Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Digər xəstəliklər Dermatologiya

Dermatovenerologiya

Atopik Dermatit (AtD) statistik məlumatlara görə həm uşaqlarda, həm də böyüklərdə dəri patologiyasının 5-30% təşkil edir. Xəstəliyə səbəb olan faktorlar arasında, genetik mənşəli mədə-bağırsaq traktının fermentopatiyası və immun çatmamazlıq böyük rol oynayır. Izoantigen A, M, N, RhD+ daşıyıcısı olan xəstələrdə, xəstəliyin ağır forması müşahidə olunur.

Hal-hazırda, Sistemli Enzimoterapiyadan (SET)  istifadə etməklə, AtD – xəstəliklərin müalicəsində müsbət dinamika aşkar edilmişdir. Xəstəliyin kəskin dövründə Vobenzim 1,5-2 ay müddətində, bazis müalicəsi fonunda aşağıdakı sxemlə təyin olunur: birinci iki gün 2-5 həbdən gündə 3 dəfə. Birinci 3-4 günlük müalicə dövründə, xəstələr qısa müddətli dəri qaşınmasının intensivliyinin artmasını qeyd edirlər. Xəstələrin əksəriyyətində 4-cü həftənin sonunda iltihabı proses tam keçir. Müalicə kursunun sonunda indeks CD4/CD8 normallaşır, İgG, İgE və İmmun Komplekslərin miqdarı azalır. Vobenzimlə müalicə kursu qurtardıqdan sonra, xəstələrdə remissiya müddəti 2,5-3 ay uzanır. Remissiya dövründə Vobenzimin profilaktik dozada 3 həbdən gündə 3 dəfə qəbulu məsləhət görülür.

Aparılan çoxsaylı tədqiqatların nəticələri göstərir ki, SET preparatları həm də qaşınma əleyhinə təsir göstərir və mədəaltı vəzin funksiyasını yaxşılaşdırır.

SET - bir sıra kəskin və yarımkəskin iltihabı dermatozların: psoriaz, ocaqlı sklerodermiya, piodermiya, kəmərləyici dəmrov, gecikmiş dəri porfiri, yuvalı alopesiya və s. müalicəsində geniş istifadə olunur.

Müalicə sxemi:

Vobenzim bazis terapiyası ilə birlikdə və kəskin dövrdə 5-7 həbdən gündə 3 dəfə, sonra isə xəstəliyin kəskinləşməsinin profilaktikası üçün 3 həbdən gündə 3 dəfə olmaqla 2-3 ay müddətində qəbulu məsləhət görülür.

Kosmetologiyada stabil, davamlı və yaxşı nəticələrə nail olmaq – mürəkkəb məsələlərdən biridir. Dəri orqanizmin bütün orqan və sistemləri ilə çox dərin kooperativ əlaqədə olan böyük bir orqandır. Orqanizmin ümumi vəziyyəti immun sistemin, xüsusilə, mədə-bağırsaq traktının qarşılıqlı əlaqəsindən asılıdır.

Dərinin əsas funksiyası – müxtəlif neqativ təsirlərə (hər hansı bir yarada koloniya şəklində toplanmağa çalışan infeksiyalara, xəstəliklərə, travmalara və allergik reaksiyalara) davam gətirməkdir. Bununla bərabər, dərinin mürəkkəb quruluşu, funksional əlaqələrinin çoxsaylı olması, regenerasiya etmək qabiliyyətinə malik olması və çox əhəmiyyətli müdafiə missiyası, demək olar ki, onu təbii qocalma prosesindən xilas etmir. Mürəkkəb zəncirvarı tənzimlənmə prosesində, aramsız neqativ təsirlər və metabolik pozğunluqlar, dərinin funksiyasının zəifləməsinə səbəb olur. Bu proseslərin sürətlənməsinin əsas səbəbi immun sistemi və bağırsaqlardır. Bağırsaqlarda şlakların yığılması, disbakterioz, bağırsaqların mikrob peyzajının pozulması, metabolizm pozğunluqları (lipid, xolesterin və s.) əksər hallarda dəri xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Ən təhlükəli və çətin müalicə olunan autoimmun xəstəliklərdir ki, onun da əsas “şok” orqanı dəri sayılır.

