Almaniya istehsalı
20 il Azərbaycanda
AZ Enzimologiya Enzim nədir

ENZİM NƏDİR ?

Enzimlər – həyatın əsası və təbiətin ecazkar qurucularıdır. Orqanizmin həyat – fəaliyyətini   təmin edən bütün proseslər zülalların xüsusi molekulası olan enzimlərin hesabına baş verir, sürətlənir və tənzimlənir.

Təssüflər olsun ki,  çoxsaylı xoşagəlməz faktorların (ekologiya, düzgün qidalanmamaq, stress halları, siqaret çəkmək, alkoqollu içkilərin qəbulu, çoxsaylı dərman preparatları kursları və s.) hesabına, enzimlər özünün ilkin effektini itirir və ona görə də, onlar daimi xaricdən qəbul olunmalı və yenilənməlidir.

Belə bir şəraitdə, bizim orqanizm  özünün istehsal etdiyindən daha çox enzim tələb edir. 

Enzim nədir?

İnsan orqanizmi  çoxsaylı canlı hüceyrələrdən ibarətdir. Hüceyrə insan orqanizminin tərkib hissəsi sayılır və o, aralarında biokimyəvi reaksiyalar baş verən canlı strukturlardan ibarətdir. Enzimlər (və ya fermentlər) kimyəvi proseslərin gedişinə nəzarət edən vacib komponentlərdir.

Enzimlər zülal mənşəli maddələrdir, zülal isə öz növbəsində - amin turşularının zəncirləridir.

Ümumiyyətlə, amin turşularını mirvari dənələri, enzimləri isə çox mürəkkəb şəkildə burulan mirvari sapı kimi  təsəvvür etmək olar. Bu səbəbdən enzim molekulu mirvari muncuqlarına bənzəyir.

 

Enzimlər orqanizmdə necə işləyir?

Enzimlər kimyəvi reaksiyaların gedişini sürətləndirir. Orqanizmdə  yeni maddələrin yaranmasına və parçalanmasına səbəb olan katalizator rolunu oynayır.

Enzimlər həyat-fəaliyyəti prosesini xeyli sürətləndirir. Parçalanma, sintez, maddələr mübadiləsi, tənəffüs, qan dövranı proseslərinə nəzarət edir, enzimlər olmasa, əzələlərin yığılması və sinir impulslarının ötürülməsi mümkün olmaz.

 

Enzimlərin hiper - və hipoaktivliyi.

Elə olur ki, enzimlər öz funksiyalarını yanlış intensivliklə yerinə yetirirlər. Enzimlərin həddindən artıq  intensivliyi, iltihabi reaksiya məhsullarının həddən artıq əmələgəlməsini və substrat defisitini yaradır. Nəticədə - sağlamlığın pisləşməsi və  ciddi xəstəlikər baş verir.

Enzimlərin hiperaktivliyinə - iltihabi reaksiya zamanı istifadə olunan vitaminlərin və mikroelementlərin həddən artıq çox olması, eləcə də, genetik pozğunluqlar da səbəb ola bilər.

Enzimlərin orqanizmdən toksiki maddələri çıxara bilməməsinin səbəbi və ya ATF – defisiti zamanı ölüm hallarının səbəbi, enzimlərin hipoaktivliyi də ola bilər. Belə vəziyyətin yaranmasının  səbəbi mutasiyaya uğramış genlər və ya əksinə, hipovitaminoz və başqa qida maddələrinin çatışmazlığı ola bilər. Bundan əlavə, bədən hərarətinin aşağı olması, analoji olaraq, enzimlərin funksional fəaliyyətini ləngidir.

Enzimlərin qeyri-adiliyi ondan ibarətdir ki, onların hər biri yalnız özünə məxsus fərqli funksiyanı yerinə yetirir.

Bioloji reaksiya, ancaq enzim özünə düzgün substrat tapdıqdan sonra baş verir.

“Enzimlərin insan həyatı üçün çox vacib əhəmiyyəti  var – bütün xəstəliklərin yaranması və hətta ölüm halları onların birbaşa funksiyalarından asılıdır.”

Yuxarı