Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Digər xəstəliklərə kömək edin: Revmatik xəstəliklər (Artrit, Artroz)

Revmatologiya

 

 

 

Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qrup xəstəliklər “revmatik xəstəliklər(RX)” adlanır. Hal-hazırda 100-dən artıq mövcud olan RX-müalicəsi məhz həkim-revmatoloqun kompitensiyasına aiddir. Bundan əlavə, revmatologiya dayaq-hərəkət aparatı ilə birgə, daxili orqanların zədələnməsi zamanı  “sistem xəstəliklərinin” öyrəniləməsi ilə də birbaşa əlaqədardır

Bel ağrıları, hava dəyişməsi ilə əlaqədar olaraq ”sızıldayan” oynaqlar-bütün bunlar heç də düşündüyümüz kimi heç də sadə bir əlamət deyil. Bunlar ciddi xəstəliyin ilkin əlamətləri ola bilər. Əgər vaxında məqsədyönlü müalicə aparılmasa, xəstəliyin sonu 70% hallarda əlilliyə gətirib çıxara bilər.

RX əsas kardinal əlamətləri oynaqlarda ağrı (dünya əhalisinin 40% -ində olur), şişkinlik, hərəkət məhdudluğu, əl və ayaq barmaqlarında deformasiya, defiqurasiya və s. Xəstə əksər hallarda sadə hərəkətlər (sərbəst olaraq oturmaq, durmaq, yataqdan qalxmaq, hərəkət etmək və s.) edə bilmir. Həyat-tərzinin pozulması ilə əlaqədar olaraq xəstənin psixi durumunda dəyişikliklər baş verir.

Revmatoloqun məsləhətinə və köməyinə ehtiyacı olan cavan və yaşlı xəstələrin sayı hər il durmadan artır.

Revmatik xəstəliklərə qarşı oynaq aparatı daha kəskin reaksiya verir və nəticədə xəstə narahatçılıq hissi keçirir. Adətən, belə hallarda xəstə revmatoloqa müraciət etməyə tələsmir və nəticədə xəstəlik tədricən pisləşərək xroniki və ağır formaya keçir.

Bir çox hallarda, xəstəlik əlilliyə gətirib çıxarır ki, belə hallarda Sizin xəstəlikdən azad olunmağınız və ağırlaşmaların qarşısını almaq, eləcə də Sizin işgüzarlığınızı təmin etmək və oynaqların normal funksiyasını bərpa etmək revmatoloqun kompetensiyasına aiddir.

 

Revmatoloqa nə vaxt müraciət etmək lazımdır?

ƏGƏR:

·         Sakitlik və hərəkət zamanı oynaqlarda və onurqa sütununda daimi ağrılar varsa;

·         Səhər yataqdan duranda bütün bədəninizdə və ya ayrı-ayrı oynaqlarda əzginlik hissi varsa;

·         Əl və ayaq barmaqlarında ağrı və şişkinlik əlamətləri varsa;

·         Periferik oynaqlarda və onurğa sütununda ağrı, hərəkət məhdudluğu və diskomfort hissi varsa,

 

Sizin revmatologun məsləhətinə ehtiyacınız vardır!

Çoxları düşünür ki, revmatoloqun konsultasiyasına yalnız yaşlı nəsil müraciət etməlidir. Lakin, RX-ə yeniyetmə və cavan yaşlarında daha çox rast gəlinir.

Xəstəliyin ilk sinptomları əmələ gəldikdə təcili olaraq həkim-revmatoloqa müraciət etmək lazımdır ki, xəstəliyin ağırlaşmasının qarşısı vaxtında alınsın və düzgün müalicə təyin olunsun.

www.revmatolog.az

Profilaktik məqsədlə də revmatoloqa müraciət etmək olar, əgər Sizdə tez-tez angina və virus infeksiyası olursa və ya ailə üzvlərinizdə revmatoidli artrit, ankilozedici spondiloartrit (Bexterev xəstəliyi), qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, sistemli vaskulit kimi xəstəliklərdən hər hansı biri varsa.

Əğər Sizdə uzun müddət davam edən  “səbəbsiz” hərarət sindromu, arıqlama varsa, o zaman “Sistem xəstəliklərini” inkar etmək üçün həkimlər Sizi revmatoloqa göndərə bilər.

Bundan əlavə, Osteoartroz və Osteoporoz kimi xəstəliklərin müalicəsi də həkim-revmatoloqun kompetensiyasına aiddir. Bu xəstəliklər demək olar ki, bütün yaşlı insanlarda və 60-yaşdan yuxarı bütün adamlarda (kişi, qadın) rast gəlinir və onlara Densitometriya müayinəsindən keçmək və qanın müayinəsində müəyyən markerlərin təyini məsləhət görülür. Eyni zamanda, oynaqlarda degenerativ-distrofik proseslərin sürətli  inkişafının və sümüklərin sınma ehtimalının yüksək riskinin qarşısını almaq üçün, hərəkət gigiyenası qaydalarını öyrənmək üçün maarifləndirmə işləri aparılmalıdır.

