Almaniya istehsalı
20 il Azərbaycanda
azru

Nefrologiya

 

Vobenzimin kəskin pielonefritlərdə qəbulu immunopatoloji proseslərin əmələ gəlməsinin və xəstəliyin xroniki formaya keçməsinin qarşısını alır. Bundan əlavə, Vobenzim böyrəyin kasa-ləyən sistemində durğunluq əlamətlərinin əmələ gəlməsinin qarşısını almaqla, urodinamikanı yaxşılaşdırır.

Vobenzimin qəbulunun təhlükəsizliyini və effektivliyini nəzərə alıb, onun hamiləliyin gedişini ağırlaşdıran hestasidli pielonefritlərin müalicəsində geniş işlədilməsi məsləhət görülür.

Müalicə sxemi:

Xəstəliyin yüksək aktivlik dərəcəsində Vobenzim 7 həb x 3 dəfə - 2 həftə, sonra 5 həb x 3 dəfə 2-3 ay təyin edilir. Antibiotiklər işlədilərsə, Vobenzimin təyinatı antibiotikoterapiyanın kursu dövründə və ondan 2 – həftə sonra davam etdirilir. Uzun müddətli müalicə və xəstəliyin kəskinləşməsinin profilaktikası üçün, Flogenzimlə (2 həb x 3 dəfə) əvəz oluna bilər.

Xroniki pielonefrit əsasən iş qabiliyyətli cavanlar arasında daha çox yayıldığına və eyni zamanda, çətin diaqnostika və müalicə olunduğuna görə, böyük sosial bəla sayılır. Sübut olunmuşdur ki, Vobenzimin antibiotiklərlə və uroseptiklərlə birlikdə kompleks təyin olunması, mikrobəleyhinə müalicənin effektini artırmağa və xəstəliyin gedişini yaxşılaşdırmağa şərait yaradır.

Xroniki Pielonefritlərdə Vobenzim preparatının 4-5 həbx3 dəfə olmaqla 1 ay müddətində kompleks müalicə ilə birlikdə təyinatı, antibiotiklərin konsentrasiyasının patoloji nahiyədə toplanmasını artırmaqla, antibakterial preparatların effektini 20% artırır. Bu zaman, müalicənin 4-5 günü bakteriuriya tam keçir və 6-7 günü ilə sidiyin analizi normallaşır.

Vobenzimin hemoreologiyaya müsbət təsiri və fibrinolitik təsiri, böyrəklərdə mikro- və makrosirkulyasiyanı yaxşılaşdırır.

Qlomerulonefritlərin tədricən proqressivləşən variantında (mezangial və mezangioproliferativ) Vobenzimin 7 həb x 3 dəfə və ya Flogenzim 3 həb x 3 dəfə - 2 ay müddətində, sonra isə Vobenzim 5 həb x 3 dəfə və ya Flogenzim 2 həb x 3 dəfə - 4 ay qəbulu məsləhət görülür.

Aparılan kompleks müalicə nəticəsində xəstələrin ümumi əhval-ruhiyyəsinin yaxşılaşması və nefritik sindromun əlamətlərinin azalması müşahidə olunur.

Yuxarı