İNSAN HƏYATI – YAŞAMAQ UĞRUNDA MÜBARİZƏDİR!
- İnsan həyatı boyu mikroblarla mübarizə aparır və çalışır ki, mikroblara qarşı immunitet yaratsın.
- Təbabət çoxsaylı təhlükəli infeksiyaların kökünü kəsib. Artıq onlara çox təsadüfi hallarda rast gəlinir.
- Alimlərin və həkimlərin bütün səylərinə baxmayaraq, hələ də bəşəriyyəti daimi qorxu altında saxlayan xəstəliktörədən mikroblara rast gəlinir.
BUNLAR - QRİP VİRUSLARIDIR!
QRİPP və digər kəskin respirator xəstəliklər (KXR) nə üçün təhlükəlidir?
Qripin ciddi gedişi və ağırlaşmaları, birinci növbədə, immuniteti zəif olan insanlarda təhlükə yaradır. Xəstəlik ilk növbədə bronxlara, ağ ciyərlərə, ürək, böyrək və digər həyatı vacib orqanlara ciddi ağırlaşmalar verə bilər. Bəzi hallarda isə, hətta virus infeksiyalarının yüngül (gizli) gedişli variantlarında da ağırlaşmalar baş verə bilər. “Vobenzim” preparatı iltihabəleyhinə təsir göstərir və zəifləmiş immuniteti gücləndirir. Əgər sizdə qrip varsa, “Vobenzim” tezliklə sağalmaya kömək edər. Eyni zamanda, sizi xəstəliyin residivləşmə ehtimalından effektiv şəkildə müdafiə edə bilər.
Müalicənin effekti sürətlənə bilər!
Çin atalar sözü: “Bir soyuqdəymə yüz xəstəliyin əmələ gəlməsinə səbəb olur!”
QRİP VƏ SOYUQDƏYMƏ - ZƏİFLƏMİŞ İMMUNİTET necə müalicə olunur?
Qrip və soyuqdəymə zamanı xəstəyə kömək.
Virus və respirator infeksiyaların ənənəvi müalicəsində xəstəliyin simptomlarına təsir edən vitaminlər və s. preparatlar və əsas terapiyanın effektini artırmaq üçün immunomodulyator, virusəleyhinə preparat olan “Vobenzim” istifadə olunur.
İNFEKSİYA İLƏ MÜBARİZƏDƏ KÖMƏYƏ ENZİMLƏR GƏLİR
İnsan orqanizmində baş verən bütün bioloji proseslər enzimlərin (fermentlərin) köməyi ilə icra olunur. İmmun sistemi balansda saxlamaq və funksiyasını təmin etmək üçün, bizim orqanizmdə olan proteolitik fermentlər böyük əhəmiyyət kəsb edir. Ancaq, immunitet zəiflədikdə, orqanizmə xaricdən proteolitik fermentlərin verilməsi mütləq vacibdir.
Siz bilirsinizmi ki, müalicəni necə tez idarə etmək olar?
Müalicənin effekti sürətlənə bilər!
Enzimlərin köməyi ilə yaralar sağalır, qocalmış hüceyrələr yeniləşir, ekzogen mikroblar zərərsizləşdirilir, orqanizmi xəstəliktörədən virus və bakteriyalardan qoruyur. Enzimlərin nəzarəti zəiflədikdə, orqanizmin maddələr mübadiləsi pozulur ki, bu da müxtəlif xəstəliklərin və ağırlaşmaların əmələ gəlməsinə şərait yaradır.
Əgər enzimlərin aktivliyi və balansı vaxtında bərpa edilərsə, xəstəliyə xəbərdarlıq etmək və ya onun gedişini yüngülləşdirmək olar.
Dərman preparatı olan “Vobenzim” (MUCOS Pharma, Almaniya) təbabətdə istifadəsi çoxillik təcrübəyə malik olub, müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsində geniş istifadə olunur. “Vobenzim” eyni vaxtda, bir neçə təsir göstərir: iltihabəleyhinə, immunomodulyator (immuniteti artırır), antiaqreqant, ödeməleyhinə, virus və mikrobəleyhinə. Qanın mikrosirkulyasiyasını yaxşılaşdırır.
“Vobenzim” preparatının üstünlüyü ondan ibarətdir ki, iltihabi prosesin və immunitetin əsas vacib şaxələrinə kompleks təsir etməklə, xəstəliyin xroniki formaya keçməsini və ağırlaşma riskini azaldır.
“Vobenzim” digər dərman maddələrinin, xüsusilə, antibiotiklərin effektivliyini, onların konsentrasiyasını iltihab ocağında və qanın plazmasında artırır.
“Vobenzim” preparatının ən vacib üstünlüklərindən biri də ondan ibarətdir ki, enzimlər mikrob koloniyalarının artıb – çoxalmasını ləngidir və antibiotiklərin mikrob pərdəsinə daxil olmasını asanlaşdırır. “Vobenzim” bağırsaqların mikroflorasını yaxşılaşdırır, antibiotiklərin əlavə yan təsirini azaldır və eyni zamanda, interferonogenez prosesinə pozitiv təsir edir ki, bunun da nəticəsində orqanizmin mikrobəleyhinə ümumi müdafiə qabiliyyəti aktivləşir.
DİQQƏT! “Vobenzim” preparatını nə vaxt qəbul etmək lazımdır?
Qrip epidemiyası zamanı İmmuniteti zəif insanlarda “Vobenzim” profilaktik doza kimi 3 tab x 3 dəfə və ya 5 tab x 2 dəfə, Xəstəlik zamanı 5 tab x 3 dəfə, sağalma dövründə 3 tab x 3 dəfə qəbul edilir.
“Vobenzim” preparatını xəstəliyin ilk kliniki simptomları əmələ gəldikdə qəbul edilməsi məsləhət görülür.