Cərrahiyə. Sistemli Enzimoterapiya (SET)
Siz cərrahi əməliyyata hazırlaşırsınız? Müalicə müddətini qısaltmaq olar.
Cərrahi (travmatik) əməliyyatların yaralarının müalicəsi mürəkkəb məsələdir. Bu, təkcə yaranın ölçülərindən yox, eyni zamanda, orqanizmin cərrahi müdaxilədən sonrakı dövrü necə idarə etməsindən, sağalma dövründə iltihabi prosesin olub -olmamasından da asılıdır. Siz vaxtınızın olmamasına görə narahatsınız? Müalicə dövrünü qısaltmaq olar. Cərrahi əməliyyatdan sonrakı müalicəyə SET preparatlarının (“Vobenzim”, “Flogenzim”) əlavə olunması, müalicə müddətini qısaldır və sağalma prosesini sürətləndirir.
Cərrah ilk dəfə, morfofunksional səviyyədə və eyni bir vaxtda bir neçə patogenetik məsələləri həll etməyə imkan verən polifunksional preparat – Flogenzim əldə edir:
- Ödem və iltihab əlamətlərini azaldır,
- Hematomaların sorulmasını sürətləndirir,
- Ağrı sindromunu azaldır,
- İrinləmə prosesinin qarşısını alır,
- Trombozun əmələ gəlməsinin qarşısını alır,
- Bitişmə xəstəliyinin profilaktikası,
- Reparativ prosesləri yaxşılaşdırır.
Flogenzimin çoxşaxəli müalicəvi təsiri 28 Beynəlxalq GCP – müayinəsinin nəticələrinə əsasən sübut olunmuş və enzimlərin stabil aktivliyi və sinergik effekti aydınlaşdırılmışdır.
“Vobenzim” və “Flogenzim” – bitki və heyvan mənşəli enzimlərin kombinasiyasından ibarət olub, cərrahiyə, ginekoloji, Uroloji, angioloji, stomatoloji, travmatoloji, kardioloji xəstəliklərin kəskin dövründə təyin edilir. Orqanizmə daxil olan “Vobenzim” və “Flogenzim”, intakt molekula şəklində nazik bağırsaqdan sorularaq, qanın nəqliyyat zülalları ilə birləşərək, özünün müalicəvi effektini göstərir: qanın özüllüyünü azaldır, trombun əmələ gəlməsinin qarşısını alır və mikrosirkulyasiyanı yaxşılaşdırır. Sonra, qan dövranı vasitəsi ilə miqrasiya edərək, patoloji prosesin olduğu nahiyədə toplanır və öz aktivliyini büruzə verərək, iltihabəleyhnə, ödməleyhinə, fibrinolitik, antiaqreqant və nəhayət ikincili anlgetik təsirini göstərir.
Müalicə məqsədi ilə - Flogenzim 3 həb x 3 dəfə - 2 həftə, profilaktik məqsədlə 2 həb x 3 dəfə - 2 həftə müddətində, Vobenzim isə 5-10 həb x 3 dəfə təyin edilir. Kurs müalicəsinin uzadılması və ya dozanın dəyişməsi həkimlə məsləhətləşdikdən sonra aparıla bilər.