Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Məqalələr Təkrarlanan ginekoloji iltihabi xəstəliklər? Özbaşına müalicə olunmayın.

Təkrarlanan ginekoloji iltihabi xəstəliklər? Özbaşına müalicə olunmayın.

Ginekologiyada iltihabi xəstəliklər müasir tibbin ciddi problemidir. Həkim – ginekoloqun qəbuluna yazılan xəstələrin 60%-dən çoxu belə patologiyaya sahibdir.

Ginekoloji iltihabi xəstəliklərin vaxtında aparılmayan və ya səmərəsiz müalicəsi xəstəliyin xroniki formaya keçməsinə, eyni zamanda, ağırlaşmaların inkişafına səbəb olur. Statistika göstərir ki, ginekoloji intihabi xəstəliyi olan qadınların 45%-də hamiləlik vaxtı düşük hallarının baş verməsindən əziyyət çəkir, 40%-də sonsuzluq, 20%-də isə xroniki çanaq ağrıları inkişaf edir və s. Bundan əlavə, xroniki iltihabi prosesin hər bir yeni kəskinləşməsi, ağırlaşmaların inkişafı ehtimalını artırır.

Qadının reproduktiv (doğum) funksiyasının pozulması, təkcə tibbi bir problem deyil, həm də sosial bir problemdir. Sağlam bir övlada hamilə olmaq və onun dünyaya gətirilməsindəki çətinliklər qadınların şəxsi və ailə həyatına tez – tez mənfi təsir göstərir. Buna əsasən deyə bilərik ki, effektiv və vaxtında aparılan müalicə, son dərəcə vacibdir.

Başa düsmək lazımdır ki, özünümüalicə yolverilməzdir və o, yalnız problemi ağırlaşdıra bilər. Çox tez- tez qadınlara aid müxtəlif internet saytlarda müalicə sxemi və bu və ya digər dərman preparatının effektivliyi barəsində müzakirələr gedir. Lakin, hər bir qadının orqanizmi individualdır. Yalnız həkim və yalnız şəxsi müayinə və araşdırmadan sonra düzgün diaqnoz qoyula və həmin qadına lazımi müalicə təyin oluna bilər. Əgər, siz söhbətdə nəsə paylaşmaq istəyirsinizsə, o zaman sizə və tanışlarınıza kömək edən yaxşı bir həkimin əlaqə nömrələrini paylaşın.

Bəs həkim hansı dərman preparatının effektiv olmasını necə müəyyən edir? Əvvəla, həkim təhsili Tibb Universitetini bitirməsi ilə sona çatmır. Həkim, müntəzəm olaraq, ixtisasartırma kurslarına gedir, elmi konfranslarda iştirak edir, kliniki tədqiqatların nəticələri haqqında profesional jurnallar oxuyur. Bütün bu mənbələr kliniki tədqiqatların nəticələrinə əsaslanaraq bu və ya digər dərman preparatının effektivliyi barəsində həkimi məlumatlandırır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilməzdən əvvəl, istənilən dərman preparatı klinikiönü tədqiqatlardan keçirilməli (məsələn, laboratoriya heyvanları üzərində), daha sonra dərman preparatının sorulma mexanizmini, orqanizmdə paylanmasını, qəbul formasını və təhlükəsiz doza həddini müəyyənləşdirmək üçün preparatın qəbul olunması ilə sağlam könüllülər üzərində sınaqlar aparılır. Yalnız bundan sonra dərman preparatının istifadəsi planlaşdırılan xəstəliyə tutulmuş xəstə üzərində tədqiqatlar aparılır. Həkim – tədqiqatçılar əvvəlcədən tədqiqat protokolunda təsdiqlənmiş meyarlara uyğun olaraq seçdikləri xəstələrlə tədqiqatlara daxil olur və tədqiqat zamanı onların sağlamlıqları haqqında məlumat toplayırlar (şikayətləri, laborator analizlərin nəticələri, instrumental müayinə, xəstəliyin dinamik gedişi). Müvəffəqiyyətli bir işin statistik planlaşdırma və məlumatların işlənməsinin xüsusi üsulları, bizə, bu patologiyaya sahib xəstələrin böyük əksəriyyətində preparatın xəstə tərəfindən effektiv və yaxşı keçirildiyini deməyə imkan verir. Lakin bu istisna etmir ki, bəzi xəstələrdə dərman preparatının komponentləri fərdi dözümsüzlüyə səbəb ola bilər və ya orqanizmin xüsusiyyətlərindən asılı olaraq kifayət qədər effektiv olmaya bilər.

Səhiyyə Nazirliyi Azərbaycan Respublikası ərazisində dərman preparatının istifadəsinə dair icazəni, yalnız onun effektivliyini elmi cəhətdən sübut edən göstəricilərə görə verir. Bu göstəricilərin siyahısını “dərman preparatından istifadə haqqında təlimat” vərəqində tapmaq olar.

Məsələn, ginekologiyada “Vobenzim” dərman preparatı geniş şəkildə istifadə olunur. O, Almaniyada istehsal olunur. Azərbaycanda artıq 20 ildən artıq istifadə təcrübəsi vardır. “Vobenzim” dərman preparatının qeydiyyata alınması üçün yuxarıda sadalanan bütün lazımı tədqiqatlar həyata keçirilmiş, əldə olunmuş nəticələr preparat haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qeydiyyat faylına daxil edilmişdir. Dərman preparatı olan “Vobenzim”in effektivliyi “dərman preparatının istifadəsi haqqında təlimat”da göstərilən bütün göstəricilər üzrə həyata keçirilmiş kliniki tədqiqatlarla sübut olunmuşdur. Tibbin müxtəlif sahələrində, o cümlədən də, ginekologiyada 140-dan artıq kliniki tədqiqat həyata keçirilmişdir. Ginekoloji iltihabi xəstəliklərin müalicəsində “Vobenzim” preparatından istifadənin uğurlu nəticələri, hətta beynəlxalq Kokran Elektron Kitabxanasında da yerləşdirilmişdir ki, hansı ki, bu kitabxanada yalnız ən keyfiyyətli və ən etibarlı tədqiqatların nəticələri öz əksini tapır. Lakin “Vobenzim” istifadə edən həkimlərin şəxsi iş təcrübəsi onların gündəlik işində də xüsusi əhəmiyyət daşıyır. Bu, həkimlər üçün vəsait və kliniki tövsiyyələrdə öz əksini tapmışdır. “Vobenzim” preparatının tibbi təcrübədə belə bir uzun müddətdə varlığı, onun mütəxəssislər tərəfindən tanınmasının sübutudur.

Yuxarı