Almaniya istehsalı
20 il Azərbaycanda
azru

2. Əməliyyatlar

 

·        Cərrahiyə. Sistemli Enzimoterapiya (SET)

Siz cərrahi əməliyyata hazırlaşırsınız? Müalicə müddətini qısaltmaq olar.

Cərrahi (travmatik) əməliyyatların yaralarının müalicəsi mürəkkəb məsələdir. Bu, təkcə yaranın ölçülərindən yox, eyni zamanda, orqanizmin cərrahi müdaxilədən sonrakı dövrü necə idarə etməsindən, sağalma dövründə iltihabi prosesin olub -olmamasından da asılıdır. Siz vaxtınızın olmamasına görə narahatsınız? Müalicə dövrünü qısaltmaq olar. Cərrahi əməliyyatdan sonrakı müalicəyə  SET preparatlarının (“Vobenzim”, “Flogenzim”) əlavə olunması, müalicə müddətini qısaldır və sağalma prosesini sürətləndirir.

Cərrah ilk dəfə, morfofunksional səviyyədə və eyni bir vaxtda bir neçə patogenetik məsələləri həll etməyə imkan verən polifunksional preparat – Flogenzim əldə edir:

- Ödem və iltihab əlamətlərini azaldır,

- Hematomaların sorulmasını sürətləndirir,

- Ağrı sindromunu azaldır,

- İrinləmə prosesinin qarşısını alır,

- Trombozun əmələ gəlməsinin qarşısını alır,

- Bitişmə xəstəliyinin profilaktikası,

- Reparativ prosesləri yaxşılaşdırır.

Flogenzimin çoxşaxəli müalicəvi təsiri 28 Beynəlxalq GCP – müayinəsinin nəticələrinə əsasən sübut olunmuş və enzimlərin stabil aktivliyi və sinergik effekti aydınlaşdırılmışdır.

“Vobenzim” və “Flogenzim” – bitki və heyvan mənşəli enzimlərin kombinasiyasından ibarət olub, cərrahiyə, ginekoloji, Uroloji, angioloji, stomatoloji, travmatoloji, kardioloji xəstəliklərin kəskin dövründə təyin edilir. Orqanizmə daxil olan “Vobenzim” və “Flogenzim”, intakt molekula şəklində nazik bağırsaqdan sorularaq, qanın nəqliyyat zülalları ilə birləşərək, özünün müalicəvi effektini göstərir: qanın özüllüyünü azaldır, trombun əmələ gəlməsinin qarşısını alır və mikrosirkulyasiyanı yaxşılaşdırır. Sonra, qan dövranı vasitəsi ilə miqrasiya edərək, patoloji prosesin olduğu nahiyədə toplanır və öz aktivliyini büruzə verərək, iltihabəleyhnə, ödməleyhinə, fibrinolitik, antiaqreqant və nəhayət ikincili anlgetik təsirini göstərir.

Müalicə məqsədi ilə - Flogenzim 3 həb x 3 dəfə - 2 həftə, profilaktik məqsədlə 2 həb x 3 dəfə - 2 həftə müddətində, Vobenzim isə 5-10 həb x 3 dəfə təyin edilir. Kurs müalicəsinin uzadılması və ya dozanın dəyişməsi həkimlə məsləhətləşdikdən sonra aparıla bilər.
 

·        Ortopediya və sınıqlar

Orqanizmdə aparılan hər -hansı bir ortopedik əməliyyatlar – Meniskektomiya, aşıq-daban oynağı, oynaqların endoprotez əməliyyatı və müxtəlif ağır – müştərək travmalar nəticəsində meydana çıxan iltihab əlamətlərinə  (ağrı, şişkinlik, funksiyanın pozulması) orqanizm mütləq reaksiya verir. Bu cür əməliyyatlardan sonra, aparılan kompleks müalicə kursuna enzim preparatı olan “Vobenzim” və “Flogenzim” əlavə olunması, ağrı sindromunu və şişkinliyi azaldır və sağalma dövrünü qısaldır. Bu preparatlar, həmçinin, əməliyyatdan sonrakı ağırlaşmaların və çapıq toxumanın əmələgəlməsinin qarşısını alır və sağalma prosesini sürətləndirir.

