunmayıb.
Vobenzim və Flogenzim dərman preparatı kimi, “Mucos Pharma”, D-82524 Geretsrid, Almaniya firması tərəfindən istehsal olunur.