Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Digər xəstəliklər Kardiologiya

Kardiologiya

Son onillikdə inkişaf etmiş ölkələrdə Ürək – Damar sisteminin patologiyası və ilk növbədə Ürəyin İşemik Xəstəliyi (ÜİX) və onun dərin ağırlaşması – Miokard İnfarktı (Mİ) ölümə səbəb olan faktorlar arasında liderlik təşkil edir. Bununla əlaqədar olaraq, ÜİX - müalicəsi üçün yeni müalicə üsullarının işlənib hazırlanması, müasir təbabətin və farmakologiyanın prioritet istiqamətlərindən biridir. Heç də az aktual olmayan problemlərdən biri də, ürək-damar xəstəliklərinin birincili və ikincili effektli profilaktikasıdır. *

ÜİX-patogenezində lipid mübadiləsinin pozulması, damar divarının endotelinin adgeziv xüsusiyyətinin dəyişikliyi, trombositlərin formasının dəyişməsi, damar tonusunun sinir tənzimlənməsinin pozğunluğu və s. əsas rol oynayır.

Son zamanlar, UİX – olan xəstələrdə, immun statusun pozğunluqları və lipidlərin peroksidləşmə sistemində baş verən dəyişikliklər daha geniş çevrədə müzakirə olunur.

Sistemli Enzimoterapiya preparatlarının (Vobenzim, Flogenzim) bir sıra farmakoloji effektini nəzərə alsaq, onların kardiologiyada istifadəsi perspektivli sayıla bilər: trombositlərin aqreqasiyasını azaltmaqla və fibrinoliz prosesini aktivləşdirməklə qanın reoloji xüsusiyyətini yaxşılaşdırmaq; damar endotelinə protektiv təsiri və lipidlərin peroksidləşmə prosesinin qarşısını almaq; xolesterin və triqliseridlərin miqdarını azaltmaq; immun pozğunluğu korreksiya etmək və s.

ÜİX – olan xəstələrin immun sistemində olan dəyişikliklər, immun sistemin həm hüceyrə (T – helper / T – supressor tarazlığının pozulması) həm də humoral (Mİ-ilə olan xəstələrdə damar endotelinə zədələyici təsir göstərən immun komplekslərin artması və miokarda qarşı antitelin əmələ gəlməsi) səviyyədə özünü biruzə verir.

Vobenzimin qəbulu fonunda, Mİ-ilə olan xəstələrdə immun komplekslərin və miokarda qarşı əmələ gəlmiş antitellərin miqdarının azalması aşkar edilir ki, bu da Mİ-xəstələrdə Dresslər Sindromunun profilaktikasında xüsusi əhəmiyyət kəsb edir. Enzimlərin faqositozu icra edən hüceyrə sisteminə təsiri, faqositlərin faqositor və metabolik funksiyasının bərpası ilə nəticələnir ki, bu da onların immun kompleksləri və lipoproteinləri eliminasiya etmək qabiliyyətini artırır.

Vobenzimlə müalicə fonunda, gərginlik stenokardiyalı xəstələrdə, ağrı tutmalarının tezliyinin və davam müddətinin və eyni zamanda fiziki yüklənməyə qarşı tolerantligin artması müşahidə olunur.

Vobenzim ÜİX və gərginlik stenokardiyası (I-II funksional sinfində ) olan xəstələrə 5 həbdən gündə 3 dəfə olmaqla 2-3 ay müddətində təyin olunması məsləhət görülür. III-IV funksional siniflə olan xəstələrə isə 7 həbdən gündə 3 dəfə olmaqla – 2 ay, sonra isə xəstəliyin gedişi yaxşılaşdıqdan sonra isə doza azaldırılaraq 5 həbdən gündə 3 dəfə təyin edilir.

Miokard infaktlı xəstələrə, Vobenzim 5 həbdən gündə 3 dəfə olmaqla 1,5-2 ay müddətində və eyni zamanda, reabilitasiya dövründə təyin edilir.

Qeyd etmək lazımdır ki, kardiovaskulyar xəstəliklərdə, vobenzim koronarolitik və β – blakatorlarla birlikdə təyin edilir.

ÜİX – kompleks müalicəsində Vobenzimin təyin edilməsi, xəstəliyin gedişinin yaxşılaşmasına, bəzi hallarda isə, nitratların dozasını azaltmağa şərait yaradır.

 

Yuxarı