Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Dərman preparatının effektivliyi elmi əsaslar və istifadə təcrübəsi ilə sübut olunmalıdır

Dərman preparatının effektivliyi elmi əsaslar və istifadə təcrübəsi ilə sübut olunmalıdır

İnternet saytlarda xəstələrin hər hansı bir müalicə üsulunun və ya dərman vasitələrinin effektivliyi və ya effektivsizliyi haqqında düşüncələrini tez-tez oxuya bilərsiniz. Gəlin baxaq görək, bu cür məlumatlara etibar etmək olarmı?

Birincisi, başa düşmək lazımdır ki, bu və ya digər konkret dərman preparatının qəbulundan hansı təsirləri gözləyirsiniz. İkincisi, müalicə sxeminə, bir qayda olaraq, bir neçə dərman preparatı daxildir. Bu, xəstəliyin inkişafının bütün mexanizmlərinə təsir etməyə və nəticə əldə etməyə imkan verən kompleks müalicədir. Xəstəliyi haqqında nə qədər çox şey oxumasına baxmayaraq, xəstə kifayət qədər tibbi biliklərə malik deyil. Hər halda səbəbsiz deyil ki, həkim olmaq üçün 6 il Tibb Universitetində təhsil almaq, bundan sonra 1 və ya 2 il ərzində isə ilkin ixtisaslaşmanı almaq lazımdır. Yalnız 7-8 il oxuduqdan sonra həkim imtahandan keçir və xəstələrlə sərbəst işləmək hüququ alır. Lakin həkimin təhsili bütün ömrü boyu bitmir və bunlara məcburi ixtisasartırma kursları, özünütəhsil və praktiki iş təcrübəsi daxildir. Buna görə də, müalicə həkimi təyin olunan dərman preparatlarının effektivliyi haqqında sizə ətraflı məlumat verməlidir. Bəs həkim, müxtəlif dərman preparatlarının effektivliyi haqqında məlumatları haradan alır?

Həkimlər hər hansı bir xəstəliyin müalicəsi zamanı istifadə etdikləri dərman preparatının effektivliyini sübut edən kliniki müayinənin nəticələrinə əsaslanaraq yazır. Bu, təsdiqləyici təbabətin əsas prinsipidir. Hər bir dərman preparatı Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınması üçün bir neçə mərhələdən keçir:  kliniki müayinə mərhələsinə qədər, bioloji modellər və laborator modelləri üzərində aparılır, sonra dərman preparatnının sorulma mexanizmini, parçalanmasını, orqanizmdən xaric olmasını, qəbul formasını və təhlükəsiz dozasını öyrənmək üçün sağlam könüllülər üzərində müayinə aparılır. Yalnız bundan sonra müvafiq xəstəlikləri olan xəstələr üzərində müayinə aparılır.

Tədqiqat zamanı həkim-tədqiqatçılar əvvəlcədən müəyyənləşdirilmiş və təsdiqlənmiş tədqiqat protokolu kriteriyalarına uyğun olaraq, xəstələri onların razılığı ilə seçirlər və aparılan tədqiqat zamanı xəstələrin sağlamlığı haqqında məlumatları (şikayətləri, laborator analizlərin nəticələri, instrumental müayinə, xəstəliyin dinamik gedişi) öyrənilən dərman preparatının qəbulundan əvvəl, preparatın qəbulu zamanı və müalicədən sonra toplayırlar.

Sonra toplanan məlumatlar təhlil edilir və statistik olaraq ümumiləşdirilir. Biomedikal statistika sahəsinin mütəxəssisləri də həmişə kliniki tədqiqatların iştirakına cəlb olunurlar. Onlar informasiyanın toplanma və analiz metodlarını inkişaf etdirirlər ki, bu da tədqiqatın nəticələrinin etibarlı olmasına imkan verir. Kliniki tədqiqatlara qatılan məhdud xəstə nümunələrindən əldə olunan nəticələr, xüsusi statistika metodları ilə bu patologiya ilə olan bütün xəstə əhaliyə şamil olunur. Lakin başa düşmək lazımdır ki, 100% effektiv dərman preparatı yoxdur. Kliniki tədqiqatların nəticələri göstərir ki, bir qayda olaraq, belə patoloji vəziyyətlərdə əksər hallarda, dərman preparatı yaxşı təsir göstərir və xəstələr preparatın qəbulunu yaxşı keçirir.

 

Bəzi hallarda preparatın təsir effektivliyinin olmaması və ya əlavə yan təsir göstərməsi, bu o qədər də preparatın təsiri ilə yox, əsasən xəstənin orqanizminin individual xüsusiyyətləri ilə daha çox əlaqəlidir. Müayinələrin nəticələri dərman preparatı haqqında olan “bilgi toplusuna” daxil edilir, ekspertlər tərəfindən hərtərəfli öyrənilir və yalnız bundan sonra onun ölkə daxilində istifadə olunması üçün rəsmi icazə verilir.

1992-ci ildə beynəlxalq qeyri – kommersiya təşkilatı – Kokran Əməkdaşlığı (Cochrane Collaboration) – yaradıldı ki, bu təşkilat tibbi texnologiyaların effektivliyini və elmi tədqiqatların nəticələrini daima təkmilləşdirilən ciddi metodlarla öyrənir. Bu təşkilatın fəaliyyətinin əsas məhsulu – Kokran elektron kitabxanası – yalnız seçim filtrindən keçirilmiş ən yaxşı, ən etibarlı tədqiqatları əhatə edən unikal məlumatlar bazasıdır.

Nümunə kimi, Almaniyada istehsal olunan dərman preparatı “Vobenzimə” nəzər salaq. Artıq 20 ildən artıqdır ki, bu preparat Azərbaycanda istifadə olunur.  Bu dərman preparatı iltihabəleyhinə və immunomodulyator dərmanlar qrupuna daxildir. Buna görə də, yuxarıda sadalanan bütün lazımi klinikaönü və kliniki tədqiqatlar həyata keçirilmiş, onların nəticələri isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dərman preparatının qeydiyyat faylına daxil edilmişdir.

Orqanizmin iltihabi reaksiyasının universal xarakter daşımasına baxmayaraq, dərman preparatı olan “Vobenzim”in effektivliyi preparatın istifadəsinə dair təlimatda göstərilən bütün göstərişlər üzrə kliniki tədqiqatlar nəticəsində təsdiqlənmişdir. 140 - dan artıq kliniki tədqiqat aparılmış, 100 -dən çox doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

“Vobenzim” dərman prepartının müxtəlif xəstəliklərdə müvəffəqiyyətlə istifadə edilməsi haqqında 20-dən çox kliniki tədqiqatın nəticəsi Kokran elektron Kitabxanasında yerləşdirilmişdir. Vacibdir ki, uzun illər boyunca, bu preparatın istifadəsinin böyük və uğurlu bir praktiki təcrübəsi toplanmış, kliniki tədqiqatların təsdiqlənmiş nəticələri həkimlər üçün vəsait və tövsiyyələrdə əks olunmuşdur. Lakin elm bir yerdə dayanmır. Yeni müayinə üsulları, xəstəliklərin inkişaf mexanizminin yeni anlayışları yaranır. Buna görə də, böyük sübut bazasına baxmayaraq, dərman preparatı olan “Vobenzim”in qəbulu ilə əlaqədar aparılan kliniki tədqiqatlar bu gün də davam edir.

 

Yuxarı