Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Digər xəstəliklər Urologiya

Urologiya

Uroloji xəstəliklərin aktuallığı – onların çox yayılması, xroniki və proqressiv gedişli olması və çox dərin ağırlaşmalara (məsələn dölsüzlük) səbəb olması, eyni zamanda, müalicə taktikasının seçilməsinin çətinlikləri və müalicə üsullarının kifayət qədər effektli olmaması ilə izah olunur.

Uroloji iltihabı xəstəliklər əksər hallarda, infeksion və damar mənşəli və ya immunitetin pozğunluğu ilə əlaqədar olur. Daxili cinsiyyət orqanlarının anatomik quruluşunun və qanla təchizatının özünəməxsusluğu, mikroorqanizmlərin və virusların uzun müddət persistent vəziyyətində qalmasına şərait yaradır və paralel olaraq, antibiotiklərin və digər kimyəvi preparatların toxumalara daxil olmasını çətinləşdirir.

Həmçinin, iltihabı prosesin və infeksion agentin immunitetə təsiri və nəticədə immun sistemdə baş verən pozğunluqlarla əlaqədar patoloji prosesin gedişinin daha da dərinləşməsi də əsas amillərdən biridir.

Məlumdur ki, Uroloji xəstələrə geniş şəkildə təyin olunan preparatların müalicəvi effekt ilə yanaşı, çoxsaylı xoşagəlməz yan təsirləri də vardır. Bununla əlaqədar olaraq, aktiv şəkildə effektli və minimal yan təsir göstərən yeni müalicə üsulları axtarılır. Belə müalicə üsullarından biri Sistemli Enzimoterapiyadır (SET). SET –in təbii enzim preparatları Vobenzim və Flogenzimdir.

Çoxsaylı elmi işlərin nəticələri göstərmişdir ki, SET – preparatları çoxşaxəli təsirə malikdir: İltihabəleyhinə, ödəməleyhinə, trombolitik, fibrinolitik, antiaqreqant, immunomodulyator və nəhayət ikincili analgetik təsir. Vobenzim antibakterial preparatlarla birgə işlədildikdə, antibiotiklərin xoşagəlməz yan təsirinin və ağırlaşmalarının qarşısını almaqla bərabər, onların konsentrasiyasını qanda və toxumalarda (xüsusən prostat vəzində) artırır.

Vobenzim qəbul etməklə, dölsüzlüyə səbəb olan cinsiyyət orqanlarının xroniki iltihabı xəstəliklərinin əsas təzahürü olan çapıq toxumanın əmələ gəlməsinin qarşısını almaq mümkündür.

Fibrinolitik təsirə malik olduğuna görə, Vobenzim fibrinoliz prosesinə təsir etməklə çapıq toxumanın əsas komponenti olan fibrin yığıntısının qarşısını alır ki, bu da öz növbəsində dölsüzlük probleminin həll olunmasına şərait yaradır.

SET-in xoşagəlməz yan təsiri olmadığına görə, bu müalicə üsulunun uzun müddət aparılması məsləhət görülür.

Kişi dölsüzlüyü (sonsuzluğu)

Müxtəlif mənşəli – həm xroniki iltihabı proses (prostatit, vezikulit və s.) nəticəsində, həm də autoimmun faktorlarla (antifosfolipid sindromu, antispermal antitel) əlaqədar kişi dölsüzlüyünün Vobenzimlə müalicəsi perspektiv sahələrdən biridir. Vobenzimin müalicə sxeminə əlavə edilməsi, xroniki iltihabı prosesin sönməsinə və çapıq toxumanın profilaktikasına kömək edir.

Antispermal antitellə bağlı immun dölsüzlükdə Vobenzimin istifadə olunması, spermanın keyfiyyətini, morfoloji normal spermatozoidlərin sayını və konsentrasiyasını artırır. Ən əsası isə, kortikosteroidlərlə standart müalicədən fərqli olaraq, enzimoterapiyanın xoşagəlməz yan təsirinin olmamasıdır.

Müalicə sxemi:

Antibakterial müalicənin aparıldığı müddətdə - 5-7 həb x 3 dəfə, immun dölsüzlükdə isə 5-7 həb x 3 dəfə - 2-3 həftə müddətində ya monoterapiya və ya kompleks müalicə şəklində istifadə olunur.

 

XRONİKİ PROSTATİT

Xroniki prostatitlərin müalicəsi zamanı, mütləq prostat vəzin quruluş struturasını bilmək lazımdır. Bu, iltihab məhsullarının və mikroorqanizmlərin elminasiyası üçün prostat vəzin yollarını etibarlı drenaj etmək lazımdır.Vobenzim antibiotiklərlə kompleks şəkildə işlədilir. Kurs müalicəsi qurtardıqdan sonra və ya abakterial (durğunluq) prostatitlərdə, Vobenzim əhəmiyyətli dərəcədə iltihabəleyhinə, ödeməleyhinə, fibrinolitik təsir göstərməklə, prostat vəzin şirəsinin yumşalmasına və asanlıqla ifrazına, eyni zamanda, vəzin sanasiyasının yaxşılaşmasına şərait yaradır.

Müalicə sxemi:

Antibiotikoterapiya kursu dövründə Vobenzim 5-7 həb x 3 dəfə, sonra 5 həb x3 dəfə - 2 həftə, sonra isə göstəriş olarsa 3 həb x 3 dəfə - 2-3 ay qəbul edilməsi məsləhət görülür. Lazım olduqda, kurs müalicəsi uzadıla bilər. Müalicənin müddəti individual olaraq müalicə həkimi tərəfindən təyin edilir.

 

KOPULYATİV DİSFUNKSİYA

Xroniki infeksiyaların gizli gedişi ilə əlaqədar olan kopulyativ disfunksiyaların etiopatogenetik müalicəsinə Vobenzimin əlavə olunması, infeksiyanın eliminasiyasını sürətləndirir, prostat vəzin strukturasını və şirəsini normallaşdırır, spermanın keyfiyyətini, spermoqrammanın və nəhayət seksual funksiyanın – KEFİ (Kişilərin Erektil Funksiyasının İndeksi) göstəricilərini yaxşılaşdırır.

Vobenzim 5 həb x 3 dəfə - 2-3 ay müddətində olmaqla, ildə 2-3 dəfə monoterapiya şəklində və ya kompleks müalicənin tərkibində qəbul edilməsi məsləhət görülür.

Yuxarı