Enzim nədir?
İnsan orqanizmi çoxsaylı canlı hüceyrələrdən ibarətdir. Hüceyrə insan orqanizminin tərkib hissəsi sayılır və o, aralarında biokimyəvi reaksiyalar baş verən canlı strukturlardan ibarətdir. Enzimlər (və ya fermentlər) kimyəvi proseslərin gedişinə nəzarət edən vacib komponentlərdir.
Enzimlər zülal mənşəli maddələrdir, zülal isə öz növbəsində - amin turşularının zəncirləridir.
Ümumiyyətlə, amin turşularını mirvari dənələri, enzimləri isə çox mürəkkəb şəkildə burulan mirvari sapı kimi təsəvvür etmək olar. Bu səbəbdən enzim molekulu mirvari muncuqlarına bənzəyir.
Enzimlər orqanizmdə necə işləyir?
Enzimlər kimyəvi reaksiyaların gedişini sürətləndirir. Orqanizmdə yeni maddələrin yaranmasına və parçalanmasına səbəb olan katalizator rolunu oynayır.
Enzimlər həyat-fəaliyyəti prosesini xeyli sürətləndirir. Parçalanma, sintez, maddələr mübadiləsi, tənəffüs, qan dövranı proseslərinə nəzarət edir, enzimlər olmasa, əzələlərin yığılması və sinir impulslarının ötürülməsi mümkün olmaz.
Enzimlərin hiper - və hipoaktivliyi.
Elə olur ki, enzimlər öz funksiyalarını yanlış intensivliklə yerinə yetirirlər. Enzimlərin həddindən artıq intensivliyi, iltihabi reaksiya məhsullarının həddən artıq əmələgəlməsini və substrat defisitini yaradır. Nəticədə - sağlamlığın pisləşməsi və ciddi xəstəlikər baş verir.
Enzimlərin hiperaktivliyinə - iltihabi reaksiya zamanı istifadə olunan vitaminlərin və mikroelementlərin həddən artıq çox olması, eləcə də, genetik pozğunluqlar da səbəb ola bilər.
Enzimlərin orqanizmdən toksiki maddələri çıxara bilməməsinin səbəbi və ya ATF – defisiti zamanı ölüm hallarının səbəbi, enzimlərin hipoaktivliyi də ola bilər. Belə vəziyyətin yaranmasının səbəbi mutasiyaya uğramış genlər və ya əksinə, hipovitaminoz və başqa qida maddələrinin çatışmazlığı ola bilər. Bundan əlavə, bədən hərarətinin aşağı olması, analoji olaraq, enzimlərin funksional fəaliyyətini ləngidir.
Enzimlərin qeyri-adiliyi ondan ibarətdir ki, onların hər biri yalnız özünə məxsus fərqli funksiyanı yerinə yetirir.
Bioloji reaksiya, ancaq enzim özünə düzgün substrat tapdıqdan sonra baş verir.
“Enzimlərin insan həyatı üçün çox vacib əhəmiyyəti var – bütün xəstəliklərin yaranması və hətta ölüm halları onların birbaşa funksiyalarından asılıdır.”