Endokrinologiya
Autoimmun Tireoidit (AiT) – qalxanvari vəzin xəstəlikləri arasında proqressiv gedişi ilə birinci yeri tutur. Xəstəlik, vəzin toxumasının autoimmun pozğunluğu ilə başlayaraq, tədricən iltihabı proses və vəzin endokrin funksiyasının pozğunluğu ilə özünü büruzə verir. AiT-xəstəliyində, vəzin toxumasına qarşı antitelin əmələ gəlməsi və vəzin limfoidli infiltrasiyası baş verir. HLA-B8, DR3, DR5 geni daşıyan fərdlərdə xəstələnmə riski yüksək olur.*
AiT - müxtəlif kliniki formalarında ənənəvi müalicəyə əlavə Vobenzim 5 həbdən gündə 3 dəfə olmaqla 6-ay müddətində təyin edilir. Xəstəliyin düyünlü formasında və hipotirioz zamanı əlavə olaraq L-tiroksin 25-100 mg dozada təyin olunur. Artıq 3-ayın sonunda xəstələrin vəziyyətinin yaxşılaşması başlayır və müalicə kursunun sonunda xəstələrin 2/3-də remissiya qeyd olunur. Vəzin ultrasəs müayinəsinin nəticələri isə vəzin ölçülərinin kiçilməsini, toxuma strukturunun yaxşılaşmasını və eyni zamanda, tireoqlobulinə qarşı antitelin miqdarının statistik dürüstlüklə azalmasını və nəhayət endokrin statusun normallaşmasını göstərir.
Şəkərli Diabetli xəstələrdə olan diabetik angiopatiyalarda, Vobenzim qəbulunun effektivliyi aşağı ətrafların reovazoqrafik müayinəsinin nəticələrinə (baldırın və pəncənin qanla təcizatının intensivliyi və surət göstəricilərinə görə) əsasən qiymətləndirilmişdir. Vobenzim 10 həbdən gündə 3 dəfə olmaqla 1 ay müddətində təyin edilir. Monoterapiya kurs müalicəsindən sonra, xəstələrin 80% - ümumi vəziyyətin yaxşılaşması qeyd olunur: aşağı ətraflarda olan ağrılar və qıcolmalar keçir, dəri hissiyyatı yaxşılaşır, ətrafların “isinməsi” qeyd olunur, baldırda şişkinlik azalır və ya tam keçir. Reovazoqrafik indeksin göstəricilərində statistik dürüstlüklə müsbət dinamika aşkar edilmişdir (baldırda – 24,6%, pəncədə 23,5%).
“Diabetik Pəncə”də Vobenzim kompleks müalicəyə 7 həbdən gündə 3 dəfə olmaqla 2-ay müddətində təyin edilməsi, ağrı sindromunun və şişkinliyin aradan götürülməsinə, bütün növ hissiyyatların bərpa olunmasına səbəb olur ki, bu da öz növbəsində, bəzən amputasiyadan yan keçməyə şərait yaradır.