Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Vobenzim Nəyə görə çoxsaylı tabletka və uzunmüddət qəbul edilməlidir

NƏYƏ GÖRƏ ÇOXSAYLI TABLETKA VƏ UZUNMÜDDƏT QƏBUL EDİLMƏLİDİR

 

Dərman preparatı Vobenzimin  tövsiyyə olunan gündəlik dozası gündə 9-15 tabletka təşkil edir ( 3-5 tab. gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl və 1 stəkan su ilə qəbul edilir).

Tövsiyə olunan kurs orta hesabla 2-3 həftə və ya bir neçə ay davam edə bilər.*

Kursun dozası və qəbuıl müddəti enzimlərin nazik bağırsaqlardan sorulması ilə əlaqədardır ki, məhz burada Vobenzim tabletkalarının örtüyünün əriməsi prosesi baş verir.

Vobenzim dərman preparatının kursunun dozası və qəbul müddəti  elə seçilmişdir ki, müalicənin kliniki effektinin əldə olunması üçün orqanizm lazım olan miqdarda enzim əldə  edə bilsin.

Vobenzim preparatının 100% təbii mənşəli olması və qəbul  kursunun davamlılıq müddəti, adət etdiyimiz kimyəvi preparatlara nisbətən daha uzundur. Kimyəvi preparatların orqanizmə təsiri, demək olar ki, dərhal hiss edilir, qəbuletmə müddəti isə  bir-neçə gün təşkil edir.

Xroniki və ağırlaşmış formalı iltihabi ginekoloji xəstəliklərin müalicəsində orqanizmə fizioloji, aqressiv olmayan, eyni zamanda, effektli təsir etmək çox vacibdir.

Ona görə də, Vobenzim preparatı təbii tərkibli olması baxımından çox böyük əhəmiyyətli üstünlüklərə malikdir:

Uzunmüddətli qəbul = fizioloji təsir

Uzunmüddətli qəbul =  uzunmüddətli effekt

Preparatın gün ərzində  qəbul edilən tabletkalarının sayının və eyni zamanda,  1 kursun davamlılıq müddəti  göstərişlərinə rəayət edilməməsi, preparatın effektivliyinə təsir göstərir.

Preparatın acqarına, yəni, həzm sisteminin öz fermentlərinin aktivliyinin azaldığı vaxt qəbul edilməsi, Vobenzimin tərkibinə daxil olan enzimlərin mənimsənilməsini artırır. Tabletkaları çeynəmədən, bütöv halda qəbul etmək lazımdır.

Baxmaq! Vobenzim preparatının qəbul qaydaları

*Preparatın dozası və müalicə kursunun müddəti həkimin müşahidəsi altında ciddi nəzarətdə olmalıdır.

“ORQANİZMİN BƏRPA  OLUNMASI ÜÇÜN vaxt tələb olunur!”

Yuxarı