Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Müalicənin effektivliyi artırıla bilər! İmmunitetin zəifləməsi

Immunitetin zəifləməsinin əsas əlamətləri:

-        Tez-tez baş verən soyuqdəymə xəstəlikləri (böyüklərdə 2 il ərzində 4 dəfədən artıq; 5 yaşından yuxarl olan uşaqlarda il ərzində 4 dəfədən artıq; daha kiçik yaşda olan uşaqlarda isə il ərzində 6 dəfədən artlq sayda);

-        Soyuqdəymənin uzun müddət ərzində (bir xəstəliyin 2 həftədən artıq) davam etməsi;

-        Tez-tez baş verən stomatitlər və aöız boşluğunun digər xəstəlikləri – angina, laringit, faringit;

-        Residivləşən (təkrarlanan) furunkulyozun (çoxlu çiban çıxarma) olması;

-        Xroniki sinusitin, haymoritin, adneksitin, kolitin və s. xroniki xəstəliklərin tez-tez kəskinləşməsi;

-        Sidik ifraz edən cinsi yolların xroniki xəstəliklərinin davamlı keçməsi və müalicəyə çətinliklə tabe olması;

-        Tez-tez baş verən bronxitlər, pnevmoniyalar;

-        Dərinin irinli proseslərlə təkrar-təkrar zədələnməsi;

-        Dərinin və selikli qişaların herpes, göbələk, papilloma və ya kandilomlarla zədələnməsi;

-        Müxtəlif antigenlərə (toz, qida maddələri, yun və s.) qarşı, həm allergiyası olanlarda, həm də əvvəllər allergiyaya meylli olmayanlarda tez-tez baş verən allergik hallar (üzdə və bədəndə səpkilər, allergik zökəm, öskürək, gözlərin selikli qişalarının zədələnməsi, burunun selikli qişasının şişkinliyi və s).

   Sizdə bu əlamətlərin hamısı və ya bir hissəsi qeyd edilərsə, bu zaman, özbaşına müalicəyə yox, həkimə müraciət etmək lazımdır.

Zəifləmiş immuniteti bərpa etmək lazımdır?

Sizə Avropa səhiyyəsində 50 illik təcrübəyə söykənən Sistemli Enzimoterapiya (SET.) kömək edə bilər!

Sistemli Enzimoterapiya nədir?

Sistemli Enzimoterapiya – məqsədyönlü şəkildə hazırlanmış təbii tərkibli, bitki və heyvan mənşəli proteolitik enzim kompleksindən ibarət olub, orqanizmə sistemli təsir etməklə, fizioloji və patoloji proseslərin gedişini optimizə edir. Sistemli Enzimoterapiya preparatı olan Vobenzim iltihabəleyhinə, ödeməleyhinə təsir etməklə yanaşı orqanizmin zəifləmiş immunitetini bərpa etmək – immunomodulyator təsir göstərir:

·         Təbii Killer hüceyrələrin aktivliyini yüksəltməklə - immuniteti şiş əleyhinə stimulyasiya edir.

·         İmmunoqlobulinlərin miqdarını tənzimləyir.

·         Qanda dövr edən immun kompleksləri parçalayır.

·         Toxumalarda depo şəklində yığılmış immun kompleksləri orqanizmdən xarıc edir.

·         İltihab əleyhinə sitokinləri (İL-1β, İL-6, TNF-α) sintez edən monokuklear faqositlərin funksional aktivliyini modulyasiya edir

·         T-hüceyrə immuniteti səviyyəsində immunomodulyator təsir edir.

·         Adgeziv molekulların müxtəlif siniflərinin (İCAM-İ, selektin) ekspressiyasını sürətləndirir

·         Shedding – sitokin reseptorları dağıdır.

Yuxarı