Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Ginekologiyada xroniki iltihabi xəstəliklər. Sistemli Enzimoterapiya – Bu effektli müalicənin qarantıdır

Ginekologiyada xroniki iltihabi xəstəliklər.  Sistemli Enzimoterapiya – Bu effektli müalicənin qarantıdır!

Ginekoloji orqanlarda baş verən hər-hansı bir iltihabi proses, əsas verir ki, qadın əsas diqqətini öz sağlamlığına yönəltsin.

Uşaqlıq artımlarının iltihabi prosesi (adneksit, salpingooforit) – bu xəstəlik, hansı ki, menstrual siklin pozğunluğuna, uşaqlıqdankənar hamiləliyin inkişafına, hamiləliyin pozulmasına, sonsuzluğa, səmərəsiz EKO (orqanizmdənxaric hamiləlik) cəhd, xroniki çanaq ağrıları sindromu, reproduktiv sistemin orqanlarında onkoloji xəstəliklərin əmələgəlmə tezliyinin artmasına gətirib çıxara bilər. İltihabi ginekoloji xəstəliklərin inkişafının əsas səbəbi müxtəlif infeksion amillər ola bilər. İnfeksion prosesin baş vermə risk faktorları arasında, əsas etibarı ilə, çoxsaylı cinsi tərəfdaşların olması, qoruyucusuz cinsi akt, abort, cinsi yolla keçən infeksiyalara xüsusi diqqət yetirmək lazımdır.

Uzunmüddətli və gizli şəkildə davam edən ginekoloji iltihabi xəstəliklər, əksər hallarda, xroniki formaya keçərək, ciddi ağırlaşmalarla nəticələnən qadın cinsiyyət orqanlarının funksiyalarının pozğunluğuna səbəb olur. Bu pozğunluqları aradan qaldırmaq məqsədi ilə, Avropada yarıməsrlik tibbi praktikaya söykənən Sistemli Enzimoterapiya metodu uğurla istifadə olunur. Sistemli Enzimoterapiyanın əsas preparatı olan “Vobenzim” bitki və heyvan mənşəli, yüksək aktivlikli proteolitik enzim kompleksindən ibarət olub, orqanizmə sistemli təsir göstərir.

Dərman preparatı olan “Vobenzim” iltihabəleyhinə təsirə malik olmaqla bərabər, yerli və ümumi immun cavabı optimallaşdırır. O, antibiotiklə müalicənin effektivliyini artırır, antibiotiklərin mikrob koloniyalarına daxil olmasını yaxşılaşdırır və nəhayət, bakteriyalar arasında antibiotiklərə qarşı rezistentlik faktorunun ötürülməsini dayandırır. Tədqiqatlar göstərir ki, “Vobenzim” vaginit və vaginoz zamanı, yerli immunitetin və vaginal mikrofloranın bərpa olunmasını təmin edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Vobenzim preparatı yüksək təhlükəsizlik profilinə malik olduğu üçün o, həmçinin, uşaqların, hamilə və laktasiya dövründəki qadınların müalicəsində də geniş istifadə olunur.  Bu dərman preparatı GMP beynəlxalq standartlarına uyğun Almaniyada istehsal olunur.

Lakin elm bir yerdə dayanmır. Yeni müayinə üsulları, xəstəliklərin inkişaf mexanizminin yeni anlayışları yaranır. Buna görə də, böyük sübut bazasına baxmayaraq, dərman preparatı olan “Vobenzim”in qəbulu ilə əlaqədar aparılan kliniki tədqiqatlar bu gün də davam edir.

Yuxarı