Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Qadınlara kömək: Ağırlaşmalar

Ağırlaşmalar 

Xroniki qadın xəstəliklərinin ağırlaşmaları
Xroniki ginekoloji xəstəliklər, demək olar ki, xoşagələn deyil və özünün mümkün neqativ ağırlaşmalarına görə çox qorxuludur. Əsas diqqəti cəlb edən ağırlaşmalara, kiçik çanaq orqanlarında əmələ gələn “çapıq toxuma” və hamiləliklə bağlı ciddi problemlər aiddir.

Kiçik çanaq orqanlarında çapıq toxuma prosesi

            “Çapıq xəstəliyi” uzun sürən iltihablı ginekoloji xəstəliklərin ağırlaşması kimi çox təsadüf edilir.  İltihablaşmış toxumada ödem başlayır, toxumanın səthində fibrin yığıntıları əmələ gəlir və qonşu toxumaları bir-biri ilə sanki “yapışdırır”. Beləliklə, yumurtalıq uşaqlıqla birləşir, bağırsaq halqaları öz aralarında birləşir və nəticədə ola bilər ki, çapıqlaşma prosesi uşaqlıq borularını da əhatə etsin.

            Prosesin əvvəlində, çapıq toxuma iltihabi prosesin yayılmasının qarşısını almaq üçün sanki müdafiə mexanizmi rolu oynayır. Bununla belə, çapıq prosesinin kiçik çanaq orqanlarına vurduğu ziyan, qadın orqanizmi üçün çox təhlükəlidir.

            Uşaqlıq borularında olan çapıq toxuma, qadınlarda uşaqlıqdankənar hamiləliyin inkişaf ehtimalını yüksəldir ki, bu da çox təhlükəli olub, təcili cərrahi müdaxilə tələb edir. Kiçik çanaq orqanlarında olan çapıq toxuma, bağırsaqların perestaltikasını çətinləşdirməklə kolit əlamətləri, sidik kisəsinə təsir etməklə isə dizurik əlamətlər törədə bilər.

            Çapıqlaımış, qeyri-elastiki, möhkəm birləşdirici toxumanın təsirindən, uşaqlığın anatomik vəziyyəti dəyişə bilər ki, bu da, sonsuzluğun və dispareuni (cinsi əlaqə zamanı ağrı) əlamətlərinin səbəblərindən biri ola bilər.

Qadın sonsuzluğu

            Ümumiyyətlə, nigah cütlüyü 15% hallarda sonsuzluqla rastlaşırlar. Müasir tibbi statistikanın məlumatlarına əsasən, 60% hallarda hamilə qalmaq problemi qadın sonsuzluğu ilə əlaqədardır. “Sonsuzluq” termini altında nə düşünülür?  Əgər nigah cütlüyünün yaşı 35 yaşa qədərdirsə - 1 il müddətində və 35 yaşdan yuxarıdırsa - 6 ay müddətində kontroseptiv vasitələrdən istifadə etməməklə sistematik cinsi əlaqənin olması ilə yanaşı “hamiləliyin olmaması” başa düşülür.

Qadın sonsuzluğunun əmələ gəlməsinin əsas səbəbləri - endometrioz, menstural siklin pozğunluqları, uzun sürən iltihabi ginekoloji xəstəliklər (endometrit, salpingooforit), cinsi yolla keçən infeksiyalar, uşaqlıq borularının keçiriciliyinin pozğunluqları və s. ola bilər.

Ginekoloji xəstəliklərdə iltihabi prosesin gedişini tənzimləməklə, xroniki formaya keçməsinin qarşısını almaq və sağalma prosesini sürətləndirmək və eyni zamanda, kiçik çanaq orqanlarında çapıq toxumaların əmələ gəlməsinin qarşısını almaq üçün aktiv şəkildə “VOBENZİM” preparatını qəbul etmək məsləhət görülür. Bu cür polienzim preparat qadın orqanizminə kompleks təsir göstərməklə, immuniteti aktivləşdirir, orqanizmə “xatırladır” ki, iltihabi prosesin düzgün gedişi necə olmalıdır və iltihab ocağında təsiredici maddələrin konsentrasiyasını yüksəltməklə, antibiotik terapiyanın effektini artırır. Polienzim preparatı olan “VOBENZİM” yüksək təhlükəsizlik nöqteyi nəzərindən fərqlənir, o, müxtəlif dərman preparatları ilə uyuşur, orqanizmin özünün mülkiyyəti sayılan ferment (enzim) sintezinə mane olmur və nəhayət, “adətkarlıq” yaratmır.

Yuxarı