Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Xroniki iltihabi prosesin təhlükəsi. İltihabi prosesin adekvat gedişini necə bərpa etmək?

Xroniki iltihabi prosesin təhlükəsi. İltihabi prosesin adekvat gedişini necə bərpa etmək?         

İltihabi proses – travma, cərrahi və ya infeksiya nəticəsində orqanizmin hər hansı bir zədələnməsinə qarşı təkamül prosesində meydana gəlmiş bir reaksiyasıdır. İltihabi prosesin məqsədi – zədə səbəbinin  aradan qaldırılması və zədələnmiş toxumanın bərpa olunmasıdır. Belə bir vəziyyətdə zədələnmiş orqanın funksiyaları maksimum dərəcədə saxlanılmalıdır. İltihabi prosesin düzgün gedişi üçün protein mənşəli xüsusi maddələrin – iltihabönü və iltihabəleyhinə sitokinlərin balansı gözlənilməlidir. Onlar iltihabi prosesdə iştirak edən müxtəlif immun hüceyrələri tərəfindən sintez olunur.

İltihabi proses, adətən, hüceyrələrin zədələnməsi və ölümü ilə başlayır. Bundan sonra, zədələnmənin aradan qaldırılması prosesi, orqanizmin bütün nekrotik və yad faktorlardan təmizlənməsi prosesləri baş verir. Daha sonra, ön plana bərpa prosesləri çıxır. Sitokinlərin təsiri altında xüsusi hüceyrələr (fibroblastlar), elə bir maddə ifraz edirlər ki, onların təsirindən orqanın ölmüş toxumasını (çapıq toxuma) əvəz edən fibroz birləşdirici toxuma sahəsi əmələ gəlir.

Lakin, əgər iltihabi prosesin tənzimləyiciləri olan sitokinlərin balansı pozularsa, o zaman iltihabi proses yanlış, uzunmüddətli və ya xroniki formaya keçir. Nəticədə, orqanizm iltihabi prosesin səbəbi ilə effektiv şəkildə mübarizə apara bilmir və ya törədiciləri tamamilə məhv edə bilmir. Belə bir vəziyyətdə ölü toxumaların əvəzedilmə prosesləri pozulur, zədələnmiş orqanlarda həddindən artıq fibroz toxuma inkişaf edir, dəri üzərində keloid toxuma yaranır, qarın boşluğunda, kiçik çanaq orqanlarında və orqanların boşluqlarında çoxşaxəli çapıq toxumalar inkişaf edir.

Fibroz – orqanların adi hüceyrələrinin birləşdirici toxuma ilə əvəzlənməsidir. Çapıq toxumanın ümumi kütləsi, orqanın normal fəaliyyətinə təsir göstərir və müxtəlif ağırlıq dərəcəli funksiyalarının pozulmasına gətirib çıxarır. Xroniki iltihabi prosesin hər bir kəskinləşməsinin nəticəsi olaraq, erkən və ya gecikmiş dövrdə orqanların tam disfunksiyasına səbəb olan yeni bir fibroz sahəsi inkişaf edir. Məsələn, kişilərdə xroniki prostatit zamanı iltihabi prosesin residivləşməsi, vəzli toxumanın fibroz toxuma ilə əvəz olunmasına və bunun nəticəsində də potensianın pozulmasına və sonsuzluğa gətirib çıxarır. Qadınlarda iltihabi prosesin yanlış gedişi nəticəsində yumurtalıq toxumasının fibrozlaşması hormonal funksiyaların pozulmasına, erkən menopauza və sonsuzluğun inkişafına gətirib çıxarır.

Orqanların divarları arasında və ya qarın boşluğu və kiçik çanaq orqanlarını əhatə edən qarın təbəqələri  arasında baş verən iltihabi proses nəticəsində formalaşan fibroz lifləri “çağıq toxuma” adlanır. Çapıq toxuma iltihabi proses zamanı fibroblastların həddən artıq aktivliyi nəticəsində də əmələ gələ bilir. Onların meydana gəlməsinə infeksiya və ya cərrahi əməliyyatlar səbə ola bilər ki, bu da eyni zamanda, iltihabi prosesə təkan verən bir travmadır. Çapıq toxuma iltihabi proses zamanı uşaqlıq borularının keçiriciliyini pozur ki, bu da öz növbəsində sonsuzluğa səbəb olur. Çapıq toxuma prosesi qarın boşluğundakı ağrı sindromunun inkişafına və bağırsaq keçməzliyinə gətirib çıxarır, kiçik çanaq orqanlarında isə qadın və kişilərdə xroniki ağrı sindromunun inkişafına gətirib çıxarır.

İltihabi prosesin formalaşmış fibroz ağırlaşmalarının müalicəsi, demək olar ki, effektli olmur. Çapıq toxumanı yalnız cərrahi yolla aradan qaldırmaq olar. Hətta endoskopik əməliyyat belə çapıq toxumanın yenidən proqressivləşməyəcəyinə zəmanət vermir, çünki nəticə etibarı ilə, əməliyyat özü-yeni bir travmadır. Tərkibində hialuron turşusu olan müxtəlif dərman preparatları, sadəcə formalaşmış fibroz toxumalarına təsir etməklə bərabər, bu prosesin inkişafının əsas səbəbi olan – iltihabi prosesin yanlış gedişinə təsir etmir.

İltihabönü və iltihabəleyhinə sitokinlərin balansını və iltihabi reaksiyanın optimal gedişini necə təmin etmək olar?

 

Bunun üçün Almaniyada Sistemli Enzimoterapiya metodu və onun əsas dərman preparatı olan “Vobenzim” hazırlanmışdır. Bu dərman preparatı iltihabi prosesin gedişini optimallaşdırır. Onun təsir mexanizmi, qanın xüsusi nəqliyyat zülallarının köməyi ilə preparatın yüksəkaktivlikli enzimlərinin aktivləşməsiylə reallaşır. Məhz bu zülallar iltihabi proses zamanı iltihabönü və iltihabəleyhinə sitokinlərin sintezini və səviyyəsini aktiv şəkildə tənzimləyir. Eyni zamanda, o həddindən artıq iltihabi ödəmi azaldır, iltihab ocağına oksigen axınını sürətləndirməklə mikrosirkulyasiyanı yaxşılaşdırır. Bu, eyni zamanda, iltihabi proses zamanı həddindən artıq birləşdirici toxumanın inkişafını azaltmağa kömək edir.

Şəkil. Vobenzim

Tədqiqatlar göstərir ki, Vobenzim preparatının tərkibinə daxil olan enzimlər, iltihabi xəstəliklər və cərrahi müdaxilə zamanı müxtəlif orqanlarda fibroz ağırlaşmalarının inkişaf tezliyini və çapıq toxumanın inkişaf prosesini azaldır. Sistemli Enzimoterapiya metodunun köməyi ilə orqanizmin iltihabi cavabının normallaşdırılması hesabına, kəskin prosesin xroniki formaya keçməsinin qarşısı alınır, xroniki iltihabi prosesin təkrarlanma tezliyi azalır, eləcə də, onun fibroz və çapıq toxuma kimi ağırlaşmalarının inkişaf riski də azalır.

Yuxarı