Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Digər xəstəliklər Qastroenterologiya

Qastroenterologiya

“Qaraciyərin xroniki xəstəlikləri” -nin müasir müalicəsi, əsasən xəstəliyin patogenetik faktorlarının və sindromlarının aradan götürülməsinə yönəlir. Autoimmun pozğunluqlarla müşahidə olunan Xroniki Aktiv Hepatit (XAH) və aktiv Qaraciyər Sirrozunun (QS) kortikosteroidlərlə effektli müalicəsi, onların xoşagəlməz yan təsirinin əmələ gəlmə riski ilə məhdudlaşır.

XAH və QS-nun I dərəcəli hepatosellyulyar çatmamazlığında, Vobenzim preparatının sutkada 15-30 həbb dozada prednizolonun kiçik dozası (sutkada 20 mq), delagil, lipoe turşusu, vitaminlərlə (A, E, K, D3), zülal preparatları və dezintoksikasion məhlullarla kompleks şəklində qəbulu, tez bir zamanda dərinin qaşınma intensivliyinin, sarılıq əlamətlərinin, dispeptik pozğunluqların azalmasına, həmçinin, qaraciyər və dalağın ölçülərinin kiçilməsinə səbəb olur. Qısa müddətdə assit – şiş sindromu sorulur, daha aydın şəkildə isə, immun komplekslərin, transaminazanın, JgG, JgM və zülalların qlobulin fraksiyasının miqdarının azalması müşahidə olunur. Ümumi bilirubin və xolesterinin miqdarının müsbət reqressiyası öz təsdiqini tapır.

Virus Hepatit –C ilə olan xəstələrə Folgenzim preparatının 2 həbdən gündə 3 dəfə olmaqla, 3 –ay müddətində qəbulu, transaminazanın miqdarının azalmasına və virusların sayının 50% azalmasına səbəb olmuşdur (Pediatriya bölümünə də bax).

Müxtəlif mənşəli Xroniki Kolit (Kron xəstəliyi, qeyri-spesifik yaralı kolit, postinfeksion kolit və s.) diaqnozu ilə olan xəstələrin etioloji müalicəsini apararkən, aşağıda göstərilən momentləri mütləq nəzərə almaq lazımdır: iltihabı prosesə təsir, bağırsaqların motor pozğunluğunun korreksiyası, mübadilə pozğunluqlarının normallaşdırılması, disbakteriozun aradan qaldırılması, immun pozğunluqların korreksiyası.

Vobenzim qəbul etməklə, bağırsağın selikli qişasının iltihabı prosesini qısa müddətdə aradan götürmək və salazopiridozin tərkibli preparatların dozasını azaltmaq mümkündür. Uzun müddətli qəbul: 5 həb x 3 dəfə - 1 ay (yüksək aktivlik dövründə - 7 həb x 3 dəfə), sonra 3 həbx3 dəfə - 6 ay məsləhət görülür. Vobenzimin bu sxemlə qəbulu, disbakterioz əlamətlərini azaldır, immun pozğunluğun korreksiyası aşkar edilir – hüceyrə immunitetinin göstəriciləri normallaşır; qida, mikrob və autoantigenə qarşı sensibilizasiya azalır. Vobenzim bazis təsirli xüsusiyyətə malikdir. Xəstəliyin sistemli əlamətləri ilə gedişi zamanı, xüsusilə reaktiv artritlərdə oynaq sindromunun reqressiyasına səbəb olur.

15 ildən artıq bir dövrdə xroniki pankreatitlərin kəskinləşməsinin müalicəsində, xarici alimlər Vobenzim preparatını düz bağırsağa yeritməklə mülicə edirlər. Preparat 3 həbx3 dəfə (həbləri 10 ml suda həll edirlər) per restum yeridilməsi xəstəliyin kliniki simptomlarını zəiflədir, dərin ağırlaşmaların baş verməsinin qarşısını alır və nəhayət çarpayı günlərini azaldır.

Yuxarı