Kliniki sınaqla sübut olunmuşdur.

Əməliyyatlardan sonra aparılan kompleks müalicəyəyə “Vobenzim” əlavə olunmasının effektivliyi, bir sıra kliniki sınaqlarda öz təsdiqini tapmışdır. Almaniyada, çox ciddi beynəlxalq tələblərə cavab verən, ikiqat kor və plasebo -nəzarət müayinə üsulu ilə 80 xəstə əməliyyatdan sonra müalicə olunmuşdur. “Vobenzim” preparatı ilə aparılan kompleks müalicə nəticəsində, əməliyyatdan sonra olan ödem və ağrı əlamətləri qısa müddətdə aradan götürülmüş  və diz oynağının pulsasiyası, nəzarət qrupuna nisbətən daha çox bərpa olunmuşdur. Sınıq əməliyyatından sonra, 89 xəstəni əhatə edən bəşqa bir tədqiqatda, nəzarət qrupuna nisbətən (24,1 gün), “Vobenzim” istifadə edənlər xəstəxanadan, orta hesabla, 1 həftə əvvəl (17,7 gün) evə yazılmışlar.

“Vobenzim” qəbulunu əməliyyatın ertəsi günü başlamaq və 7-10 tab x 3 dəfə qəbul etməklə yaranın ölçüsündən asılı olaraq 2-4 həftə müddətində qəbul etmək məsləhət görülür.

Qəbul qaydası – yeməkdən 30-40 dəqiqə əvvəl və ya 2 saat sonra, 200 ml maye ilə qəbul edilir.

·        Plastik əməliyyatlar

Plastik əməliyyat nədir və digər əməliyyatlardan fərqi?

Hər bir cərrah – ginekoloq, uroloq, ortoped və d. xəstədə hər hansı bir xəstəlik problemini həll etmək üçün, onun üzərində əməliyyat aparır. Plastik cərraha isə, xəstə yox, sağlam insanlar müraciət edir. Onlar, sadəcə olaraq, yaxşı görünmək üçün gəlirlər. Bu kosmetik effekt sayılır – cüzi əməliyyat izinin olması və əməliyyatdan sonrakı yaranın ağırlaşma olmadan tez sağalması.

“Vobenzim” və ya “Flogenzim” nə vaxt kömək edir?

  •   Əməliyyat vaxtı:

-         üz (burun, alın, qaş, kiprik, dodaq, qulaq, çənə)

-         boyun

-         qarın

  •   Döşün böyüdülməsi və modelləşdirilməsi
  •   Liposaksiya vaxtı

“Vobenzim” və “Flogenzim”  hematomanın və şişin azalmasına kömək edir, əməliyyatdan sonrakı iltihabi prosesin müalicəsini və sağalmasını sürətləndirir və müalicə müddətini 1/3 dəfə qısaldır. Bundan əlavə, limfotik sistemin aktivliyini stimulyasiya etməklə liposaksiya zamanı pozulmuş piy toxumasını normallaşdırır.

 

“Vobenzim”in dozası:

Əməliyyatdan əvvəl – 5-10 tab x 3 dəfə - 1 həftə;

Əməliyyat günü – qəbul etmək olmaz;

Əməliyyatdan sonra – 5-10 tab x 3 dəfə, tədricən azaldaraq 3 tab x 3 dəfə - 2-3 həftə.

 

“Flogenzim”in dozası:

Əməliyyatdan əvvəl – 2-3 tab x 3 dəfə - 1 həftə;

Əməliyyatdan sonra - 2-3 tab x 3 dəfə - 1 həftə.

Qəbul qaydası – yeməkdən 30-40 dəqiqə əvvəl və ya 2 saat sonra, 200 ml maye ilə qəbul edilir.