Revmatik xəstəliklər ilkin mərhələdə passif gedişli olduğuna görə, özünü zəif formada biruzə verir. Ona görə xəstəliyin inkişaf etməsinin və xroniki formaya keçməsinin qarşısını almaq üçün simptomlara ciddi yanaşmaq lazımdır.

Revmatoloqun nəzarəti və müşahidəsi, immun statusun hərtərəfli müayinəsi, xəstəliyin ilkin dövründə düzgün müalicəsi, oynaq və birləşdirici toxumanın xəstəlikləri olan xəstələrin iş qabiliyyətini uzun müddət saxlamasına köməklik edir.

Revmatoloji xəstələrin müalicəsi mürəkkəb və uzun müddətli olur ki, bu da xəstələrdən intizamlı və səbirli olmağı tələb edir. Revmatologiyada hər hansı bir səbəbdən asılı olmayaraq (soyuqdəymə, travma, infeksiya) müalicəyə xüsusi yanaşma tələb olunur və revmatoloji xəstələr üçün həkim-revmatoloq №1 sayılır.

Həkim-revmatoloq hər xəstəyə individual müalicə sxemi təyin edir (müalicəvi-profilaktik tədbirlər, oynaqdaxili inyeksiyalar).

Mütəxəssis müalicə planını hazırlayanda xəstənin yaşını, individual xüsusiyyətlərini, xəstəliyin dərəcəsini və yanaşı gedən xəstəlikləri və s. nəzərə alır.

Ehtiyac olunarsa, xəstəyə gündüz stasionarı şəraitində fizioterapiya, massaj, müalicə gimnastikası, manual terapiya, ozonoterapiya, iynəbatırma və s. təyin olunur.

 

Revmatik xəstəliklərin müasir kompleks antirevmatik müalicəsi əsas xəstəliyin patogenetik nöqtələrinə, o cümlədən iltihab və immunoloji mexanizmə təsir göstərir. Ancaq, əldə olan antirevmatik preparatlar tələb olunan tələbatlara tam cavab vermir: bir tərəfdən onların kifayət qədər effektli olmaması, digər tərəfdən isə, xoşagəlməz əlavə yan təsir göstərməsidir. 
Revmatik xəstəliklərin (Revmatoidli Artrit, Qırmızı Qurd Eşənəyi) müalicəsində yüksək effektiv təsirə malik olan Bazis preparatları arasında Sitostatiklər (Metothrexat, Xlorbutin, Siklofosfan, Azatiopirin və s.) xüsusi çəkiyə malikdir. 
Onlar aydın immunosupressiv təsir göstərərək, xəstəliyin gedişinə nəzarət edir. Sitostatik preparatları ya monoterapiya və ya müxtəlif preparatlarla (kortikosteroidlərlə) kompleks şəklində istifadə etmək olar. Eyni zamanda, immuniltihabı prosesin yüksək aktivlik dərəcəsində, ya monoterapiya və ya kortikostroidlərin yüksək dozası ilə - puls – terapiya şəklində təyin olunur. 
Eyni zamanda, revmatik xəstəliklərdə geniş işlədilən bazis müalicəsi müəyyən risklər törətdiyinə görə məhdud şəkildə istifadə olunur: mielosupressiya, mədə-bağırsaq, böyrək sistemi tərəfindən olan dəyişikliklər, iltihabəleyhinə göstərdiyi təsirin gec və kifayət qədər olmaması, bir sıra hallarda remissiya əmələ gətirə bilməməsi, onkoloji xəstəliklərin əmələgəlmə riski və s. Revmatik xəstələrin əksəriyyətinə, patogenetik müliacəni uzun müddət və sistematik qəbul etmələri məsləhət görülür. 
Belə bir şəraitdə, immunopatoloji prosesin müxtəlif şaxələrinə kompleks təsir göstərən və eyni zamanda, xoşagəlməz əlavə yan minimal təsir göstərmək qabiliyyətinə malik olan preparatlara, xüsusi ehtiyac duyulur. Belə bir tələbat, Revmatik xəstəliklərin müalicəsində yeni müalicə üsulunun və preparatların axtarılmasına səbəb olur. 
Bununla əlaqədar olaraq, Sistemli Enzimoterapiya (SET) preparatlarının (Vobenzim, Flogenzim) qəbul edilməsi perspektivli görünə bilər: iltihabəleyhinə və immunomodulyator təsiri birgə icra etmə qabiliyyəti və eyni zamanda, əlavə yan təsir göstərməməsi. 
Revmatik xəsətliklərin (Revmatoidli Artrit, Osteoartroz, Ankilozedici Spondyloartrit, yumşaq toxumanın xəsətlikləri və s.) müalicəsində Sistemli Enzimoterapiyanın terapevtik effektivliyi bir çox klinik müayinələrin nəticələrinə əsasən sübut olunmuşdur.
Revmatoidli Artritdə Vobenzimin uzun müddət (12 ay), fasiləsiz qəbulunun effektivliyi, bazis preparatı olan qızılın (krizanol) terapevtik effektivliyinə bərabər olduğuna görə, Vobenzimin bazis təsirə malik olma ehtimalı haqqında düşünmək olar. 
Enzim preparatlarının Ankilozedici Spondyloartritdə (Bexterev xəstəliyi) bir sıra parametrlərə görə, indometasindən daha effektli olması göstərilir.
Osteoartrozlu (xüsusilə ikincili sinovitlə), periartrit, miozit, epikondilit və s. ilə olan xəstələrə Vobenzim təyini, kliniki yaxşılaşmaya səbəb olur. 
Müxtəlif etiologiyalı və güclü ağrı sindromu ilə müşayiət olunan aktiv iltihabı proseslərdə, Vobenzimin 8-10 həb dozada gündə 3 dəfə qəbulu məsləhət görülür. Xəstəliyin aktivlik dərəcəsi azaldıqda, 5 həb x 3 dəfə - stabilləşdirici doza təyin olunur. 
Enzim preparatlarının, pilləli şəkildə təyini zamanı, daha effektli təsirə malik olması haqqında müəyyən məlumatlar var. Belə ki, xəstəliyin yüksək kliniki – immunoloji aktivliyi dövründə, 3-4 həftə müddətində 3 həb x 2 dəfə dozada Flogenzim təyin edib, sonra Vobenzimin qəbuluna keçmək məsləhət görülür.

