Almaniya istehsalı
20 il Azərbaycanda
azru

Ortopediya və sınıqlar

 

Orqanizmdə aparılan hər -hansı bir ortopedik əməliyyatlar – Meniskektomiya, aşıq-daban oynağı, oynaqların endoprotez əməliyyatı və müxtəlif ağır – müştərək travmalar nəticəsində meydana çıxan iltihab əlamətlərinə  (ağrı, şişkinlik, funksiyanın pozulması) orqanizm mütləq reaksiya verir. Bu cür əməliyyatlardan sonra, aparılan kompleks müalicə kursuna enzim preparatı olan “Vobenzim” və “Flogenzim” əlavə olunması, ağrı sindromunu və şişkinliyi azaldır və sağalma dövrünü qısaldır. Bu preparatlar, həmçinin, əməliyyatdan sonrakı ağırlaşmaların və çapıq toxumanın əmələgəlməsinin qarşısını alır və sağalma prosesini sürətləndirir.

Kliniki sınaqla sübut olunmuşdur.

Əməliyyatlardan sonra aparılan kompleks müalicəyəyə “Vobenzim” əlavə olunmasının effektivliyi, bir sıra kliniki sınaqlarda öz təsdiqini tapmışdır. Almaniyada, çox ciddi beynəlxalq tələblərə cavab verən, ikiqat kor və plasebo -nəzarət müayinə üsulu ilə 80 xəstə əməliyyatdan sonra müalicə olunmuşdur. “Vobenzim” preparatı ilə aparılan kompleks müalicə nəticəsində, əməliyyatdan sonra olan ödem və ağrı əlamətləri qısa müddətdə aradan götürülmüş  və diz oynağının pulsasiyası, nəzarət qrupuna nisbətən daha çox bərpa olunmuşdur. Sınıq əməliyyatından sonra, 89 xəstəni əhatə edən bəşqa bir tədqiqatda, nəzarət qrupuna nisbətən (24,1 gün), “Vobenzim” istifadə edənlər xəstəxanadan, orta hesabla, 1 həftə əvvəl (17,7 gün) evə yazılmışlar.

“Vobenzim” qəbulunu əməliyyatın ertəsi günü başlamaq və 7-10 tab x 3 dəfə qəbul etməklə yaranın ölçüsündən asılı olaraq 2-4 həftə müddətində qəbul etmək məsləhət görülür.

Qəbul qaydası – yeməkdən 30-40 dəqiqə əvvəl və ya 2 saat sonra, 200 ml maye ilə qəbul edilir.

Yuxarı