 

·        STOMATOLOGIYADA YENI TEXNOLOGIYA - OSTEOİNTEQRASİYA və SAĞALMA PROSESİNİ SÜRƏTLƏNDİRİR

Stomatoloji əməliyyatlar vaxtı, xəstələri ən çox narahat edən ağrı, şişkinlik və iltihab əlamətləridir:

  •   Ağız boşluğunun iltihabi (kəskin, xroniki, təkrarlanan):

-         periodontit

-         aftoz stomatit

-         abses

  •   Əməliyyatdan sonrakı vəziyyət:

-         dişlərin çıxarılması (dişlərin ekstraksiyası zamanı baş verən ağırlaşmaların 35-40% alveolitlər təşkil edir)

-         dişlərin rezeksiyası

-         diş implantatları

  •   Postravmatik vəziyyət – kəskin dövr     
  •   İltihabi ağırlaşmalar – baş və boyun nahiyəsinin şüalanması
  •   Limfedema – baş və boyun nahiyəsində
  •   Üz-çənə oynağının iltihabi revmatik xəstəliyi

Qeyd: Stomatoloji xəstəliklərin kəskin dövründə və cərrahi-ortopedik əməliyyatlar zamanı aparılan kompleks müalicə Flogenzim preparatı ilə, xəstəliyin xroniki formalarında isə kompleks müalicə Vobenzim preparatından istifadə etməklə aparılır.

Sizə stomatoloji əməliyyat olunacaq?

Sizə nə kömək edə bilər?

Stomatoloqun 1 №-li assistenləri – “Vobenzim” və ya  “Flogenzim”. preparatları!

Flogenzim - təbii tərkibli və yüksək aktivlikli proteolitik enzimlərin kombinasiyası- Buster və Servis terapiya - Antibiotiklərin effektivliyini artırmaqla, onların yan təsirini azaldır.

     Flogenzim - in tərkibində olan Tripsin, fibrinoliz prosesini sürətləndirərək, zədələnmiş toxumalarda iltihab yığıntılarının  və hematomanın eliminasiyasına şərait yaradır. Bromelain isə patoloji proses olan nahiyədə iltihab əlamətlərinin sorulmasını asanlaşdırır. Rutin – damarların endotel qişasının stabilizasiyasını təmin etməklə, ekstravazasiyanın qarşısını alır.

     Cərrah ilk dəfə olaraq, morfofunksional səviyyədə bir neçə patogenetik problemləri eyni vaxtda həll etmək üçün polifunksional preparat olan Flogenzim əldə edir. Flogenzim -in çoxşaxəli və tərkibindəki enzimlərin stabil aktivliyi və sinergist təsiri GCP tələbatına cavab verən 28 Elmi tədqiqat işlərinin nəticəsi ilə sübut olunmuşdur.            

  Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə aparılan hər 100 cərrahi əməliyyatdan 10-u ağırlaşma ilə nəticələnir. Erkən ağırlaşmaların 80%-i yaranın irinləməsi, 5-7%-i  trombemboliya ilə müşahidə olunur. Gecikmiş fəsadların 70%-ni kobud çapıq, kelloid, toxuma , 90%-ni bitişmə xəstəliyi təşkil edir.

Flogenzim  Cərraki əməliyyatdan və travmadan sonrakı - 2 həftə  ərzində sorulma və bərpa  prosesini sürətləndirir və xəstələri bu fəsadlardan sığortalayır.                       

Əsas təsiri:

1.      Zədələnmiş toxumaları  parçalayır və xaric edir.

2.      Hematoma və ödemin sorulmasını sürətləndirir.

3.      İltihab əlamətlərini zəiflətməklə sağalma prosesini asanlaşdırır.

4.      Toxumaların qidalanmasını və mikrosirkulyasiyasını yaxşılaşdırır.

5.      İrinləmə və ağırlaşmaların əmələ gəlməsinin qarşısını alır.

 

SAĞALMANI SÜRƏTLƏNDİRƏN 5 AMİL

     Qəbul qaydaları: 

Flogenzim preparatı 2 həbdən gündə 3 dəfə olmaqla yeməkdən 30-40 dəqiqə əvvəl və 200ml maye ilə qəbul edilir. Həkimin göstərişi ilə sutkalıq dozanı 9 həb qədər artırmaq olar. Uşaqlar üçün sutkalıq doza hər 10 kq çəkiyə 1 həb təşkil edir.

Təlimatla tanış olun, əks göstərişi (Hemofiliya, hemodializ,  həssaslıq ) var.

     Flogenzim – Antibiotikləri əvəz etmir, Buster və Servis terapiya kimi onların effektivliyini yüksəldir və antibiotikoterapiyanın toksiki təsirini azaldır (disbakterioz).

 

Yuxarı