Almaniya istehsalı
20 il Azərbaycanda
azru
AZ Müalicənin effektivliyi artırıla bilər! Antibiotiklərlə müalicə

ANTİBİOTİKLƏRLƏ MÜALİCƏ

1928 il avqustun 6-da Aleksandr Fleminqin kəşfi ilə əlaqədar başlayan antibiotik əsri, antimikrob preparatlarını müasir təbabətdə ən çox istifadə edilən dərman maddəsi hesab edir.

      Bəşəriyyət antibiotiklərin hesabına ölümlə nəticələnən təhlkəli xəstəliklərdən xilas oldu. Ancaq, farmakologiyanın bu sahəsinin inkişafı, dəyişən mikrob dünyası ilə çətinliklə ayaqlaşır ki, bu da həkimlərə yeni-yeni sürprizlər gətirir:

   -  “Yeni” və təkrar infeksiyalar əmələ gəlir,

   -   Əvvəldən “məhv” olmuş xəstəliklər yenidən baş verir,

   -   Antibiotiklərə davamlı infeksiyaların yayılması qeydə alınır,

   -   Müxtəlif ağırlaşmalarla müşahidə olunan atipik formalı, ağır  infeksion   xəstəliklərə rast gəlinir.

    -  Müxtəlif şəkilli allergik reaksiyalar

    -  Disbakterioz   

    -  İmmunitetin zəifləməsi

    -  Antimikrob preparatlara qarşı qeyri- həssas mikrobların  əmələ gəlməsi və artması.

 

Ona görə tədqiqatçıların əsas məqsədi:

1.      Antibiotiklərin (+) effektini artırmaq,

2.      Antibakterial terapiyanın neqativ və toksiki  əlamətlərini azaltmaq.

Bu məqsədə nail olmaq üçün antibiotikoterapiyanın Sistemli Enzimoterapiya ilə complex şəkildə tətbiqi məqsədəuyğun hesab olunur.

      Eyni zamanda sübut olunmuşdur ki proteolitik enzimlər mikrob koloniyalarının səthində pərdənin  əmələ gəlməsinin qarşısını almaqla yanaşı, artiq əmələ gəlmiş pərdəyə  antibiotiklərin təsirini gücləndirir.

    Bununla əlaqədar olaraq, Sistemli Enzimoterapiyaya buster-terapiyanın (“gücləndirici-terapiya”) əsas komponenti kimi baxılmalıdır.

Sistemli Enzimoterapiya preparatı olan  Vobenzimin antibiotiklərlə işlədilməsinin üstünlükləri:     

•      Toxumaların antibiotik üçün keçiriciliyini  artırır 

•      Floranın antibiotiklərə qarşı həssaslığını artırır                  

•      Qanda və toxumalarda antibiotiklərin terapevtik  konsentrasiyasının saxlanma müddətini artırır

     Beləliklə, antibiotiklərin Vobenzim preparatı ilə birlikdə işlədilməsi nəticəsində, infeksiyaya ikiqat zərbə vurmaq və antibiotiklərin qanda və patoloji toxumada konsentrasiyasını artırmaqla, aparılan kompleks müalicənin iffektivliyini artırmaq mümkündür. Bunu nəzərə alaraq, alimlər belə hesab edir ki, antibiotikoterapiyanın Vobenzimlə birlikdə kompleks şəkildə işlədilməsi  bir sıra xəstəliklərin effektli  müalicəsinə tam təminat verir.     

 

 

Yuxarı