Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Sistitsiz həyat - bu mümkündür

Sistitsiz həyat – bu mümkündür

Sidik kisəsinin iltihabı (sistit) - ən çox yayılmış uroloji yoluxucu xəstəlikdir.

Kəskin sistit – bu, sidik kisəsinin yüngül infeksion xəstəliyidir. Ağırlaşma halında, iltihabi proses sidik kisəsi divarının daha dərin qatlarına keçir. Antibiotiklərin köməyi ilə kəskin ağırlaşmış bakterial sistit əlamətlərinin asanlıqla aradan qaldırılmasına baxmayaraq, o, tez- tez təkrarlanır. Hər bir yeni sistit epizodu, sidik kisəsi divarının bütün yeni, sağlam toxumalarının fibrozla əvəz olunmasına kömək edir. Eyni zamanda, sistit sidik yollarının yuxarı hissəsinin infeksiyasına və böyrəklərdə iltihabi prosesin inkişafına təkan verir.

Antibiotik istifadə etmədən bakterial sistitin müalicəsi mümkün deyil. Lakin, hal-hazırda antibiotiklərə qarşı davamlı bakteriyaların olması müasir tibbin ciddi bir problemidir. Sistitin törədiciləri də istisna deyil. Antibakterial preparatlara qarşı bakteriyaların davamlılığının inkişafına bir çox amillər kömək edir. Xəstələrin antibakterial müalicə kursuna tam riayət etməməsi, hər hansı bir səbəbdən həkim təyinatı olmadan antibiotiklərin nəzarətsiz qəbul edilməsi və s. Bakteriyalar, bakterial pərdə (koloniyalar) yaratmaq qabiliyyətinə malikdirlər və onların da altında qorunaraq, nəinki, sadəcə yaşayıb çoxalırlar və antibiotiklərdən qorunurlar, eyni zamanda, antibiotiklərə qarşı müqavimətlərini artırır və onlara qarşı olan müqavimət genlərini də bir – birilərinə ötürürlər.

Qadınlarda sistit, praktiki olaraq, həmişə uşaqlıq yolunda (kolpit) infeksion – iltihabi proseslə, eyni zamanda, vaginal mikrafloranın pozğunluğu ilə ( bakterial vaginoz) əlaqəli olur.

Adətən, xəstələrdə sistitin müalicəsinə qarşı qeyri – ciddi münasibət müşahidə olunur. Çox vaxt xəstələr özləri özlərini müalicə edirlər. Əsassız olaraq, xalq təbabətindən geniş şəkildə istifadə olunur ( fizioterapiya, isti vannalar, isitmə yastığı). Çox vaxt, xəstələr həkimə getmir və özləri öz müalicəsi ilə məşğul olurlar. Əldə olunan məlumatlara əsasən demək olar ki, kəskin ağırlaşmamış sistitli xəstələrin 60%-dən çoxu müalicə olunmur.

Beləliklə, başa düşmək lazımdır ki, sisitin müalicəsi həkim tərəfindən aparılmalıdır və bu müalicə kompleks şəkildə olmalıdır. Antibiotiklərin bakterial koloniyalara daxil olmasını yaxşılaşdırmaqla və antibiotiklərə qarşı müqavimət genlərinin qarşısını almaqla yanaşı, mütləq, antibakterial müalicənin effektivliyini təmin etmək lazımdır. Sidik kisəsi toxumalarında iltihabi prosesə, həmçinin, onlarda metabolik (trofik) proseslərin yaxşılaşdırılmasına təsirdən ibarətdir. Eyni zamanda, iltihabi prosesə və vagina mikroflorasının pozğunluqlarına ( disbioza) da təsir etmək lazımdır.  

İndi özünüz təsəvvür edin, antibiotiklərdən başqa daha nə qədər dərmanlara ehtiyac var? Antibiotik və “Vobenzim” istifadə etməklə, çoxlu sayda preparatların təyin olunmasından yayınmaq mümkündür.

Dərman preparatı olan “Vobenzim” iltihabəleyhinə təsirə malik olmaqla bərabər, yerli və ümumi immun cavabı optimallaşdırır. O, antibiotiklə müalicənin effektivliyini artırır, antibiotiklərin mikrob koloniyalarına daxil olmasını yaxşılaşdırır və nəhayət, bakteriyalar arasında antibiotiklərə qarşı rezistentlik faktorunun ötürülməsini dayandırır. Tədqiqatlar göstərir ki, “Vobenzim” vaginit (kolpit) və vaginoz (vaginal disbioz) zamanı, yerli immunitetin və vaginal mikrofloranın bərpa olunmasını təmin edir.

Yuxarı