DİQQƏT DİQQƏT !!!
HƏKİMLƏRİN, ƏCZAÇILARIN VƏ XƏSTƏLƏRİN NƏZƏRİNƏ!
Almaniya istehsalı olan Vobenzim və Flogenzim dərman preparatı Azərbaycanın tanınmış həkimlərinin 20 illik praktiki təcrübəsində, müxtəlif xəstəliklərin effektli müalicəsində çox önəmli yer tutmuş və preparat xəstələr tərəfindən rahat qəbul edilir.
Vobenzimin yarım əsrdən çox müvəffəqiyyətlə istifadə edilməsi təcrübəsini görən və bu işlərdən xəbəri olmayan bəzi “dırnaqarası iş adamları” Vobenzim dərman preparatına xas olan təsir mexanizmini və hansı xəstəliklərdə istifadə göstərişlərini kopya edərək, mənşəyi və enzim tərkibi məlum olmayan “Qidaya əlavə” (BAD) tibbi vasitələrinin təlimatında yerləşdirərək həkmlər, əczaçılar və xəstələr arasında çaşqınlıq yaratmaqla, xəstələrin sağlamlığına ciddi ziyan vururlar.
Aydınlıq üçün qeyd etmək istəyirəm ki, “Qidaya əlavə” tibbi vasitələrlə heç bir elmi-tədqiqat işləri aparılmır və onların hər hansı bir xəstəliyin müalicəsində effektli olub – olmaması haqqında hec bir elmi əsaslar yoxdur.
“Dırnaqarası işbazların” aqibətinin neçə olacağinı artiq hamı yaxsı başa düşür.