Almaniya istehsalı
20 il Azərbaycanda
azru

Pediatriya

 

Hansı uşaq tez-tez xəstələnən uşaq hesab olunur?

Sizin uşaq tez-tez xəstələnir, öskürür, angina və bronxit olur?

Statistikaya görə digər uşaqlarla müqayisədə Kəskin Respirator Xəstəliklərlə (KRX) 4-5 dəfə artıq xəstələnən uşaqlar tez-tez xəstələnən uşaqlar hesab olunur.

Çox vaxt uşaq tez-tez yox, uzunmüddətli xəstələnir (KRX 10-14 gün sürür), belə uşaqları da tez-tez xəstələnən uşaqlara aid edirlər.

 

Tez-tez rast gəlinən KRX-lər niyə təhlükəlidir?

Ağırlaşma və fəsadları, KRX-in özündən təhlükəlidir. Daimi soyuqdəymə - xroniki haymorit və frontitə, residivləşən xəstəliklər isə - ürəkdə və böyrəklərdə ağırlaşmalara səbə ola bilər.

Tez-tez baş verən KRX-lər xroniki xəstəliklərin əmələgəlmə riskini artırır.

Tez-tez xəstələnən uşaq demək olar ki, uşaq bağçasına gedə bilmir, məktəbdə dərslərini buraxmaq məcburiyyətində olur, öz yaşıdlarından həm fiziki, həm də psixomotor inkişafda geri qalır. Öz yoldaşları ilə münasibətin pozulması nəticəsi olaraq, uşaqda disadaptasiya müşahidə oluna bilər (uşaq öz-özünə qapılır, yoldaşlarından kənarlaşır, pis oxuyur).

Tez-tez xəstələnən uşaqların anaları öz işlərini itirmək təhlükəsi qarşısında qalırlar, çünki işdən tez-tez icazə aldıqları üçün güvənilməz işçiyə çevrilirlər.

Uşaq tez-tez xəstələnirsə nə etmək lazımdır?

Əgər uşaq tez-tez və ya uzunmüddətli xəstələnirsə, deməli, onun immuniteti zəifdir. 

Müəyyənləşdirilmişdir ki, “Vobenzim” KRX-lərin təkrarlanma tezliyini 58,5%, antibakterial kurs müalicənin sayını isə 70% azaldır. Müqayisə edin: geniş tətbiq olunan immunomodulyatorlarla müalicə, analoji olaraq, KRX-ləri 34,6%, antibakterial kurs müalicənin sayını isə 40,7%  azaldır.

“Vobenzim” preparatı uşaqlara hər 6 kq çəkiyə 1 tablet təyin olunur.

Qəbul qaydası – yeməkdən 30-40 dəqiqə əvvəl və ya 2 saat sonra, 200 ml maye ilə qəbul edilir.

 

Yuxarı