Kosmetologiya və Dermatologiyada aparılan standart müalicə, əksər hallarda istənilən nəticəni vermir, əksinə, bəzən xəstəliyin gedişini pisləşdirərək onun xroniki və çətin müalicə olunan formaya keçməsinə səbəb olur.

Dəri xəstəliklərinin müalicə və profilaktikasının müvəffəqiyyətinin rəmzi, müxtəlif müalicə üsullarının və kompleks şəkildə istifadəsindən ibarətdir. Bununla əlaqədar olaraq, kosmetologiyada müasir müalicə üsulunun –Sistemli Enzimoterapiyanın (SET) istifadəsi aktual müalicə hesab olunur. SET - əsas terapevtik prinsiplərə: effektivliyi, təhlükəsizliyi, xəstələr tərəfindən qəbul edilən müxtəlif preparatlarla yaxşı uzlaşması və nəhayət, uzunmüddətli qəbulunun xəstələr tərəfindən yaxşı qiymətləndirilməsi və s. tam cavab verir. SET-nın əsas üstünlüyü immunitetə, damarlara, bağırsağa, metabolizmə və iltihabı prosesə kompleks pozitiv təsirinə əsaslanır.

Əsas onu bilmək lazımdır ki, enzim preparatları, nəinki digər dərman preparatlarını əvəz etmək, eləcə də digər preparatların təsir effektini artırmaq (məsələn antibiotiklərin) və xoşagəlməz yan təsirini azaltmaq (məsələn hormonal preparatların) qabiliyyətinə malikdir. SET-nın çoxşaxəli təsiri, çoxsaylı kliniki müayinələrin nəticələrinə əsasən sübut olunmuşdur. Təkcə, onu qeyd etmək lazımdır ki, Vobenzimlə əlaqədar təbabətin müxtəlif sahələrində 45-dən artıq Beynəlxalq Standartlara cavab verən GCP - elmi-tədqiqat işləri aparılmışdır.

Yadda saxlamaq lazımdır ki, enzim preparatları qəbul etməklə, nəinki lokal patoloji prosesi aradan götürmək, həm də orqanizmə ümumi sağlamlaşdırıcı təsir göstərməklə, vaxtından əvvəl qocalma prosesinin qarşısını almağa müvəffəq olmaq mümkündür.

Sistemli Enzimoterapiya preparatları, kosmetologiyada müxtəlif əməliyyatlardan və proseduralardan sonra toxumalarda reparativ prosesləri sürətləndirmək məqsədilə, əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikası üçün, epitelizasiya və piqmentasiya proseslərini normallaşdırmaq üçün böyük müvəffəqiyyətlə istifadə olunur.

Vobenzim əməliyyatdan 3-5 gün əvvəl 5 həb x 3 dəfə təyin olunur və əməliyyatdan sonra 10-14 gündən az olmayaraq 3-4 həbdən gündə 3 dəfə qəbulu davam etdirilir. Sonra isə infeksion və fibroz ağırlaşmaların profilaktikası üçün və eyni zamanda, limfostazda göstəriş olarsa qəbul edilməsi məsləhət görülür.

Kelloid çapıqlarda və sızanaqlı səpgilərin müalicəsində Vobenzim 5-7 həbdən gündə 3 dəfə, və ya Flogenzim 2-3 həbdən gündə 3 dəfə olmaqla 2-3 ay müddətində təyin edilir. Qeyd etmək lazımdır ki, enzim preparatlarının fizioterapiya ilə birlikdə istifadəsi daha effektli olur.

Yuxarı