Müalicə sxemi:

Xəstəliyin yüksək aktivlik dərəcəsində Vobenzim 10 həb x 3 dəfə - 1-2 ay, sonra 5-7 həb x 3 dəfə - 1 il və daha uzun müddət təyin olunur. Enzim preparatlarla müalicə fonunda, kliniki-laborator aktivliyin göstəricilərinin, daha tez bir zamanda, enməsi müşayiət olunur. Bəzi hallarda isə, iltihabəleyhinə steroidli- və qeyri-steroidli preparatların, sitostatiklərin və s. dozasını azaltmağa və onların qəbulunun xəstələr tərəfindən yaxşı keçirilməsinə müvəffəq olmaq olur. 
Bəzi hallarda, iltihabəleyhinə qeyri-steroidli və bazis preparatları qəbul edən xəstələrin müalicə kompleksinə Vobenzimin əlavə edilməsi, sitostatiklərin dozasının 30-50% azaldılmasına imkan verir ki, bu da xoşagəlməz yan təsirlərin profilaktikası üçün böyük nəaliyyət hesab olunur. 
Bexterev xəstəliyinin yüksək aktivlik dərəcəsində və güclü ağrı sindromunda, Vobenzim 8-10 həb x 3 dəfə dozada iltihabəleyhinə preparatlarla (İndometasin) birgə kombinasiyada (ağrını daha tez kəsmək üçün) təyin edilməsi məsləhət görülür. Preparatın dozası 3-6 ay müddətində saxlanıla bilər və yaxşılaşma nəzərə çarpan kimi, stabilləşdirici dozaya 3-5 həb x 3 dəfə keçmək olar.
Osteoartrozlu xəstələrdə (ikincili sinovitlə) Vobenzim 7-10 həb x 3 dəfə - uzun müddət (6 aya qədər və daha uzun müddət) təyin olunur və tədricən stabilləşdirici dozaya (gündə 12-15 həb) keçilir.
Reaktiv Artritli xəstələrin rezistent və residiv gedişli formalarında Vobenzim kompleks müalicəyə (antibakterial və iltihabəleyhinə) əlavə olunur ki, bu da aparılan müalicənin effektini aydın şəkildə artırır. Vobenzim 5 həb x 3 dəfə - 3-4 həftə müddətində təyin edilir. 
Qeyd etmək lazımdır ki, Revmatik xəstəliklərin Sistemli Enzimoterapiya preparatları ilə müalicə müddəti, individual qaydada təyin olunur. Xoşagəlməz əlavə yan təsirinin olmamasını və xəstələr tərəfindən qəbulun yaxşı keçirilməsini, eyni zamanda, sitostatik preparatların qəbulunu yaxşılaşdırmaq xüsusiyyətlərini nəzərə alıb, preparatın uzun müddət (12 ay və daha uzun müddət) qəbulu məsləhət görülür.

 

Yuxarı