Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Enzimologiya Enzimlər necə işləyir?

Enzimlər necə işləyir?

Orqanizmdə baş verən iltihabi reaksiya və immun cavabı bir-biri ilə çox sıx bağlıdır. Orqanizm virusla və ya xəstəliktörədən bakteriyalarla yoluxduğu zaman, iltihabi reaksiyanın baş verməsini məhz  immun sistemi törədir. Buna görə də, Vobenzim preparatının tərkibindəki unikal enzim kompleksinin immunomodulyator və iltihabəleyhinə effektivliyi, iltihabi reaksiya və zəifləmiş immunitetlə səciyyələnən ginekoloji xəstəliklərin xroniki formalarının müalicəsi zamanı əvəzedilməz sayılır.

Orqanizmdə baş verən hər hansı bir iltihabi reaksiya, zülal molekul qrupları- sitokinlər tərəfindən idarə edilir. Sitokinlərin əsas vəzifələrindən biri, iltihabi prosesin optimal gedişi üçün hüceyrəarası əlaqələri təmin etməkdir.

İltihabi prosesin tənzimləyicilərinin, sitokinlərin balansının pozğunluqları (orqanizmə həddindən artıq və ya yetərincə olmayan təsir) iltihabi reaksiyanın qeyri-adekvat gedişinə səbəb olur. Qeyri –adekvat gedişli reaksiyanın ağırlaşmaları isə insan orqanizminə güclü zədələyici təsir göstərir, bu isə kəskin və xroniki xəstəliklərin baş verməsinə səbəb olur.

Enzimlər iltihabi prosesin optimal gedişində əsas rol oynayır, çünki məhz enzimlər sitokinlərin disbalansını aradan qaldırmağa qadirdir və iltihabi prosesin təhlükəsiz və eyni zamanda, effektli gedişini təmin edir.

Vobenzim preparatının effektli enzim kompleksinin həbləri, nazik bağırsaqdan qana sorulur və qanın xüsusi nəqliyyat zülalı olan α2- Makroqlobulin ilə birləşərək, “α2-M proteaza kompleksi” yaradır və qan dövranı vasitəsi ilə orqanlara çatdırılır. Bir α2- Makroqlobulin zülalı 2 enzim molekulunu birləşdirir.

Bu proses zamanı α2- Makroqlobulin zülalı öz strukturunu dəyişir və iltihabönü və iltihabəleyhinə sitokinlərin optimal səviyyəsini saxlamaq qabiliyyəti əldə edir. İltihabönü sitokinlərin miqdarının həddindən atıq olması xəstəliklərin xroniki formaya keçməsinə, onların təkrarlanmasına (residiv) səbəb olur. İltihabəleyhinə sitokinlərin miqdarının həddindən artıq olması isə zədələnmiş oqranda fibroz toxumanın artmasına səbəb olur. Nəticədə, orqanın funksional fəaliyyəti zəifləyir və tədricən funkiyalarının itkisi baş verir.

Enzimlərin köməyi ilə sitokinlərin balansı bərpa olunur və nəticədə, xəstəliyin xroniki formasına keçid riski olmadan, iltihabi reaksiya effektli, təhlükəsiz, optimal müddətdə sona çatır.

Yuxarı