Almaniya istehsalı
20 il Azərbaycanda
AZ ƏTRAFLI

100% TƏBİİ TƏRKİBLİ

 

Dərman preparatı olan “VOBENZİM”in tərkibinə daxil olan bütün enzimlər 100% təbii tərkiblidir.

“VOBENZİM” – bu çoxkomponentli dərman preparatıdır. Preparatın 7 enzim və 1 vitamindən ibarət unikal kombinasiyasının seçilməsi aparılan uzunmüddətli laborator müayinələrin nəticələrini və eləcə də, kəmiyyət və keyfiyyət tərkibinə görə optimal nisbətlərin olması enzimlərin yüksək aktivliyinin təminatını və preparatın əsas effektini müəyyən edir.

“VOBENZİM” həbləri bağırsaqda həll ola bilən xüsusi pərdə ilə örtülmüşdür. Belə bir pərdə enzimləri mədə şirəsinin aqressiv təsirindən qoruyaraq, preparatın bağırsaqdan sorulmasını və toxumalara çatdırılmasını təmin edir.

Bütün enzimlər mədədən yox, ancaq bağırsaqdan sorulur və ona görə də orqanizmə müsbət təsir göstərir.

 

Sistemli enzimoterapiya preparatlarının tərkibi. VOBENZİM.

 

Enzimlər Mənşəyi Əsas təsiri Aktivlik dərəcəsi Tərkibi (mq)
BROMELAİN Bitki mənşəli ferment olub, ananasdan alınır.

İltihabəleyhinə cavabı optimizə edir, iltihabı və limfatik ödemi azaldır, antibiotiklərin/ antimikotiklərin iltihab ocağına asanlıqla daxil olmasını təmin edir, orqanizmdən toksiki maddələri çıxarır, immuniteti yüksəldir, yaraların sağalmasını və toxumaların bərpasını sürətləndirir. İkincili analgetik təsir göstərir.

 

   225 F.İ.P şv     45
PAPAİN

Bitki mənşəli ferment olub, papaya meyvəsindən alınır.

 

İltihabəleyhinə cavabı optimizə edir, bakteriyaların inkişafının artıb çoxalmasının qarşısının alınmasına çox güclü təsir edir, immuniteti yüksəldir və temperaturu salır. İkincili analgetik təsir göstərir.

 

 

   90 F.İ.P şv     18
TRİPSİN

Heyvan mənşəli fermentdir.

 

İmmunomodulyator təsirə malikdir, iltihabı və limfatik ödemləri azaldır, yaraların sağalmasını sürətləndirir, trombun əmələ gəlməsinin qarşısını alır. İkincili analgetik təsir göstərir.

 

 

   360 F.İ.P şv     12
XİMOTRİPSİN

Heyvan mənşəli fermentdir.

 

İltihabəleyhinə cavabı optimizə edir, qan axınını yaxşılaşdırır, iltihabi və limfatik ödemi azaldır. İkincili analgetik təsir göstərir.

 

 

   300 F.İ.P şv     0,75
PANKREATİN Heyvan mənşəli fermentdir.

Orqanizmin özünün ferment çatışmazlığını və yetərli aktivliyinin olmamasını kompensasiya edir, həzm prosesini yaxşılaşdırır.

 

 

   300 F.İ.P şv     100
AMİLAZA Heyvan mənşəli fermentdir

Həzm prosesini yaxşılaşdırır.

 

 

   50 F.İ.P şv     10
LİPAZA Heyvan mənşəli fermentdir.

Yağda həll olan vitaminlərin – A, D, E, K mənimsənilməsinə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır.    

 

   34 F.İ.P şv     10

RUTİN

 

Bitki mənşəli vitamin P.

 

 

Kapilyarların zədələnməsinin qarşısını almaqla onların keçiriciliyini və qanın axınını yaxşılaşdırır.

 

      50

 

Dərman preparatı olan Vobenzim yüksək təhlükəsizliyə malik olub hamilə qadınlara və qadınların laktasiya dövründə də qəbulu məsləhət görülür.

VOBENZİM preparatının təbii tərkibdə olması xüsusiyyətlərinə görə və digər qrup dərman preparatlarının qəbulu ilə birlikdə yüksək səviyyədə uyğunlaşdığına görə kompleks müalicədə geniş diapazonda istifadə olunur.

Uzun müddət qəbulu zamanı preparata öyrənmə hallarına rast gəlinmir.

 

QEYD: FIP - Federation İnternational Pharmaceutical (Beynəlxalq Farmasevtik Fedarasiya şv); PEP – European Pharmacopoeia Proteolytic (Avropa Farmakopiya Proteolitik şv).

 

 

 

 

 

Yuxarı