Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Vobenzim Qəbulu haqqında məlumat

QƏBULU HAQQINDA TƏLİMAT 

 

Tabletləri yeməkdən 30-40 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra  çeynəmədən 200 ml maye ilə qəbul etmək lazımdır.

Böyüklər üçün:

Xəstəliyin aktivlik və ağırlıq dərəcəsindən asılı olaraq, 3-10 tabletka gündə 3 dəfə qəbul etmək məsləhət görülür. Birinci 3 gün ərzində gündə 3 tabletka 3 dəfə qəbul edilir. Xəstəliyin orta aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 5-7 tabletka 3 dəfə təyin edilir və sonra müalicə 2 həftə ərzində gündə 3-5 tabletka 3 dəfə qəbul etməklə   davam etdirilir. Xəstəliyin yüksək aktivliyi zamanı 2-3 həftə ərzində gündə 7-10 tabletka 3 dəfə təyin edilir və sonra dozanı  azaldaraq - gündə 5 tabletka 3 dəfə qəbul etməklə, müalicə kursunun 2-3 ay davam etdirilməsi məsləhət görülür. Xroniki, uzunmüddətli xəstəliklər zamanı Vobenzim 5 tabletdən gündə 3 dəfə qəbul etməklə 3 aydan 6 aya qədər və daha çox davamlı kurslarla qəbul edilə bilər. Antibiotiklərin effektivliyinin artırılması və disbakteriozun profilaktikası məqsədi ilə, Vobenzim preparatını antibiotiklərlə terapiyanın bütün kursu ərzində 5 tabletdən gündə 3 dəfə olmaqla qəbul etmək lazımdır. Bağırsaqların mikroflorasının (biosenozunun) bərpa edilməsi məqsədi ilə, antibiotiklə müalicə kursu bitdikdən sonra, Vobenzim preparatı 3 tabletdən gündə 3 dəfə olmaqla 2 həftə ərzində qəbulunu davam etdirmək məsləhət görülür. Vobenzim preparatını “qoruyucu” müalicə kimi kimyəvi və ya şüa müalicəsində infeksion ağırlaşmaların qarşısının alınması və bazis müalicəsinin xəstələr tərəfindən yaxşı keçirilməsi üçün və eyni zamanda, xəstələrin həyat-tərzinin yaxşılaşdırılması məqsədi ilə müalicə kursunun başa çatdırıldığı günədək, gündə 5 tabletka 3 dəfə olmaqla istifadə etmək məsləhət görülür. Profilaktik məqsədlə Vobenzim gündə 3 tabletka 3 dəfə olmaqla 1,5 ay müddətində istifadə edilir. Kurs müalicəsinin ildə 2-3 dəfə təkrar olunması məsləhət görülür. 

Uşaqlar üçün:

Preparat 5 yaşdan 12 yaşa qədər olan uşaqlara, hər 6 kq çəkiyə, gündə 1 tabletka təyin edilməsi məsləhət görülür. 12 yaşdan yuxarı uşaqlara, böyüklərə təyin edilən sxemlə verilir. Doza və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkimlər tərəfindən müəyyən edilir.

Vobenzim, adətən orqanizm  tərəfindən yaxşı qəbul edilir. Əksər hallarda, hətta yüksək dozalarla, uzunmüddətli istifadə  zamanı əlavə təsirlər  müşahidə olunmamışdır. Bəzi hallarda bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cüzi dəyişiklikləri, ürəkbulanma, mədə nahiyəsində ağırlıq,  övrəşəkilli dəri səpkiləri qeydə alınır ki, bu əlamətlər də preparatın dozasını aşağı salmaqla və ya sutkalıq dozanın qəbulunun sayını artırmaqla aradan qaldırmaq olar. Qeydə alınmış əlavə yan təsirlərin əmələgəlmə tezliyi 0,02% təşkil edir (2009-cu ildə təhlükəsiz PSUR hesabatına əsasən) və müşahidə olunan heç bir yan təsir “ciddi təsir” kimi qiymətləndirilməmişdir. Əksər hallarda, mədə - bağırsaq sisteminin pozğunluqları (65%) və dəri səpkiləri (13%) qeyd edilmişdir.

Vobenzim preparatının qəbulu zamanı bir dəfə də olsa, “doza həddinin aşılması” hallarına rast gəlinməmişdir.

Yuxarı